Məhkəmə qərarları › İş №2(051)-1451/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1451/2021

03.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1451/2021 03.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və maraqlı şəxs X7 Xidmət Mərkəzinin Notariat ofisinə qarşı miras əmlakdan payların müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Mingəçevir şəhər N.Nərimanov prospekti 19/1 saylı evin 47 saylı mənzilinin üzərində vərəsəlik hüququnun tanınması, mirasdan onun 4/6 hissə ilə pay hüququnun müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” hissəsində həcminin azaldılması barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir şəhər N.Nərimanov prospekti 19/1 saylı evin 47 saylı mənzilinin üzərində vərəsəlik hüququnun tanınması, mirasdan iddiaçının 4/6 hissə ilə pay hüququnun müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs X1 şəhərində yuxarıda qeyd etdiyi ünvanda yaşayır. X8 onun əri olmuşdur. Aralarında olan nikah 06.07.2004-cü ildə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahdan övladları olmamışdır. Lakin mərhum Əmrah Quliyevin iddiaçıdan əvvəlki nikahından Cavabdeh2 və Cavabdeh1 adlı iki oğlu olmuşdur (bununla bağlı sənədləri iş materiallarına əlavə edir). Mingəçevir şəhəri, N.Nərimanov prospekti 19/1 saylı evin, 47 saylı mənzilini mərhum X8 ilə birgə nikah dövründə yəni 2013-cü ildə alqı-satqı müqaviləsi əsasında almışlar. Aralarında heç vaxt mübahisə olmadığı üçün mənzil Əmrah Quliyevin adına qeydə alınmışdı və bununla əlaqədar çıxarış iş materiallarına əlavə edilmişdir. Əmrah Quliyev 29.04.2021-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra mənzildə o və oğlu Cavabdeh1 yaşayır. Onlar hər ikisi mənzildə qeydiyyatda olmaqla mənzildən faktiki istifadə edirlər. Cavabdeh1 isə uzun müddətdir Rusiya Federasiyasmdadır. Atasının ölməsi barədə məlumat versək də mərhumun dəfn mərasiminə gələ bilməmişlər. Ə.Quliyevin dəfn xərclərini o ödəsə də Cavabdeh2 baş daşının hazırlanması üçün baş daşının qiymətinin bir hissəsini yəni 400 manat pul göndərmişdir. Bunula bildirmək istəyir ki Cavabdeh2 atasının ölümündən xəbəri olmasına baxmayaraq nə faktiki nə də rəsmi qaydada (notariusa müraciət etməkiə) miras əmlakı qəbul etməmişdir. Buna baxmayaraq qanuna müvafiq olaraq miras əmlakın vərəsələr arasında bölünməsinə etiraz etmir. Sözügedən mənzil onunla mərhum Əmrah Quliyevin birgə nikahı dövründə əldə edildiyi üçün mənzilin yarısı iddiaçıya məxsusdur. Mənzilin qalan yarısı isə 3 vərəsə arasında qanuna müvafiq olaraq 3 bərabər hissəyə bölünməlidir. Ona görə də mənzilin 6/4 hissəsi iddiaçıya qalan cavabdehlərə isə 6/1 hissə düşməlidir. Odur ki, Mingəçevir şəhəri, N.Nərimanov prospekti 19/1 saylı evin, 47 saylı mənzilinin üzərində vərəsəlik hüququmun tanınması, mirasdan mənim 4/6 hissə ilə pay hüququnun müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etdi və izahatında göstərdi ki, İddiaçı ona və digər Cavabdeh2 qarşı miras əmlakdan payların müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. O bildirdi ki, iddia tələbini qəbul edir və heç bir etirazı yoxdur. Ona görə də məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Maraqlı şəxs X7 Xidmət Mərkəzinin Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən iki otaqlı, yaşayış sahəsi 30,91 kv.m., yardımçı sahəsi 12,95 kv.m., ümumi sahəsi 43,86 kv.m. olan mənzil üzərində X6 tam mülkiyyət hüququ 31.07.2013–cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30.04.2021–ci il tarixdə ölmüşdür. İşdə olan nikahın bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı nikahları 06.07.2004–cü il tarixdə bağlanmışdır. İşdə olan X7 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 18 iyun 2021–ci il tarixdə verilmiş məktubdan görünür ki, miras əmlakın vərəsələr arasında bölünməsi və payların müəyyən edilməsi zamanı mübahisə yaranması ilə əlaqədar olaraq notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə, tərəflərin izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı mərhum 06.07.2004–cü il tarixdə Cavabdeh2 ilə rəsmi nikah bağlamışdır. Cavabdeh2 30.04.2021–ci il tarixdə ölmüşdür. Ondan ünvan 3 ünvanında yerləşən iki otaqlı, yaşayış sahəsi 30,91 kv.m., yardımçı sahəsi 12,95 kv.m., ümumi sahəsi 43,86 kv.m. olan mənzil miras qalmışdır. Lakin vərəsələr arasında mübahisə olduğuna görə Mingəçevir şəhər notariat ofisi tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Hazırda miras əmlaka dair vərəsəlik işi açılsa da, nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Ona görə də iddiaçı tərəf mirasın bölüşdürlməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçəsi üçün fərəsə mirası sahiblik və idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, mərhum X8 30.04.2021–cu il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə istinad olunan hüquq normalarının tələbləri baxımından mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini, həmçinin həmin əmlaklar üzərində miras qoyanın mülkiyyət və sair əşya hüquqlarına malik olub–olmamasının müəyyən edilməsini zəruri sayaraq, belə hesab edir ki, mübahisəli mənzil miras qoyanın mülkiyyətidir. Ona görə də həmin mübahisəli mənzil tam olaraq miras qoyan X6 miras toplusuna daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2–ci maddəsinə əsasən nikaha girənədək ər–arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Beləliklə, məhkəmə hesab edir ki, X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 31.07.2013–cü il tarixdə verilmiş, ********** nömrə ilə qeydiyyata alınmış **********05–05101–093045 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrində çıxarış əsasən, ona məxsus olan ünvan 4 ünvanında yerləşən iki otaqlı, yaşayış sahəsi 30,91 kv.m., yardımçı sahəsi 12,95 kv.m., ümumi sahəsi 43,86 kv.m. olan mənzil miras qalmışdır. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyululduğuna görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Məhkəmə, hesab edir ki, miras qoyanın birinci növbəli vərəsələri qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Ona görə də X2 miras qalmış əmlaklar onun vərəsələrinə vəsiyyət üzrə vərəsəlik qaydasında keçməlidir. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, X2 qalmış mirası, onun birinci növbəli vərəsəsi olan uşaqları, iş üzrə iddiaçı tərəfindən qanunla müyyən edilmiş müddət ərzində notariat ofisinə rəsmi ərizə verməklə, həmçinin vəsiyyət üzrə ərəsəsi olan arvadı, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən isə həm şəxsən faktiki sahiblik etməklə, həm də notariat ofisinə rəsmi ərizə verməklə qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mirasdan məcburi pay almaq hüququ olan birinci növbəli vərəsə kimi tanınmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X2 miras qalmış mübahisəli mənzilə mirası qanunla müyyən edilmiş müddət ərzində notariat ofisinə rəsmi ərizə verməklə qəbul etmiş onun birinci növbəli vəsəsi kimi iddiaçı, həmçinin digər birinci növbəli vərəsəsi kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vərəsə tanınmalı, Cavabdeh2 mirasdan payı 1/6 hissədə və Cavabdeh1 miras payı 1/6 hissədə, birinci növbəli vərəsə olan İddiaçı miras payı isə 4/6 hissədə müəyyən edilməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, mübahisəli mənzil miras əmlak olduğundan, iddiaçıların həmin miras mənzildən məcburi pay almaq hüquqları olduğundan və iddiaçılar miras açıldıqdan sonra notariat ofisinə qanunla müəyyən olunmuş müddət ərzində ərizə verməklə mirası rəsmi qaydada qəbul etdiklərindən, onların mübahisəli miras mənzil üzərində məcburi miras payları mülkiyyət hüququ kimi qiymətləndirilməli və mübahisəli mənzilə sahiblik və ondan istifadəyə paylı mülkiyyət hüquq münasibətlərini nizama salan mülki hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1281–ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə mirası qəbul etmiş iddiaçıların ümumi paylı mülkyyətdə olan miras mənzilin paylı mülkiyyətçiləri kimi həmin mənzilin tərkib hissəsindən cavabdehlə bərabər istifadə hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməli və iddiaçılar ümumi paylı mülkiyyətdə olan mübahisəli miras mənzilə köçürülməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum X6 məcburi pay almaq hüququ olan birinci növbəli vərəsəsi kimi tanınsın. X2 miras qalmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31.07.2013–cü il tarixdə verilmiş, ********** nömrə ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrində çıxarış əsasən, ünvan 2 ünvanında yerləşən mənzildən İddiaçı məcburi payı 4/6 hissədə, Cavabdeh2 məcburi payı 1/6 hissədə və Cavabdeh1 məcburi payı 1/6 hissədə müəyyən edilsin. Qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar