Məhkəmə qərarları › İş №2(051)-1517/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1517/2023

18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1517/2023 18.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi «Miras əmlakı qəbul edilmə faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X1 miras qalan ünvan 1 ünvanında yerləşən mənzilin onun tərəfindən miras kimi qəbul edilməsi faktını müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X5 anası X6 ilə xx.xx.1962-ci ildə rəsmi nikaha daxil olublar. Bu nikahdan xx.xx.1968-ci il təvəllüdlü Maraqlı şəxs3, xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi dünyaya gəlmişdir. X5 xx.xx.1995-ci ildə dünyasını dəyişmişdir. Onun xx.xx.2011-ci ildə nikahı pozulmuşdur. xx.xx.2014-cü ildə isə anası X7 dünyasını dəyişmişdir. O o dövrdən hal-hazırkı dövrə qədər ünvan 2 ünvanında tək yaşayır. Maraqlı şəxslər bu əmlakın onun tərəfindən miras kimi qəbul etdiyinə şəksiz olaraq etiraz etmirlər. Ona görə də məhkəmədən X1 miras qalan ünvan 1 ünvanında yerləşən mənzilin onun tərəfindən miras kimi qəbul edilməsi faktını müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Sonradan Ərizəçi məhkəmə ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən mənzilin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir regional “ASAN Xidmət” mərkəzinin notariat kontoru, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər. Bununla belə Maraqlı şəxs3 ilə məhkəmə iclası zamanı telefonoqram vasitəsi ilə əlaqə saxlandığı zaman o bildirmişdir ki, hal-hazırda xəstədir, evdən çıxa bilmir və bu səbəbdən notariata gedə bilməmişdir. Mirası bacısı tərəfindən tam şəkildə qəbul edilməsinə etiraz etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş AZ-İ seriyalı 706555 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə kəskin koronar çatmamazlığı, diabetik netropatiya səbəbindən Mingəçevir şəhərində ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1995-ci ildə ölmüşdür İşə əlavə olunmuş nikahın bağlanması haqqında arayışdan görünür ki, X11 və X2 nikahı haqqında 24 iyul 1962-ci il tarixdə 126 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. İşə əlavə olunmuş AZ-İ seriyalı, 127341 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 və Ərizəçi arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10 avqust 2011-ci il tarixdə 154 № ilə qeyd edilmişdir. İşə əlavə olunmuş DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 96.7 kv.metr olan, 3 otaqlı mənzil X3 tam mülkiyyətindədir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ailə vəziyyəti haqqında arayışdan görünür ki, X3 əri X11 ölüb, qızı X9, qızı Maraqlı şəxs3 və qızı X13 vardır. İşə əlavə olunmuş Maraqlı şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası – X1 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) əmlakdan ona çatası vərəslik payını qəbul etməmiş, istəmir, gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcək. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Elxan Hüseynovun 14 fevral 2023-cü il tarixli 303 saylı məktubundan görünür ki, “sizin xx.xx.2014-cü il tarixdə vəfat etmiş ananız X4 qalmış miras əmlaka mirasın qəbulu faktı vaxtında rəsmiləşdirilməməsinə baxmayaraq, adınıza vərəsəlik haqqında şəhadətnamə verməyi xahiş etməyiniz barədə ərizənizə baxılmışdır”. “Sizin tərəfinizdən mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilməmişdir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum X3 qızıdır. X7 ölmüş və onun vərəsələri övladlarıdır. Ərizəçi başqa qalan vərəsələr ünvan 4 ünvanında yerləşən mənzilə münasibətdə miras paylarından imtina etmişlər. Ona görə də Ərizəçi ərizəsi təmin olunmalı, X1 miras qalmış ünvan 4 ünvanında yerləşən mənzili miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, mirasın faktiki qəbul edilməsini müəyyən edən məhkəmə qətnaməsi həmin şəxsə notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. X1 miras qalmış ünvan 4 ünvanda yerləşən mənzilin Ərizəçi tərəfindən bütövlükdə qəbul etməsi faktı müəyyən edilsin. Miras əmlakın qəbul edilməsi faktı miras əmlaka bütöv şəkildə tam pay hüququ olmaqla vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar