Məhkəmə qərarları › İş №2(051)-1425/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1425/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1425/2020 12.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontoruna qarşı miras qəbulu müddətinin bərpası tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçı cavabdeh Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontoruna qarşı miras qəbulu müddətinin bərpası tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə və ona əlavə olunmuş sənədlərlə tanış olaraq hesab edirəm ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsələr mirasın qəbulu ilə əlaqədar mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdığı hallar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya notariat qaydada təsdiqlənmiş sürətləri təqdim edilir. Lakin iddiaçı X2 notariat kontorundan imtina alınmadan miras qəbulu müddətinin bərpası tələbinə dair iddia ərizəsiylə məhkəməyə müraciət etmiş, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair tələblərə riayət etməmişlər. Bundan əlavə iddia ərizəsinə əlavə olunmuş sənədlər lazımi qaydada təstiqlənməmiş ksero-surətdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsində göstərilmişdir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.6, 152.2-152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı cavabdeh Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontoruna qarşı miras qəbulu müddətinin bərpası tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar