Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1446/2022 01.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi oğlunun miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış ünvan 1 ünvanındakı evin onun tərəfindən bütövlükdə miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, nənəsi Tamara Orucova xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. X3 xx.xx.2001-ci il tarixli vəsiyyətnamə əsasında ünvan 1 ünvanındakı evi ona vəsiyyət etmişdir. Miras əmlak faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. O, vəsiyyət üzrə vərəsə kimi mirası faktiki qəbul etmişdir. Belə ki, o, notariat ofisinə onun adına vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə yazmış, lakin Notariat Ofisi ona vərəsəlik şəhadətnaməsi verməmişdir. Odur ki ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs2 məhkəməyə ünvanlandığı, notarius tərəfindən təsdiq edilmiş ərizəsində göstərmişdir ki, o, mərhum anası X9 ölümündən sonra ondan qalmış mirasın nədə ifadə olunmasından və harada olmasından asılı olmayaraq, mirası qəbul etmək, həmçinin vərəsəlik hüququnu rəsmiləşdirmək və ya müddətin bərpa edilməsi və ya yaxud mirasın bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət etmək niyyəti yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. ünvan 1 ünvanındakı evdə faktiki olaraq yaşayır və həmin evə sahiblik edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 da digər şahidlə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Maraqlı şəxslər Əliyeva (Orucova) Yasəmən Yaqub qızına və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)- 1424/2017 saylı qətnaməsindən görünür ki, X7 1928-ci il tarixdə Ermənistan Respublikasında doğulması faktı müəyyən edilmiş və doğum haqqında akt qeydinin ata qrafasında X15 olaraq qeyd edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2001-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 şəhəri, S.Vurğun küçəsi, ev 4, mənzil 6-da yerləşən evini nəvəsi Ərizəçi vəsiyyət etmişdir. İşdə olan qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət yaşayış evi X8 adına mülkiyyət hüququ əsasında xx.xx.2001-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X13 xx.xx.2004-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-137/15 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 1927cı il tarixdə Şuşa rayonunda doğulmuş X13 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci il tarixədək aparılmış və 1924-cü il tarixdə doğulmuş əri-X17, xx.xx.1956-cı il tarixdə doğulmuş qızı-X12, xx.xx.1951-ci il tarixdə doğulmuş qızı-X16 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan olan ölüm haqqında şəhadətnamədən görünür ki, Orucova (Hüseynova) Yaqut Yaqub qızı xx.xx.2009-cu il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-137/15 saylı məktubdan görünür ki, mərhum X9 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixli, 51 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir, Vidadi küçəsi, ev 3, mənzil 20” qeyd olunmuşdur. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 531 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X5 Ərizəçi, həmçinin maraqlı şəxs Orucova (Əliyeva) Yasəmən Yaqub qızına ünvan 2 ünvanındakı mənzil miras qalmışdır. Ərizəçi həmin mənzili miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxs isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X2 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzil Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verildiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, vəsiyyət üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, vəsiyyət üzrə vərəsə olan Ərizəçi X2 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X9 birinci növbəli qanun üzrə vərəsəsi olan Orucova (Əliyeva) Yasəmən Yaqub qızı mərhum Tamara Orucovdan qalmış mirasdan pay almaq istəmədiyini bildirmiş və mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzilin yalnız vəsiyyət üzrə vərəsə olan Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1446/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1446/2022
01.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver