Məhkəmə qərarları › İş №2(051)-149/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-149/2022

15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-149/2022 15.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri “Azərelektroizolit” hazırkı Gülşən bağ massivi, 6-cı küçə, 3 ünvanda yerləşən 0.06 ha torpa sahəsi ərizəçinin mərhum əri X8 verilmişdir. Bu barədə Elman Muxtarova 82 №-li order təqdim olunmuşdur. Ərizəçinin əri Elman Muxtarov 25 sentyabr 2011-ci ildə vəfat etmişdir. Ərizəçi ərinin vəfatından sonra həmin torpaq sahəsindən hazırkı vaxtadək istifadə edir. Ərizəçi ilə Elman Muxtarovun birgə nikahlarından beş övladları doğulmuşdur. Onlardan ikisi rəhmətə getmiş, Azər adlı övladı isə ərizəçinin yanındadır. Digər iki övladı isə uzun illərdir ki, ərizəçi ilə birlikdə yaşamırlar. Bundan sonra ərizəçi övladı Azər ilə razılaşaraq qeyd olunan torpaq sahəsinin ərizəçi tərəfindən miras şəklində qəbul edilməsi üçün müraciət etmiş, lakin notariat kontorundan ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu faktı başqa qaydada müəyyən etmək mümkün deyil. Ərizənin təmin olunmasını, mərhum X3 miras qalmış “Azərelektroizolit” hazırkı Gülşən bağ massivində yerləşən 0.06 ha torpa sahəsinin ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçi onun anasıdır. Atasından miras qalmış “Azərelektroizolit” hazırkı Gülşən bağ massivində yerləşən 0.06 ha torpa sahəsidən anası Südabə Muxtarova istifadə edir. O və digər qardaşları həmin torpaq sahəsindən istifadə etmir. X2 məhkəmə iclasında ifadəsində göstərdi ki, ərizəçi ilə bağ qonşusu olub. Əri Elmanın ölümündən sonra miras qalmış torpaq sahəsindən ancaq Südabə istifadə edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan 82 №-li orderin surətindən görünür ki, “Azərelektroizolit” Gülşən bağ massivində yerləşən 0.06 ha torpaq sahəsi Elman Muxtarovun istifadəsinə verilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 25 sentyabr 2011-ci ildə vəfat etmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi 22 iyul 2021-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşə əlavə edilmiş Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin 07 mart 2022-ci il tarixli arayışında göstərilir ki, Muxtarova X4 şəhəri “Azərizolit” zavod “Gülşən” bağ massivində yaşayır, onun mərhum həyat yoldaşı X5 “Azərizolit” “Gülşən” bağ massvində 0,6 sot torpaq sahəsi vardır. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 22 mart 2022-ci il tarixli 05/Q- 115/15 №-li arayışdan görünür ki, X6 vərəsələri arvadı Ərizəçi qızı, oğlanları X13, X14, X12, X10 və X7r. İşə əlavə olunmuş Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində notariat ofisindən verilmiş 15 mart 2022-ci il tarixli 489 №-li arayışdan görünür ki, X3 qalmış miras əmlakaəmanət hesabındakı qalıq pula Mingəçevir şəhər 2 saylı notariat ofisində 29.12.2012-ci il tarixdə V-1780/ 2012 saylı vərəsəlik işi açılmış və mərhumun vərəsəsi olan arvadı-Ərizəçi 29.12.2012-ci il tarixli 2V-2388 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin mərhum X3 qalmış Mingəçevir şəhəri “Azərelektroizolit” hazırkı Gülşən bağ massivi ndə yerləşən 0,06 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik üququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, ərizəçi Südabə X1 miras qalmış Mingəçevir şəhər “Azərelektroizolit” hazırkı Gülşən bağ massivi, 6-cı küçə, 3 ünvanda yerləşən 0.06 ha torpa sahəsinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişlər. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, X3 miras qalmış Mingəçevir şəhər “Azərelektroizolit” hazırkı Gülşən bağ massivində yerləşən 0.06 ha torpa sahəsinə Ərizəçi Hüsedyn qızı sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, X3 miras qalmış Mingəçevir şəhər “Azərelektroizolit” hazırkı Gülşən bağ massivində yerləşən 0.06 ha torpa sahəsinə vərəsə Ərizəçi tərəfindən sahiblik etməklə qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X3 miras qalmış Mingəçevir şəhər “Azərelektroizolit” hazırkı Gülşən bağ massivində yerləşən 0.06 ha torpa sahəsinin vərəsə Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar