Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1513/2021 03.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 2 az yaşlı uşağı ilə birlikdə daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən 36 saylı mənzilin yaşayış sahəsindən istifadə hüququnun tanınması və 09.01.2012-ci il təvəllüdlü X4 və 19.12.2012-ci il təvəllüdlü X5 adlı iki nəfər uşağı ilə birlikdə ünvan 1 ünvanda yerləşən 36 saylı mənzilinə köçürülməsi və kommunal-məişət sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, cavabdehin eyni ünvanda və mənzildə yaşayan oğlu X2 19 yanvar 2010-cu ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində nikah qeyd etdirməklə ailə qurtmuş və cavabdehin yaşadığı mənzilə gəlin köşmüş, özünə məxsus cejhiz əşyalarınıda həmin mənzilə aparaq orada yaşamağa başlamışdır. Bütün ailə üzvləri tərəfindən bərabərhüquqlu ailə üzvü kimi onlarla birlikdə yaşamağa ba.lamış mənzilin yaşayış sahəsindən kğöməkçi və kommunal məişət sahələrindən onlarla birlikdə bərabər surətdə istifadə etmək və yaşamaq hüququ qazanmışdır. Həmin mənzildə yaşadığı dövrdə birgə nikah münasibətlərindən 09.01.2012-ci il təvəllüdlü X4 və 19.12.2012-ci il təvəllüdlü X5 adlı iki nəfər uşaqları olmuşdur. Məhkəmənin qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqların onun yanında qalması qət edilmişdir. Faktiki olaraq ayrıldıqdan sonra uşaqlar onun himayəsində qalmış, və vaxtdan müvəqqəti olaraq valideyinləri ilıə birlikdə yaşamağa balamışdır. Hazırda iki az yaşlı uşaqla birlikdə yaşamaq mümkün deyildir. AR ƏMDK-nin 17 saylı ərazi iDarəsinin 07.07.2021-ci il tarixli arayıdından görünür ki, ünvan 1 mənzil 36 alqı satqı müqaviləsinə əsasən Cavabdeh adına rəsmiləşdirilmiş lakin dövlət reyestrində qeydiyyata alınmamışdır.Cavabdehin həmin mənzili şəxsi mülkiyyət hüququ əsasında adına qeydə aldırmaması səbəbindən onun yaşayış sahəsindən istifadə hüququ ilə əlaqdəar onunla hər hansı müqavilə bağlamamağı özündən asılı olmayan səbəblərdən mümkün olmamışdır. Buna görə də 2 az yaşlı uşağı ilə birlikdə daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən 36 saylı mənzilin yaşayış sahəsindən istifadə hüququnun tanınması və 09.01.2012-ci il təvəllüdlü X4 və 19.12.2012-ci il təvəllüdlü X5 adlı iki nəfər uşağı ilə birlikdə ünvan 1 ünvanda yerləşən 36 saylı mənzilinə köçürülməsi və kommunal-məişət sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun gəlini olub. Oğlu Teymur və gəlini ailə qurduqdan sonra onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 36 saylı mənzilində yaşamışdır. Sonradan oğlu ilə İddiaçı arasında olan münasibətlər pozulduğu üçün məhkəmə qaydasında boşanmışlar. Göstərilən mənzil onun xüsusi mülkiyyətindədir. İddiaçının göstərilən mənzilə heç bir qeydiyyatı və ya hüququ yoxdur. Ona məxsus mənzil iki otaqdan ibarətdir və göstərilən mənzilə onun və ailə üzvlərinin tələbatını minimum səviyyədə ödəyir. İddiaçı isə 2019-cu ildən ona məxsus mənzildən çıxmış, ayrı yaşayış yeri yəni valideyinlərinin evində yaşayır. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəməyə təqdim olunmuş X3 İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 36 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh adına 22.08.1996-cı il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə, təqdim olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən obyektiv, hərtərəfli və tam baxaraq, tərəflər arasında olan münasibətlərə tətbiq olunan hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ verilməsi və mənzilə köçürmə ilə bağlı yaranan mülki mübahisədir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında ailə münasibətləri 2011-ci il taridə yaranmışdır. Bu səbəbdən də mübahisəli mənzilə bağlı münasibətləri Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən də aydın görünür ki, iddiaçı cavabdehlərə məxsus mənzilə gəlin kimi 2010-ci ildə köçmüşdür (bununla bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır). Tərəflər arasında mənzillə bağlı mübahisə yarandığı zaman mənzil alqı satqı müqaviləsinə əsasında qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh məxsus olmuşdur. İddiaçı iddiasını gəlin köçərkən özünə məxsus cehiz və digər əmlakları ilə birlikdə mənzilə yerləşməklə yaşamağı bütün ailə üzvləri ilə birlikdə bərabərhüquqlu ailə üzvü kimi onlarla birlikdə ailə təsərüfatı işlərini onlarla birlikdə həyata keçirməsi ilə əsaslandırsa da bu əsas qanunvericiliyin tələbinə görə əsassızdır. Bu səbəbdən də İddiaçı Cavabdeh qarşı «yaşayış evindən istifadə hüququnun verilməsi və evə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlə mülkiyyətçi arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış, onların mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Baxılan iş üzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi iddiaçının mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının tələbinin hüuqui əsası yoxdur. Belə ki, yuxarıda göstərilənlərə əsasən qeydiyyat vəsiqəsi əsasında cavabdehə məxsus olan mənzil mülkiyyət sənədinə bərabər tutulmuş və həmin mənzildə iddiaçının hər hansı hüququ olması məhkəmə iclasında öz təstiqini tapmamışdır. Məhkəmə mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını daha üstün hüquq kimi tanıyaraq iddiaçının tələbinin heç bir hüquqi əsasının olmaması qənaətindədir. Bundan əlavə məhkəmə iclasında İddiaçı artıq 2019-cu ildən həmin mənzildə yaşamadığıda aktla öz əksini tapmışdır. İddiaçı mübahisəli evə istifadə hüququnun tanınmasını və uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb etsə də bununla bağlı öz sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının məhkəmə iclasında verdiyi izahatından da görünür ki, iddiaçının niyyəti mənzildə yaşamaq deyil gələcəkdə kompensasiya almaqdır. Çünki iddiaçının artıq iki ildən çoxdur ki, həmin mənzildə yaşamaması MKT-nin 3 saylı MİS-nin əməkdaşlarının tərtib etdiyi aktadanda aydın görünür. Odur ki, məhkəmə hesab edir ki, göstərilən hall hüquqdan sui istifadədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan iş üzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi iddiaçının mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qə t e t d i: İddiaçı cavabdeh X1, Həsənov Zaur Samid oğlu və Cavabdeh qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülməvə evin köməkçi və kommunal sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1513/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1513/2021
03.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver