Məhkəmə qərarları › İş №2(051)-1470/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1470/2022

12.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1470/2022 12.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı və nümayəndəsi (vəkil) Vəkil1 Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh və nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İlkin İddiaçı Cavabdeh qarşı kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi tələbinə dair ilkin, Cavabdeh ilkin İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İlkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Ə.Vahid küçəsi, 2 saylı evin, 21 saylı mənzilinin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddiaçı məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin əlavə olaraq göstərdi ki, o, xx xxxx 1974-cü il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda doğulmuşdur. 1988-ci ildə məlum hadisələrdən sonra, ermənilər onları atababa yurdundan didərgin salmışlar. Qaçqın olaraq Mingəçevir şəhərinə gəlmişlər. Atası X2 şəhəri, Ə.Vahid küçəsi 4 saylı evin 42 saylı mənzilini satın almışdır. 1998-ci ildə həmin mənzil satılmışdır. Hazırki iş üzrə Cavabdeh 1996-cı ildə ailə quraraq, Bakı şəhərinə köçmüşdür. Ancaq o bildiyinə görə rəsmi nikahı olmamışdır. 1998-ci il mənzil satılanda mənzildə o, mərhum anası Gülü və mərhum atası Qurban yaşamışlar. Mənzil satıldıqdan sonra onlar İsmayıllı rayonuna köçmüş və müəyyən müddət orada yaşamışlar. 2001-ci ildə onlar İsmayıllı rayonundan Mingəçevir şəhərinə gəlmişlər və atası Mingəçevir şəhəri, Əliağa Vahid küçəsi 2 saylı evin 21 saylı mənzilini almışdır. Yenə də həmin mənzildə o, atası və anası ilə birlikdə yaşamışdır. Cavabdeh əvvəlki ailəsindən faktiki ayrılaraq, 1999cu ildə başqa şəxslə ailə münasibətlərinə daxil olmuşdur. Həmin evlilikdən 2001-ci tarixdə Pərviz adlı uşaqları doğulmuşdur. Bundan sonra da cavabdeh Bakı şəhərində yaşamaqda davam etmiş, Mingəçevir şəhərinə gəlməmişdir. Yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindəki evin sənədləri olmadığı üçün 2009-cu ildə atasının razılığı ilə cavabdeh atasının mülkiyyətində olmuş, Mingəçevir şəhəri, Əliağa Vahid küçəsi 2 saylı evin 21 saylı mənzilinə qeydiyyata düşmüşdür. Ümumiyyətlə, Zinqirova X9 şəhəri, Əliağa Vahid küçəsi 2 saylı evin 21 saylı mənzilində yaşamamışdır. Lakin o, atası və anası ilə birgə təsərrüfat idarə edərək onlara qulluq etmişdir. X4 mülkiyyətində olan Mingəçevir şəhəri, Əliağa Vahid küçəsi 2 saylı evin 21 saylı mənzilini 04 fevral 2015-ci ildə bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. 06 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı Qeydiyyat nömrəsinə əsasən adına Çıxarış almışdır. Atası 29 oktyabr 2016-cı il tarixdə vəfat etmiş və mülkiyyətində olan mənzildə anası ilə birlikdə yaşamışdır. Anası isə 14 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Hər iki valideynin yas mərasimini o, vermişdir. Valideynləri vəfat etdikdən sonra Mingəçevir şəhəri, Əliağa Vahid küçəsi 2 saylı evin 21 saylı mənzilində tək yaşamış və ailə həyatı qurmamışdır. Cavabdeh olan bacısı Cavabdeh atası 2009-cu ildə onu bu mənzilə sadəcə qeydiyyata saldığını, hazırda mənzilin onun mülkiyyətində olduğunu bildirərək mənzilindən qeydiyyatdan çıxmasını və 26 il yaşadığı Bakı şəhərində qeydiyyata düşməsini tələb etmişdir. Lakin cavabdeh onunla razılaşmayaraq, qeydiyyatdan çıxmağa etiraz etmişdir. O da məcbur olub, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Zinqirova X9 şəhəri, Əliağa Vahid küçəsi 2 saylı evin 21 saylı mənzilində, həmin mənzilin mərhum X4nun mülkiyyətində olan zaman yaşamamışdır. Həmin mənzil xx.xx.2015-ci il tarixdən onun mülkiyyətindədir. Cavabdeh isə bir gün olsa belə onunla birlikdə həmin mənzildə yaşamamışdır. Odur ki, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi məhkəmə iclası zamanı təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq edir və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəmə iclası zamanı ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdeh İddiaçı hazırda yaşadığı və iddia etdiyi ünvan 1 ünvanında yerləşən mənzil mərhum atası X6 mülkiyyətində olmuş və atasının xəstəliyindən istifadə edən cavabdeh İddiaçı 04 fevral 2015-ci il tarixdə bağışlanma müqaviləsi ilə həmin evi öz adına rəsmiləşdirmişdir. Lakin mərhum atası X1 onun razılığı ilə həmin mənzildə onun daimi pasport qeydiyyatı və istifadə huququ vardır. Atasının sağlığında o da digər uşaqlar kimi həmin mənzildə yaşamış və valideynlərinə qulluq etmişdir. Müvəqqəti yaşamaq və işləmək üçün Bakı şəhərinə köçəndən sonra da gəlibgetmiş , atasının qulluğunda durmuşdur. Hal-hazırda cavabdeh İddiaçı digər bacısı olan Yasəmənin və onun əri İslamın öyrətməsi ilə ona qarşı əsassız iddia irəli sürərək, onu mübahisəli mənzilə dair hüquqlardan məhrum etmək istəyir. ünvan 1 ünvanında yerləşən mənzilin əsil mülkiyyətçisi mərhum atası Qurban Zinqirov olmuşdur və atasının sağlığından onun həmin mənzildə daimi pasport qeydiyyatı və istifadə huququ olmuşdur. Mərhum atası həmin mənzildən istifadə etməyinə sağlığında razılıq vermişdir. Lakin cavabdeh ilə ailə münasibətlərindən yaranmış münasibətlər nəticəsində sözügedən mənzildən lazımı qaydada istifadə edə bilməmişdir. Cavabdeh həmin mübahisəli mənzildə yaşamağına problem yaradır və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, mərhum atası X6 mülkiyyətində olmuş və ondan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqları vardır və məhkəmə qaydasında bu huquqları rəsmiləşdirmək istəyir. Odur ki, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə İddiaçı) Cavabdeh nümayəndəsi məhkəmə iclası zamanı təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq edir və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, tərəflər onun bacılarıdır. Cavabdeh 1996-cı ildə ailə qursa da, bir müddət sonra boşanmışdır. Boşandıqdan sonra bir müddət Bakı şəhərində onunla birlikdə yaşamışdır. Lakin sonradan 2-ci dəfə ailə qurmuş və Bakı şəhərində yaşamağa davam etmişdir. 10 ildir ki, Bakı şəhəri, Ramana qəsəbəsində torpaq sahəsi almış və orada ev tikdirmiş və ailəsi ilə birlikdə hazırda da orada yaşayır. Lakin müəyyən problemlərə görə həmin evi öz adına sənədləşdirə bilməmişdir. Digər bacısı İddiaçı isə ailə qurmamış və hər zaman valideynləri ilə birlikdə yaşamış və onlara qulluq etmişdir. Valideynlərinə hər zaman bacısı İddiaçı baxdığından atası sağlığında mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzili ona bağışlamışdır. Məhkəmə ilkin və qarşılıqlı iddianın dəlillərini, tərəflərin izahatlarını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş RX Seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Zinqirova X9 şəhəri, Ə.Vahid küçəsi, ev 2, mənzil 21 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. İşdə olan xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X13 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı hədiyyə vermişdir. İşdə olan abonentin saldosundan görünür ki, Bakı şəhəri, Ramana qəsəbəsi, südçülük sovxozunda yerləşən Zenner G4T markalı qaz sayğacı üzrə **********06335 saylı abonent kodu Cavabdeh aiddir. İşdə olan Azərişıq ASC tərəfindən verilmiş Bakı şəhəri, Ramana qəsəbəsi, südçülük sovxozunda yerləşən 64277795M650 saylı işıq sayğacı üzrə olan **********10055 nömrəli abonent koduna hesablanmış işıq sərfiyyatının əks olunduğu bildiriş Cavabdeh adınadır. İşdə olan xx.xx.1966-cı il tarixli 942536 saylı doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.1966-cı il tarixdə X12 ilə X11 birgə nikahından doğulmuşdur. İşdə olan xx.xx.1974-cü il tarixli 453498 saylı doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X7 xx.xx.1974-cü il tarixdə X12 ilə X11 birgə nikahından doğulmuşdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisəli mənzil tərəflərin mərhum X4nun mülkiyyətində olmuşdur. Cavabdeh ailə qurduğundan, 1996-cı ildən Bakı şəhərinə köçərək orada yaşamışdır. X3 cavabdehin əldə etdiyi fərdi yaşayış evinin hüquq verici sənədləri olmadığına görə 2009-cu ildə cavabdehin mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmasınmasına razılıq vermişdir.Bununla belə cavabdeh daima Bakı şəhərində yaşamış və işləmişdir. X3 mülkiyyətində olan mübahisəli mənzili xx.xx.2015-ci il tarixdə notariusda bağlanmış müqavilə əsasında ilkin iddiaçıya bağışlamışdır. Mübahisəli mənzil üzərində ilkin iddiaçının mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdən daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçıya məxsus mübahisəli mənzildə deyil, əri və uşağı ilə birlikdə istifadəsində olan, Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) məxsusdur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, işin qanuni həll edilməsi üçün ilk növbədə ilkin iddiaya qiymət verilməlidir. İlk növbədə Məhkəmə nəzərə alır ki, kompensasiya verilmədən cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb-qalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, cavabdeh yaşayış sahəsinə ehtiyacı olduğuna görə bir müddət iddiaçıya məxsus mənzilə köçürülməklə şəxsi ehtiyacını təmin etmişdir. Lakin sonradan cavabdeh iddiaçının ailə üzvü olmayan kənar şəxlə evlənmiş və Bakı şəhərində yaşamışdır. Bununla da cavabdehin iddiaçıya məxsus mənzilə olan ehtiyacı aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin mənzilə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddianı irəli sürməkdə subyektiv hüquqa malikdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh iddiaçının ailə üzvü olmayan kənar şəxslə ailə qurub evlənmiş və Bakı şəhərinə köçərək orada yaşamışdır. Cavabdeh ailə qurana qədər atası evində yaşamışdır. Sonradan həmin ev də satılmışdır. Cavabdeh yalnız valideynləri sağ olan vaxt qonaq kimi gəlib-getmişdir. Onun mübahisəli mənzildə yaşamasını, həmçinin yaşayış sahəsinə olan ehtiyacının məhz hazırda iddiaçının mülkiyyətində olan mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi cavabdehin iddiaçının mülkiyyətində olan mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı qalmamış və könüllü surətdə evdən çıxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onun istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formaladırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin yaşayış sahəsindən istifadə etməsini mümkünsüz edən qanuna zidd hallar müəyyən edilməmişdir. Belə ki, cavabdeh öz istəyi ilə iddiaçının ailə üzvü olmayan kənar şəxsə ərə getmiş və könüllü olaraq iddiaçının mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə etmək hüququnu həyata keçirməmişdir. Həmin hüququn həyata keçirilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə heç bir maneçilik törədilməmişdir. Eləcə də, cavabdeh hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, südçülük sovxozu adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi cavabdehin istifadəsindədir. Bununla bağlı iddiaçı tərəf kommunal xərclərə dair bildirişlərin cavabdehin veriməsini təsdiq edən sənədlər təqdim etmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh digər daimi yaşayış sahəsinə könüllü surətdə köçərək ailəsi ilə birlikdə orada yaşayır və onun hazırda mübahisəli mənzilə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yənin hazırda onun yaşayış sahəsinə ehtiyacı olmadığından, cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna müvafiq məbləğdə kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Ona görə də məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddiaçının cavabdehə qarşı ilkin iddiası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddiasına qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilkin iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun malik olmasını inkar etməmişdir. Elə məhz ona görə də kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə ona qarşı iddia qaldırmışdır. Məhkəmə ilkin iddianı əsaslıolduğundan təmin etmişdir. Göründüyü kimi Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna mülkiyyətçinin iddiası əsasında xitam verilmişdir. Belə olan halda Cavabdeh mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması hissəsində qarşılıqlı iddia tələbi əsassızdır. Məhkəmə, həmçinin Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə də əsasızdır. Belə ki, məhkəmə ilkin iddiaya münasibət bildirilmiş və Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi qənaətinə gəlmişdir. İstifadə hüququna xitam verildiyi halda, cavabdehin mübahisəli mənzilə köçürülməsi tələbi təmin edilə bilməz. Ona görə də qarşılıqlı iddia tələbi həmin hissədə də əsasızdır. Məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün qeyd edir ki, cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü olub–olmaması məsələsinin də müəyyən edilməsi iş üçün mühüm əhəmiyyəti kəsb edir. Ona görə də cavabdehin hazırkı mülkiyyətçinin bacısı kimi özünün saxlanmasını ondan tələb etmək hüququnun, iddiaçının da cavabdehi saxlamaq vəzifəsinin olub-olmaması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında bacının əmək qabiliyyəti olan bacını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin, həmçinin ailə qanunvericiliyi əsasında da yaşayış sahəsinin tam mülkiyyətçisi olan iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ da yaranmamışdır. Belə olan halda cavabdehin mübahisəli mənzilə köçürülməsi tələbi də əsaslı deyildir. Bununla yanaşı məhkəmə, cavabdehin (qarşılıqlı iddiaçının) mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranmasına mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmasına istinad etməsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdeh (qaşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mülkiyyət hüququ ilə iddiaçı (qaşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməli, cavabdeh (qaşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qaşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiasıisə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh (qaşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mülkiyyət hüququ ilə iddiaçı (qaşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilmədən xitam verilsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh (qaşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qaşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar