Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1491/2022 04.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X2 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0.05 hektar torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mərhum arvadı X4 22.*2.20*9-cu il tarixdə vəfat etmişdir. Ondan ünvan 2 ünvanında yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0.05 hektar torpaq sahəsinin miras qalmışdır. Lakin o, notariat kontoruna vərəsəliyə dair şəhaətnamə almaq üçün müraciət edən zaman müəyyən edilmişdir ki, mərhum arvadı ilə onun arasında bağlanmış nikah Ermənistan Respublikasında qeyd alındığı üçün elektron sistemə düşməmişdir. Bundan sonra məhkəməyə müraciət etmiş və *987-ci il tarixdə nikahın bağlanması faktı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Bu səbəbdən də mirasın qəbulu müddətini ötürmüşdür. Bunula belə miras açılan vaxtdan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Odur ki ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirak etdikləri məhkəmə iclası zamanı izahatlarında və təqdim etdikləri yazılı ərizələrində miras əmlakın məhz ərizəçi tərəfindən faktiki qəbul edilməsini faktını etiraf etmişlər və ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişlər. Maraqlı şəxs4 məhkəməyə teleqram ünvanlayaraq, əmlakın məhz ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən ediməsi və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Maraqlı şəxs4 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İşdə 07.0*.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ilə X3 nikahları haqqında 07.0*.2022-ci il tarixdə * sylı bərpa akt qeydi tərtib edilmişdir. İşdə olan DƏDRX-dən olan Seriya RX *294*05 saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 056346 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 22.*2.20*9-cu il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.0*.2022-ci il tarixli 05/76-64/*2 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 28.02.*958-cı il tarixdə Ermənistan Respublikasının, Vardenis rayonunda doğulmuş X4 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 23.0*.2022ci il tarixədək aparılmış və xx.xx.*958-cı il tarixdə doğulmuş əri-Ərizəçi, xx.xx.*982-ci il tarixdə doğulmuş oğlu- Maraqlı şəxs3, xx.xx.*987-ci il tarixdə doğulmuş qızı-Maraqlı şəxs2 və xx.xx.*983-cü il tarixdə doğulmuş oğlu- Maraqlı şəxs4 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.0*.2022-ci il tarixli 05/76-64/*2 saylı məktubdan görünür ki, mərhum X3 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 28.*2.20*9-cu il tarixli, 66* saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir şəhəri, F.Əzimov küçəsi, ev 33, mənzil *5” qeyd olunmuşdur. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin *2.0*.202*-ci il tarixli 4* nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən yazılmış ərizələrdən və Maraqlı şəxs4 tərəfindən göndərilmiş teleqramdan görünür ki, onlar mərhum analarından miras qalmış ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin ərizəçi tərəfindən miras əmlak kimi bütövlükdə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, 22.*2.20*9-cu il tarixdə vəfat etmiş X2 Ərizəçi, həmçinin maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Maraqlı şəxs4 ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi miras qalmışdır. Ərizəçi həmin torpaq sahəsini miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxslər isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X* miras qalmış ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin **33–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33.*–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin **5*.*–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin **59.*. *-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin *243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X* miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X3 birinci növbəli qanun üzrə vərəsələri olan Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 X* qalmış mirasdan pay almaq istəmədiklərini bildirmiş və mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM–in *4.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 2*3, 2*6–220, 233, 3** və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X* miras qalmış, ünvan 3 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1491/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1491/2022
04.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver