Məhkəmə qərarları › İş №2(051)-1462/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1462/2025

29.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1462/2025 29.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi (maraqlı şəxs: Cavabdeh) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, nənəsi X6 30 sentyabr 1940-ci il tarixdə Ermənistan SSR Alaverdi rayonu Şamlıq qəsəbəsində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək nənəsi X6 30 sentyabr 1940-ci il tarixdə Ermənistan SSR Alaverdi rayonu Şamluq qəsəbəsində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X14 04 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. Ondan müəyyən miras əmlaklar qalmışdır. Vərəsəlik məsələlərin həlli ilə bağlı atasının atası və anasının ölüm faktlarına dair sənədlərin təqdim edilməsi zərurəti yaranmışdır. Bildirir ki, məlum hadisələr zamanı ailəsi 80-ci illərin sonlarında Ermənistandan Azərbaycana deportasiya olunmuşdur. Hadisələr zamanı demək olar ki, bütün sənədləri məhv olunmuşdur. Onun nənəsi yaşİı qohumlarının deməsinə görə X8 xx.xx.1940-cı il tarixdə Ermənistanda doğulmuşdur. Hazırda onun doğumu ilə bağlı əllərində heç bir sənəd yoxdur. Həmin faktı onları tanıyan qohum ye qonşuİar təsdiq edə bilərlər. Bu halın müəyyən edilməsinin ərizəçi üçün hüquqi əhəmiyyəti vardır. Həmin faktı bütün onları tanıyan yaxın qohum və qonşuları təsdiq edə bilərlər. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək bildirmişdir ki, X6 Ermənistanda doğulması faktı şahidlərin ifadələrində öz əksini tapır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclası zamanı bildirdi ki, X8 onun qohumudur. O, 1940-cı il tarixdə Ermənistan Alaverdi rayonunda doğulmuşdur. O cavan yaşında 39 yaşında vəfat etmişdir. 4 nəfər uşağı doğulmuşdur. Onlardan biri də ərizəçinin atası X10r. Əliyeva Yetərin ad günü mərasimində iştirak etmişdir. X2 məhkəmə iclası zamanı bildirdi ki, X8 onun qohumudur. Onlar Ermənistanın Tumanyan rayonunda birlikdə yaşamışlar. Hər il sentyabr ayında Əliyeva Yetərin ad gününü qeyd etmişlər. Onlarla qonşuluq münasibətləri də olmuşdur. Yetər xəstə olmuş, elə Ermənistanda da vəfat etmişdir. O öldükdə uşaqları körpə olmuş, uşaqları nənələri böyütmüşdür. Maraqlı şəxs Cavabdeh nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan arayışdan görünür ki, Əliyev X5 şəhər, H.Əliyev prospekti, ev 31, mənzil 28 ünvanında yaşayır. İşdə olan Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X8 barəsində Vətəndaşlıq vəziyyəti aktları İnformasiya Sistemində xx.xx.2025-ci ilədək yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1956-cı il tarixdə doğulmuş, atası X15, anası X7r. İşdə olan “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1957-ci il tarixdə doğulmuş, atası X15, anası X7r. İşdə olan “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Ermənistan SSR Alaverdi rayonu Şamluq qəsəbəsində doğulmuş, atası X14, anası X12r. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla və şahid ifadələri ilə müəyyən olunur ki, X8 xx.xx.1940-cı il tarixdə Ermənistan SSR Alaverdi rayonu Şamlıq qəsəbəsində doğulmuşdur. Ərizəçi doğulan zaman ona doğum haqqında şəhadətnamə verilmiş, lakin sonradan həmin şəhadətnamə itmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğumunun qeyd edilmə faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, X8 cavan yaşında vəfat etmişdir. Hazırda nəvəsi Ərizəçi məhkəməyə müraciət etmiş, doğum haqqında akt qeydinin qeydə alınması zərurəti yaranmışdır. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə doğum akt qeydinin bərpa etmək üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, X6, xx.xx.1940-cı il tarixdə Ermənistan SSR Alaverdi rayonu, Şamlıq qəsəbəsində doğulması faktının qeyd edilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X6 xx.xx.1940-cı il tarixdə Ermənistan SSR Alaverdi rayonu Şamluq qəsəbəsində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar