Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1472/2025 21.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh onun qardaşı mərhum Anar Quliyevin arvadıdır. Anar Quliyevlə o, X13 ilə X5 birgə evliliyindən doğulmuşlar. Atası ilə anası arasındakı nikah 1982-ci ildə pozulmuşdur. Onlardan başqa valideynlərinin Həbib və Tural adlı uşaqları da olmuş, ancaq onlar vəfat etmişdir. Onlar ailəlikcə Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 50/2 saylı evin, 9 saylı mənzilində yaşamışlar. Həmin mənzil vəfat edənə qədər anası adına olmuş, həmçinin həmin mənzildə yaşayış yeri üzrə o, qeydiyyatda olmuşdur. 23 iyun 2021-ci ildə qardaşı X21 Müəssisəsinə gələrərək onunla görüşmüşdür. Söhbət əsnasında Anar ona bildirdi ki, onun cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad olunmaq imkanı vardır. Bunun üçün pul tələb olunur. Əgər o razılaşarsa, anasının evini satar, bir qisim pulla onu çıxarar, qalan hissə pula düşən payına isə ona ev alacaqdır. O da azadlığa çıxmaq arzusunda olduğundan və Anarın onun doğma qardaşı olması səbəbindən ona inanıb onun bu təklifi ilə razılaşmışdır. Onun təkidi ilə Anar Quliyevlə həbsxanaya gəlmiş Vüqar Əhmədova etibarnamə vermişdir. 02 sentyabr 2021-ci il tarixdə X22 vəfat etmişdir. Onun vəfatından sonra yanına gələn xalası Validə Aslanovaya olanları bildirmiş və bundan sonra ona məlum olmuşdur ki, X22 anasından miras qalmış evi satmış, həmin pula öz adına 02 iyul 2021-ci ildə VAZ-21074 markalı 02B0307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci il tarixdə isə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini satın almış, mülkiyyət hüquqları onun adına qeydə alınmışdır. Həmçinin anası Mirvari Quliyevadan miras qalmış ev əşyalarını həmin evə aparıb yığmışdır. X22 vəfat etdikdən sonra həmin evdə arvadı Cavabdeh yaşayır. Hazırda həmin avtomobil və ev üzərinə məhkəmə tərəfindən həbs qoyulmuş, həmçinin uzun sürən məhkəmə mübahisələrindən sonra Şəki Apellyasiya Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(107)-625/2024 saylı qətnaməsinə əsasən onun və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tаrixli, 2(051)-58/2024 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ½ hissə əmlak payının dəyəri olan 22500 (iyirmi iki min beş yüz) manat alınıb İddiaçı verilməsi, X4 miras qalmış 1 dəst qiyməti 1450 manat olan yataq mebeli (taxt, kamot, dolab, 2 ədəd tumba), 1 ədəd qiyməti 550 manat olan qonaq otağı üçün dolab (servant), 4 ədəd ümümi dəyəri 320 manat olan 3x2 xalça, 1 ədəd qiyməti 440 manat olan 108 ekran LC markalı televizor, 1 ədəd qiyməti 590 manat olan 2 qoltuqlu divan, 1 ədəd qiyməti 800 manat olan künc divanı, 1 dəst (6) qiyməti 280 manat olan stolstul dəsti, 1 ədəd qiyməti 230 manat olan televizor altından ibarət əmlaklar naturada, həmin əmlaklar olmadıqda dəyərinin cavabdeh X1 alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin əmlaklar cavabdehdə olsa da, cavabdeh onun evinin dəyərini ona ödəmədiyindən həbsdən çıxdıqdan sonra faktiki küçədə qalmışdır. Cavabdeh yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi onun əmlak payı hesabına alındığından o da həmin əmlakdan istifadə etmək istəyir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. X14 ilə faktiki ailə münasibətlərinə daxil olmuş, nikahlarını 14 may 2011-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində qeyd etdirməklə rəsmiləşdirmişlər. 04 oktyabr 2009-cu il tarixdə X11 və 15 yanvar 2011-ci il tarixdə X15 adlı uşaqları doğulmuşdur. Uşaqlar yetkinlik yaşına çatmamış, onun himayəsindədirlər. X14 ilə 12 il müddətdə birgə təsərrüfat idarə etmişlər. Birgə nikah dövründə, birgə təsərrüfat idarə edərək, ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini-Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən, X2 Şəhadətnaməsinə əsasən 02B0307 qeydiyyat nişanlı, VAZ 21074 markalı, 1999-cu il istehsal tarixli avtomobili əldə etmişlər. X8 01 sentyabr 2021-ci il tarixdə “Dəqiqləşdirilməmiş koma”-dan vəfat etdi. Mərhum ərinin ölümündən sonra birgə nikah dövründə əldə etdikləri, ərinin mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini-Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən, X2 Şəhadətnaməsinə əsasən 02B0307 qeydiyyat nişanlı, VAZ 21074 markalı, 1999-cu il istehsal tarixli avtomobil miras qaldı. Hazırda o, ünvan 5 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində yaşayır, avtomobil də həyətdədir, hər iki əmlak faktiki onun sahibliyində və istifadəsindədir. Miras əmlakın onun və uşaqları tərəfindən qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 2(051)-261/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, X6 miras qalmış ünvan 6 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin və "VAZ-21074" mrkalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının miras əmlak kimi yalnız iddiaçı Cavabdeh və uşaqları X11, X15 tərəfindən qəbul olunmasının müəyyən edilməsi qət edilmişdir. ünvan 7 ünvanda yerləşən torpaq sahəsi özünün qazancı və valideynlərinin köməkliyi ilə əldə edilmişdir. İddiaçı ünvan 7 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə hər hansı bir hüququ yoxdur. Şəki Apellyasiya Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(107)-625/2024 saylı qətnaməsinə ilə Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tаrixli, 2(051)-58/2024 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ½ hissə əmlak payının dəyəri olan 22500 (iyirmi iki min beş yüz) manat pulun alınıb İddiaçı verilməsi, X4 miras qalmış 1 dəst qiyməti 1450 manat olan yataq mebeli (taxt, kamot, dolab, 2 ədəd tumba), 1 ədəd qiyməti 550 manat olan qonaq otağı üçün dolab (servant), 4 ədəd ümümi dəyəri 320 manat olan 3x2 xalça, 1 ədəd qiyməti 440 manat olan 108 ekran LC markalı televizor, 1 ədəd qiyməti 590 manat olan 2 qoltuqlu divan, 1 ədəd qiyməti 800 manat olan künc divanı, 1 dəst (6) qiyməti 280 manat olan stolstul dəsti, 1 ədəd qiyməti 230 manat olan televizor altından ibarət əmlaklar naturada, həmin əmlaklar olmadıqda dəyərinin cavabdeh X1 alınıb İddiaçı verilməsi qət edilmişdir. Anasından miras qalmış mənzilin satışından əldə edilmiş pulun yarısının ondan tutulması məhkəmə qətnaməsi ilə təmin edilmiş, hər ay əmək haqqından 50 faiz tutularaq İddiaçı ödənilir. Yetim uşaqların boğazından kəsərək xəstə olmuş ərinin səhvi ucbatından pul ödəyir. X9 qanun üzrə birinci növbəli vərəsələri o və uşaqlarıdırlar. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(107)- 625/2024 saylı qətnaməsinə əsasən İddiaçı nümayəndəsi və vəkili X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tаrixli, 2(051)-58/2024 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ½ hissə əmlak payının dəyəri olan 22500 (iyirmi iki min beş yüz) manat alınıb İddiaçı verilməsi, X4 miras qalmış 1 dəst qiyməti 1450 manat olan yataq mebeli (taxt, kamot, dolab, 2 ədəd tumba), 1 ədəd qiyməti 550 manat olan qonaq otağı üçün dolab (servant), 4 ədəd ümümi dəyəri 320 manat olan 3x2 xalça, 1 ədəd qiyməti 440 manat olan 108 ekran LC markalı televizor, 1 ədəd qiyməti 590 manat olan 2 qoltuqlu divan, 1 ədəd qiyməti 800 manat olan künc divanı, 1 dəst (6) qiyməti 280 manat olan stol-stul dəsti, 1 ədəd qiyməti 230 manat olan televizor altından ibarət əmlaklar naturada, həmin əmlaklar olmadıqda dəyərinin cavabdeh X1 alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 180 manat dövlət rüsumunun 172,50 manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 106 manat dövlət rüsumunun 86 manatı cavabdeh X1 alınaraq İddiaçı verilməsi, cavabdeh X7 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 24 iyul 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanda yerləşən 0.06 ha bağ torpaq sahəsi üzərində X9 tam mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi üzərinə xx.xx.2023cü il tarixdə Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(051)-86/2023 saylı icra vərəqəsinə əsasən həbs qoyulmuşdur. Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-261/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, X6 miras qalmış ünvan 6 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin və "VAZ-21074" mrkalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının miras əmlak kimi yalnız iddiaçı Cavabdeh və uşaqları X11, X15 tərəfindən qəbul olunmasının müəyyən edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iddiaçı tərəfin izahatının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh iddiaçının doğma qardaşı mərhum Anar Quliyevin arvadıdır. İddiaçının anası vəfat etdikdən sonra ondan mənzil miras qalmışdır. İddiaçı mərhum qardaşının təkidi ilə qohumu X12 etibarnamə vermişdir. 02 sentyabr 2021ci ildə iddiaçının X22 vəfat etmişdir. Anar Quliyevin vərəsələri qismində arvadı Cavabdeh (hazırkı iş üzrə cavabdeh) və 2 yetkinlik yaşına çatmayan uşağı qalmışdır. Onun vəfatından sonra iddiaçıya məlum olmuşdur ki, X22 anasından miras qalmış evi satmışdır. Həmin əmlak Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilidir. İddiaçı buna etiraz etmiş və bu barədə məhkəmədə iddia qaldırmışdır. Uzun sürən məhkəmə çəişmələrindən sonra Şəki Apellyasiya Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(107)- 625/2024 saylı qətnaməsi ilə cavabdeh X1 Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ½ hissə əmlak payının dəyəri olan 22500 (iyirmi iki min beş yüz) manat pulun alınıb İddiaçı verilməsi, X4 miras qalmış 1 dəst qiyməti 1450 manat olan yataq mebeli (taxt, kamot, dolab, 2 ədəd tumba), 1 ədəd qiyməti 550 manat olan qonaq otağı üçün dolab (servant), 4 ədəd ümümi dəyəri 320 manat olan 3x2 xalça, 1 ədəd qiyməti 440 manat olan 108 ekran LC markalı televizor, 1 ədəd qiyməti 590 manat olan 2 qoltuqlu divan, 1 ədəd qiyməti 800 manat olan künc divanı, 1 dəst (6) qiyməti 280 manat olan stolstul dəsti, 1 ədəd qiyməti 230 manat olan televizor altından ibarət əmlaklar naturada, həmin əmlaklar olmadıqda dəyərinin cavabdeh X1 alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı anasından miras qalmış mənzilin X22 tərəfindən satılaraq, hazırda Cavabdeh uşaqları ilə birlikdə yaşadığı, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin aldığına istinad edərək, həmin fərdi yaşayış evinə köçürülməsini tələb edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)- 261/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X6 miras qalmış ünvan 9 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin və "VAZ-21074" mrkalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının miras əmlak kimi yalnız iddiaçı Cavabdeh və uşaqları X11, X15 tərəfindən qəbul olunmasının müəyyən edilməsi qət edilmişdir. ünvan 4 ünvanda yerləşən 0.06 ha bağ torpaq sahəsi üzərində X9 tam mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış, lakin həmin torpaq sahəsində yerləşən mübahisəli mənzil üzərində heç kimin mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Qeyd olunan torpaq sahəsi üzərinə xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(051)-86/2023 saylı icra vərəqəsinə əsasən həbs qoyulmuşdur. Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, işdə olan sənədlərə əsasən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, lakin işin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, həmin mübahisəli fərdi yaşayış evinin yerləşdiyi, ünvan 7 ünvanda yerləşən 0.06 ha bağ torpaq sahəsi üzərində X9 tam mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. 02 sentyabr 2021-ci ildə Anar Quliyev vəfat etmiş, Anar Quliyevin vərəsələri qismində arvadı Cavabdeh (hazırkı iş üzrə cavabdeh) və 2 yetkinlik yaşına çatmayan uşağı qalmışdır. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X6 miras qalmış həmin 0.06 ha torpaq sahəsinin miras əmlak kimi yalnız Cavabdeh və uşaqları X11, X15 tərəfindən qəbul olunması müəyyən edilmişdir. Cavabdeh mirası qəbul edilməsinə dair vərəsəlik şəhadətnaməsi almamışdır. Bununla belə mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi cavabdehin qanuni sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunverici AR Mülki Məcəllənin həmin vaxt qüvvədə olan 1243.2–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat ofisinə ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Məhkəmə istinad edilən mülki hüquq hormalarına əsasən hesab edir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrərində cavabdehin qanuni sahiblik və istifadə hüququ vardır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mübahisəli fərdi yaşayış evi hüquqi qeydiyyata alınmasa da, yəni hazırda həmin fərdi yaşayış evi özbaşına tikili olsa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində cavabdehin mərhum X8nun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda həmin torpaq sahəsi ondan miras qalmışdır. Cavabdeh həm faktiki, həm də məhkəmə qətnaməsi əsasında mirası qəbul etmişdir. Ona görə də 2021-ci ildən həmin torpaq sahəsi və onun üzərində yerləşən mübahisəli fərdi yaşayış evi cavabdehin istifadəsində və sahinbliyindədir. Bu da onu deməyə əsas verir ki, torpaq sahəsi və mübahisəli fərdi yaşayış evi vahid əmlak kimi qəbul edildiyindən, həmin mübahisəli fərdi yaşayış evi üzərində də cavabdehin mülkiyyətə qanuni gözlənti hüququ vardır. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı”iş üzrə, “Qarrax Çexiyaya qarşı”iş üzrə və digər bu kimi qərarlarında X23 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X23 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010–cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qanuni həll edilməsi üçün ilk növbədə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmaması müəyyən edilməlidir. Belə ki, ünvan 5 ünvanda yerləşən 0.06 ha bağ torpaq sahəsi üzərində X9 tam mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alındığından, 02 sentyabr 2021-ci ildə Anar Quliyev vəfat etdiyindən, məhkəmə qətnaməsinə əsasən ondan miras qalmış ünvan 6 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin miras əmlak kimi yalnız Cavabdeh və uşaqları tərəfindən qəbul olunması müəyyən edildiyindən, mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə dövlət qeydiyyat alınmasa da, cavabdehin sahibliyində və istifadəsində olduğundan, tərəflər arasında mövcud olan mülki hüquq münasibətləri 2021-ci il tarixdən yarandığından, həmin fərdi evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında formalıaşmış hüquqi mövqelərə uyğun olaraq mübahisənin düzgün həll edilməsi üçün iddiaçının cavabdehin ailə üzvü olub-olmaması məsələsinin də müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan qayın “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qardaş arvadının əmək qabiliyyətli qaynını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının Ailə qanunvericiliyi əsasında cavabdehlə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə tərəflər arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün heç bir hüquqi əsas yoxdur. Cavabdehin iddiaçıya pul və ya digə daşınar əşya borcunun olması, İddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsinə əsas ola bilən halların dairəsinə daxil deyildir. Onunla bağlı qüvvədə olan məhkəmə qətnaməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada icra edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2–ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirərək belə qənaətə gəlir ki, iddiaçı özünün saxlanmasını tələb etmək və yaşayış sahəsindən cavabdehlə birlikdə istifadə etmək hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1472/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1472/2025
21.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver