Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1440/2020 24.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızının Cavabdeh qarşı əmlakın hərraca çıxarılması tələbinə dair ərizəsinə baxaraq Müəyyən etdi: İddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızı Cavabdeh qarşı əmlakın hərraca çıxarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qasımova (Tağıyeva) qızının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə verdiyinə, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Qasımova (Tağıyeva) Afət Rüfət qızının Cavabdeh qarşı əmlakın hərraca çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1440/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1440/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver