Məhkəmə qərarları › İş №2(051)-1508/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1508/2020

20.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1508/2020 20.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnu itirilmiş hesab edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnu itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, oğlu Qurbanov Rəhman 2001-ci ildə Cavabdeh ilə rəsmi nikah olmadan ailə qurmuş, onların 2002-ci il təvəllüdlü Məryəm və 2004-cü il təvəllüdlü Qurban adlı iki uşaqları olmuşdur. Sonradan cavbadehlə oğlu Rəhman ayrılmış, aralarındakı nikah pozulmuşdur. Artıq cavabdehin uşaqları böyümüş və ailə qurmuşlar. Cavabdeh 3 ildir özünə məxsus əşyalarını yığıb evdən çıxmış və başqasına ərə getmişdir. Cavabdeh onun mənzilində yaşamır və ya mənzildə hər hansı bir əmlakı yoxdur, lakin qeydiyyatdan çıxmayıb. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ona məxsus Mingəçevir şəhəri N.Nərimanov küçəsi 17/2 №li evin, 21 №li mənzilinə istifadə hüququnu itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsinə əsasən onun iki azyaşlı uşaqları ilə birlikdə Mingəçevr şəhəri N.Nərimanov küçəsi 17/2 №-li evin 21 №-li mənzilinə istifadə hüququ müəyyən edilmişdir. İddiaçının oğlu ilə nikahları pozulduqdan sonra ikinci dəfə ailə qurmuş, özünə məxsus bütün əşyalarını götürüb mənzildən çıxmışdır. Uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır. Başqa yaşayış yeri var. Mingəçevr şəhəri N.Nərimanov küçəsi 17/2 №-li evin 21 №-li mənzilindən istifadə hüququnun itirilməsinə etiraz etmir, razıdır. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)- 22/2010 №-li xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 2 azyaşlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri N.Nərimanov küçəsi 17/2 №-li evin 21 №-li mənzilinə istifadə hüququnun müəyyən olunması qət edilmişdir. İşdə olan Cavabdeh notarial qaydada təsdiq olunmuş ərizəsində göstərilir ki, o, qeydiyyatda olduğu Mingəçevir şəhəri N.Nərimanov prospekti 17/2 №-li evin 21 №-li mənzilindən pasport qeydiyyatından çıxarılmasına etiraz etmir. İşdə olan ******* №-li xx xxxxxx 2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh xx xxxxxxx 2010-cu ildə Mingəçevir şəhəri N.Nərimanov prospekti 17/2 №-li evin 21 №-li mənzilində qeydiyyatdadır. İşə əlavə olunmuş 2 №li MİS tərəfindən verilmiş 246 №li, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Həmzı qızıMingəçevir şəhəri N.Nərimanov küçəsi 17/2 №li evin, 21 №li mənzilində yaşamır. Məhkəmə iclasında müəyyən edildi ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 17/2 №li evin, 21 №li mənzili İddiaçı mülkiyyətindədir. Cavabdeh Nuarnə İbrahimova həmin mənzildə qeydiyyatdadır və məhkəmənin qətnaməsi ilə mənzilə istifadə hüququ müəyyən edilmişdir. Lakin cavabdeh iddianı qəbul edərək uzun müddət həmin mənzildə yaşamadığını, başqa yaşayış sahəsi olduğunu bildirərək mənzilə istifadə hüququnun itirilməsinə razı olduğunu bildirdi. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh iddianı etiraf etməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh mənzildən istifadə hüququnun itirilməsinə razı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, onun Mingəçevir şəhəri N.Nərimanov prospekti 17/2 №-i evin 21 №-li mənzilinə istifadə hüququ itirmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. Cavabdeh Mingəçevir şəhəri N.Nərimanov prospekti 17/2 №li evin, 21 №li mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar