Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1467/2023 11.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi, vəkil X2 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 miras qalmış, Yevlax rayonu Tanrıqulular kəndi ərazisində yerləşən 0,72 ha torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi və maraqlı şəxs Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisinə rəsmi məlumat verilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi məhkəmə iclasına məktub göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi, vəkil X3 əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ərizəçinin anası Urqiyə Nuriyeva 26 yanvar 2001-ci ildə vəfat etmişdir. Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən X9 25 aprel 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Yevlax rayonu Tanrıqulular kəndi ərazisində 0,72 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 06 aprel 2023-cü il tarixdə Urqiyyə Nuriyevanın adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Artıq neçə illərdir ki, ərizəçi anasının vərəsəsi kimi həmin torpaq sahəsində istifadə edir. Miras qalmış torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisinə müraciət etmiş, lakin ona 16 may 2023-cü il tarixli məktubla mirasın qəbul faktının müddət bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi izah edilməklə imtina edilmişdir. Odur ki, ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X6 birgə nikahlarından xx.xx.1964-cü il tarixdə Ərizəçi doğulmuşdur. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 16 may 2023-cü il tarixli 997 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Yevlax rayonu Tanrıqulular kənd icra nümayəndəliyi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 26 yanvar 2001-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 yanvar 2001-ci il tarixdə 06 № ilə qeyd edilmişdir. İşdə olan Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli 1069 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1924cü il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş X12 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 26 yanvar 2001-ci il tarixədək aparılmış və xx.xx.1947-ci il tarixdə doğulmuş (ölüb) oğlu X14, xx.xx.1953-cü il tarixdə doğulmuş (ölüb) oğlu-X19, xx.xx.1939-cu il tarixdə doğulmuş (ölüb) oğlu-X15, xx.xx.1957-ci il tarixdə doğulmuş (ölüb) oğlu-X16, xx.xx.1964-cü il tarixdə doğulmuş oğlu Ərizəçi və xx.xx.1950-ci il tarixdə doğulmuş qızı-X13 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yrləşən 0,72 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X5 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamə və arayışlardan görünür ki, X17 20 avqust 2011-ci ildə, X14 30 noyabr 2021-ci ildə, X20 17 noyabr 2017-ci ildə, X18 08 fevral 2013cü ildə ölmüşdür. İşdə olan X10 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, mərhum anası X4 miras qalmış əmlakın Ərizəçi tərəfindən miras əmlak kimi bütövlükdə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, Yevlax rayonu Tanrıqulular kəndi ərazisində yerləşən 0,72 ha torpaq sahəsi 06 aprel 2023-cü il tarixdə mərhum X7 adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. 26 yanvar 2001-ci il tarixdə vəfat etmiş X4 Ərizəçi Yevlax rayonu Tanrıqulular kəndi ərazisində yerləşən 0,72 ha torpaq sahəsi miras qalmışdır. Ərizəçi həmin əmlakı miras əmlak kimi faktiki qəbul etmişdir. Mərhum U.Nuriyevanın qızı Rəfiqə Nuriyeva isə ərizə verərək, mirasın qəbul edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış Yevlax rayonu Tanrıqulular kəndi ərazisində yerləşən 0,72 ha torpaq sahəsi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi mərhum anası X4 miras qalmış torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etməklə, həmin mirası faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, Yevlax rayonu Tanrıqulular kəndi ərazisində yerləşən 0,72 ha torpaq sahəsi miras əmlak kimi yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1467/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1467/2023
11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver