Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1424/2020 12.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx Ekspres» Müştəri Xidmətləri Mingəçevir filialına qarşı səs yazılarının, mesajların, mobil nömrəyə gələn şəkil və videoların ona təqdim edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq Müəyyən etdim: İddiaçı cavabdeh «xxxxxxxx Ekspres» Müştəri Xidmətləri Mingəçevir filialına qarşı mobil nömrəyə gələn səs yazılarının, mesajların, mobil nömrəyə gələn şəkil və videoların ona təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən filiallar hüquqi şəxs deyildirlər, onların rəhbərləri hüquqi şəxsin etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüququ şəxsin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia cavabdeh hüquqi şəxs «xxxxxxxx Ekspres» Müştəri Xidmətləri Mingəçevir filialına qarşı verməsi qanunla mümkün deyil və iddia hüquqi şəxsin yerləşdiyi yerə görə verilməlidir. Belə ki, iş materiallarından da görünür ki, iddia hüquqi şəxs olan “xxxxxxxx” Telekom MMC-nin hüquqi ünvanının olduğu yer üzrə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-cü maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdeh «xxxxxxxx Ekspres» Müştəri Xidmətləri Mingəçevir filialına qarşı mobil nömrəyə gələn səs yazılarının, mesajların, mobil nömrəyə gələn şəkil və videoların ona təqdim edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1424/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1424/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver