Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1458/2022 01.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X2 miras qalmış VAZ 21099 markalı avtomobilin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi və müddətin bərpası faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mərhum oğlu X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum oğlu xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında VAZ 21099 markalı avtomobili almışdır. Mərhum oğlundan miras qalmış avtomobili onun vəfatından sonra faktiki olaraq istifadə etmişdir. Mirası faktiki qəbul edən şəxs kimi o, Mingəçevir Regional «ASAN XİDMƏT» Mərkəzində notariat ofisinə onun adına vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə yazmış, lakin Notariat Ofisi ona məhkəməyə müraciət etməli olmasını bildirmişdir. Odur ki ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-164/15 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1988-cı il tarixdə Neftçala rayonunda doğulmuş X4 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci il tarixədək aparılmış və xx.xx.1989-cu il tarixdə doğulmuş arvad-Maraqlı şəxs2, xx.xx.2014-cü il tarixdə doğulmuş oğlu-X5, xx.xx.2016-cı il tarixdə doğulmuş qızı-X6 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-264/15 saylı məktubdan görünür ki, mərhum X3 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 145 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir şəhəri” qeyd olunmuşdur. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 882 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan AC № 372556 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, VAZ 21099 markalı, 10GM799 dövlət qeydiyyat nişanlı minik avtomobili X3 mülkiyyətində olmuşdur. İşdə olan Maraqlı şəxs2 nümayəndəsi X7 tərəfindən notariat ofisində yazılmış ərizədən görünür ki, Maraqlı şəxs2 mərhum X3 ölümündən sonra mirası nədə ifadə edilməsindən və harda olmasından asılı olmayaraq qəbul etməmişdir və vərəsəlik hüququnu rəsmiləşdirmək niyyəti yoxdur. Gələcəkdə miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 Ərizəçi, həmçinin Maraqlı şəxs2 VAZ 21099 markalı minik avtomobili miras qalmışdır. Ərizəçi həmin avtomobili miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxs isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış VAZ 21099 markalı minik avtomobilinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X3 birinci növbəli qanun üzrə vərəsəsi olan Maraqlı şəxs2 mərhum Əbülfəz Həsənovdan qalmış mirasdan pay almaq istəmədiyini bildirmiş və mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişdir. Məhkəmə, həmçinin mirasın qəbul edilməsi müddəti ilə bağlı qeyd edir ki, ərizəçi müddətin bərpa edilməsi ilə miras əmlakın faktiki qəbul etməsinin müəyyən edilməsini istəmişdir. Halbuki, ərizəçi tərəfindən miras əmlak faktiki olaraq vaxtında qəbul edildiyindən, miras əmlakın qəbul edilməsi müddətinin bərpasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia üzrə ərizəçinin gözləntisi məhkəmə tərəfindən onun miras əmlakın vaxtında faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsidir. Ona görə də məhkəmə hazırkı ərizə üzrə ərizəçinin miras əmlakı vaxtında faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsini, iddianın təmin edilməsi kimi nəzərə alır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, AC № 372556 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə onun adına rəsmi reyestrdə qeydiyyata alınmış, VAZ 21099 markalı, 10GM799 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1458/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1458/2022
01.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver