Məhkəmə qərarları › İş №2(051)-1454/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1454/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1454/2021 06.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, X1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Mingəçevir şəhər Asan Xidmət mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçılar İddiaçı1, X1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Mingəçevir şəhər Asan Xidmət mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdığı hallar göstərilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən edildi ki, İddiaçı1, X1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Mingəçevir şəhər Asan Xidmət mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət etsə də tələbində və iddiasında digər vərəsələr haqqında heç bir sənəd əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən İddiaçılar İddiaçı1, X1 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı1, X1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Mingəçevir şəhər Asan Xidmət mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar