Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1456/2020 18.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və cavabdeh Ələmdar Quliyev adına Cavabdeh direktoru X1 iştirakı ilə, İddiaçı cavabdeh Ələmdar Quliyev adına Cavabdeh direktoruna qarşı «xx xxxxxxxx 2018-ci il tarixli işdən azad edilməsinə dair onun tərəfindən təqdim edilmiş ərizənin, o cümlədən, xx.xx.2018-ci il tarixli onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə razılaşmaya görə xx.xx.2019-cu il tarixdə onunla məktəbin direktoru arasında 3 ay müddətinə bağlanmış əmək müqaviləsinin, xx.xx.2019-cu il tarixli əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilməsinə dair verilmiş əmrin etibarsız hesab edilməsi, xx.xx.2001-ci il tarixli əmrlə Ələmdar Quliyev adına Cavabdehnə istehsalat təlimi ustası vəzifəsinə qəbul edilməsinə dair verilmiş əmrin etibarlı hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 2018-ci il tarixli işdən azad edilməsinə dair onun tərəfindən təqdim edilmiş ərizənin, o cümlədən, xx.xx.2018-ci il tarixli onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə razılaşmaya görə xx.xx.2019-cu il tarixdə onunla məktəbin direktoru arasında 3 ay müddətinə bağlanmış əmək müqaviləsinin, xx.xx.2019-cu il tarixli əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilməsinə dair verilmiş əmrin etibarsız hesab edilməsi, xx.xx.2001-ci il tarixli əmrlə Ələmdar Quliyev adına Cavabdehnə istehsalat təlimi ustası vəzifəsinə qəbul edilməsinə dair verilmiş əmrin etibarlı hesab edilməsihaqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, X2 Texnikomunun Elektrik stansiyaları Şəbəkələri və sistemləri ixtisası üzrə həmin texnikomun məzunudur. xx.xx.1984-cü il tarixdən Cavabdehnə istehsalat təlimçisi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə əmək vəzifələrini layiqincə yerinə yetirmiş, müəssisə daxili nizamintizam qaydalarına əməl etmişdir. xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2001-ci ildən yenidən həmin məktəbə istehsalat təlimi ustası vəzifəsinə qəbul edilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə Ələmdar Quliyev adına Cavabdeh direktoru X1 təkidi ilə o onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair İlham İlyasova ərizə ilə müraciət etmişdir. Halbuki, o müvafiq əmrlə işə qəbul edilmişdir. Eyni zamanda İlham İlyasovun digər göstərişi ilə, ixtisasına uyğun olaraq məktəbin istehsalat təlimi ustası işinə qəbul edilməyinə dair ərizə ilə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə xx.xx.2018ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişiklik edilməsi barəsində razılaşmaya görə xx.xx.2019-cu il tarixindən onunla məktəbin direktoru İlham İlyasovun arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. O əmək müqaviləsinin göstərilən müddətdə bağlanmasına etiraz etmişdir. Məktəb direktoru isə ona narahat olmamasını və onunla yenidən müqavilə bağlanacağını bildirmişdir. xx.xx.2019-cu il tarixə kimi o məktəbdə işləmiş, dərslərə girmiş və jurnalları yazmışdır. İş gününün sonunda məktəb direktoru onunla bağlanmış əmək müqaviləsinin sona çatdığını və işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli 166 nömrəli əmri təqdim etmişdir. O, yenidən onunla əmək müqaviləsinin bağlanmasını tələb etsə də İlham İlyasov bundan qəti formada imtina etmişdir. Bununla əlaqədar Əmək Müfəttişliyinə müraciət etmiş və bununla bağlı araşdırma aparılmışdır. O ailədə yeganə işləyən şəxsdir və şəkər xəstəsi olan həyat yoldaşına baxır. Ona qarşı olanlar ədalətsiz olmaqla yanaşı qanunsuz və əsassızdır. Ona görə də xx xxxxxxxx 2018-ci il tarixli işdən azad edilməsinə dair onun tərəfindən təqdim edilmiş ərizənin, o cümlədən, xx.xx.2018-ci il tarixli onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə razılaşmaya görə xx.xx.2019-cu il tarixdə onunla məktəbin direktoru arasında 3 ay müddətinə bağlanmış əmək müqaviləsinin, xx.xx.2019-cu il tarixli əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilməsinə dair verilmiş əmrin etibarsız hesab edilməsi, xx.xx.2001-ci il tarixli əmrlə Ələmdar Quliyev adına Cavabdehnə istehsalat təlimi ustası vəzifəsinə qəbul edilməsinə dair verilmiş əmrin etibarlı hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Ələmdar Quliyev adına Cavabdeh direktoru X4 göstərmişdir ki, İddiaçı xx xxxxxxxx 2018-ci il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir. İşin daimi xarakterə malik olması qabaqcadan bəlli olmaması halı nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığına əsasən iddiaçı ilə xx xxxxxxxx 2018-ci ildə bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. Müqaviləsinin müddəti bitdiyinə görə iddiaçı ilə xx.xx.2019-cu il tarixli 166 №li əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə iddiaçı sözügedən iddia ilə oxşar iddia qaldırmış və həmin tələb üzrə tələbi təmin olunmamışdır. Onun tərəfindən qəbul olunmuş bütün əmrlər tam qanuni və əsaslıdır. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də iddianın təmin olunmamasını xahiş edir. İşə əlavə olunmuş əmək kitabçasının və əmrlərin surətindən görünür ki, İddiaçı 1984-cü ildən Cavabdehnə istehsalat təlimçisi vəzifəsinə təyin olunmuş, xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2001-ci ildən yenidən həmin məktəbə istehsalat təlimi ustası vəzifəsinə qəbul edilmiş, xx xxxxxxxx 2018-ci il tarixdə işdən azad olunmuş və həmin tarixdədə məktəbə istehsalat təlimi ustası vəzifəsinə təyin olunmuş, xx xxxxxxxx 2019-cu il tarixdə işdən azad edilmiş, xx.xx.2019-cu il tarixdən həmin vəzifəyə girməsi barədə 3 ay müddətinə müqavilə bağlanmış və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 17.12. 2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Peşə məktəbi ilə İddiaçı arasında bağlanmış 12 №li əmək müqaviləsindən görünür ki, Əliyev X3 Quliyev adına Cavabdehnə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilməsi ilə bağlıəmək müqaviləsi 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə 1 (bir) il müddətinə, xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək müddətinə bağlanmışdır. İşə əlavə olunmuş Ələmdar Quliyev adına Cavabdeh üzrə 166 №li xx xxxxxx 2019cu il tarxili əmrdən görünür ki, məktəbin istehsalat təlimi ustası İddiaçı ilə bağlanmış əməmk müqaviləsinə 17.12. 2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-332/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin olunması, Cavabdeh direktorunun 166 №li xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Cavabdehnə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi qət edilmişdir. İşə əlavə olunuş Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1280/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Ələmdar Quliyev adına Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-332/2020 saylı qətnaməsi ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, Cavabdeh direktorunun 166 №li xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Cavabdehnə istehsalat təlimi ustası işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi tələbi barədə iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2001-ci ildən yenidən həmin məktəbə istehsalat təlimi ustası vəzifəsinə qəbul edilmiş, xx xxxxxxxx 2018-ci il tarixdə işdən azad olunmuş və həmin tarixdədə məktəbə istehsalat təlimi ustası vəzifəsinə təyin olunmuş, xx xxxxxxxx 2019-cu il tarixdə işdən azad edilmiş, xx.xx.2019-cu il tarixdən həmin vəzifəyə girməsi barədə 3 ay müddətinə müqavilə bağlanmış və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 17.12. 2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək işə bərpa olunmasını xahiş etmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-332/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin olunması, Cavabdeh direktorunun 166 №li xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Cavabdehnə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi qət edilməsi, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1280/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Ələmdar Quliyev adına Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-332/2020 saylı qətnaməsi ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, Cavabdeh direktorunun 166 №li xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Cavabdehnə istehsalat təlimi ustası işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi tələbi barədə iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri və iş materiallarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı fəaliyyət qabiliyyətlidir və mülki hüquq və vəzifələrini öz adından tam icra edir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin və ərizənin etibarsız sayılması üçün heç bir əsas müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsız hesab edilməsi ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324-cü maddəsinin tələbinə görə: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Mülki Məcəllənin 329.1-ci maddəsinin tələbinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 331.1-ci maddəsinin tələbinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin Məhkəmə iş materiallarını və iddiaçının izahatlarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi tam əsassızdır. Belə ki, ərizə, əmək müqaviləsinin və digər sənədlərin etibarsız sayılması üçün heç bir əsas müəyyən olunmamışdır. Əksinə iş materiallarında olan sənədlərdən də göründüyü kimi müqavilə tam əsaslıdır və tərəflərin iradə ifadəsi kimi əmək müqaviləsi və digər iddiaçıya aid sənədlər bütün tərəflər tərəfindən imzalanmışdır. Əqdin etibarsız sayılması üçün əsas olmuş və qanunla müəyyən olunmuş əqdin etibarsız sayılması üçün heç bir əsas iş materialları ilə öz əksini tapmamışdır. İddiaçı öz tələbinə əsaslandıran lazımi sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı qeyd olunan əqdin etibarsız olması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarından görünür ki, tərəflər arasında işə bərpa ilə əlaqədar qanuni qüvvəsini almış qətnamə mövcuddur. Tərəflərin arasında olan bu mübahisə isə hazırki iş üzrə İddiaçı tələbinin rədd olunması ilə nəticələnmişdir. İddiaçının işə bərpa olunması tələbinin rədd olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını və hazırki iş üzrə sözügedən müqavilə, ərizə və digər sənədlərin etibarsız sayılması üçün heç bir sübutun təqdim olunmaması iddia tələbinin rədd edilməsinin əsasıdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı cavabdeh Ələmdar Quliyev adına Cavabdeh direktoruna qarşı «xx xxxxxxxx 2018-ci il tarixli işdən azad edilməsinə dair onun tərəfindən təqdim edilmiş ərizənin, o cümlədən, xx.xx.2018-ci il tarixli onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə razılaşmaya görə xx.xx.2019-cu il tarixdə onunla məktəbin direktoru arasında 3 ay müddətinə bağlanmış əmək müqaviləsinin, xx.xx.2019-cu il tarixli əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilməsinə dair verilmiş əmrin etibarsız hesab edilməsi, xx.xx.2001-ci il tarixli əmrlə Ələmdar Quliyev adına Cavabdehnə istehsalat təlimi ustası vəzifəsinə qəbul edilməsinə dair verilmiş əmrin etibarlı hesab edilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1456/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1456/2020
18.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver