Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-152/2021 16.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İlkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı nümayəndələri Nümayəndə və (vəkil) Vəkil1, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə İlkin İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair ilkin iddiası, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin İddiaçı və X19, Mingəçevir şəhər ASAN xidməti Mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (bundan sonra DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi) qarşı 4Ə-833 reyestr nömrəsi ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 2-ci dalan, 9 saylı ərazidə yerləşən 0,03 hektar torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilkin İddiaçı və X19, İddiaçı, Mingəçevir şəhər ASAN xidməti Mərkəzinin notariat ofisi və DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən 4Ə-833 reyestr nömrəsi ilə bağlanmış alqı-satqı müqaviləsnin etibarsız hesab edilməsi və ********** nömrə ilə qeydə alınmış çıxarışın ləğv edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, təmsil etdiyi şəxs Mingəçevir şəhəri, H. Əliyev prospekti, 2-ci dalan, 9 saylı ünvanda yerləşən 0.03 hektar torpaq sahəsini, X9 2019-cu ilin sentyabr ayında almışdır. Həmin torpaq sahəsini 2020-ci ilin iyun ayının 16 da qanuni yolla rəsmiləşdirmişdir. Həmin torpaq sahəsi DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ********** saylı çıxarış əsasında onun tam mülkiyyətinə verilmiş, lakin o, mülkiyyətində olan mübahisəli torpaq sahəsinə istifadə etmək hüququndan məhrum olunmuşdur. Belə ki, Cavabdeh onun torpaq sahəsinə qanunsuz olaraq girərək həmin torpaq sahəsində sənədsiz evdə yaşayır. O, dəfələrlə Cavabdeh mübahisənin könüllü həlli-üçün müraciətlər etmişdir. Lakin Cavabdeh onunla heç cür razılaşmayaraq həmin qeyd etdiyi mülkiyyətində olan torpaq sahəsinə qeyri qanuni olaraq Bərdə rayon Asan Xidmət mərkəzində alqı-satqı etməsi barədə sənədinin olmasını bildirib torpaq sahəsindən çıxmaq istəmir. Odur ki, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İlkin iddiaçının nümayəndələri Nümayəndə məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdilər, qarşılıqlı iddianı qəbul etmədi, həmçinin təmsil etdiyi şəxsin Vəkil1 ilə oxşar məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs onun oğludur. Bütün proseslərdə təmsil etdiyi şəxsin adından onun özü iştirak etmişdir. Belə ki, o, Yavəri qohumu Mürşüdün vasitəsilə tanımışdır. Belə ki, Yavər Mürşüdlə birlikdə onun tikinti materialları satdığı mağazaya gələrək 6 sot torpaq sahəsi aldığını orada ev inşa etdirəcəyini, bunun üçün ondan tikinti materialları alacağını və hissə-hissə ödəyəcəyini demiş, o da bununla razılaşmışdır. Bundan sonra Yavər ondan tikinti materialları almış və hissə-hissə həmin pulu ödəmişdir. Həmin evlərin tikintisi başa çatdıqdan sonra Yavər ondan aldığı 12.000 manatlıq tikinti materiallarının pulunu ödəmiş və Yavərin ona 14.500 manat borcu qalmışdır. O, Yavər ilə birgə onun tikinti materialları satışı mağazasına getmiş, orada Yavər ona 14.500 manat borcu olması ilə bağlı imza çəkmiş və sonra ondan 7.500 manatlıq tikinti materialları almışdır. Həmçinin Yavər ondan aldığı tikinti materiallarından yalnız həmin evləri tikməmiş, eyni zamanda həmin materiallarla həmin evlərdən başqa digər iki evin tikintisində də istifadə etmişdir. Beləliklə, Yavərin ona 22.000 manat, torpaq sahəsinin sahibi Salaha isə 16.000 manat borcu olmuşdur. Bundan sonra Yavər ona olan borcunu ödəmədiyindən, o, Salahın yanına getmiş, Yavərin ona 22.000 manat borcu olduğunu və ödəyə bilmədiyini demişdir. Eyni zamanda Yavərin Salahın oğlu Elgünün adına olan torpaq sahəsində tikdiyi evi satıb həm öz borcunu, həm də Yavərin Salaha olan 16.000 manat borcunu verəcəyini bildirmişdir. Ona görə də həmin evlə bağlı ona etibarnamə verməsini istəmişdir. Salah pulu qabaqcadan aldığı halda, etibarnamə verəcəyini bildirmişdir. Ona görə də o, Salaha 16.000 manat vermişdir. Bununla da Yavərin ona artıq 38.000 manat borcu yaranmışdır. Ondan sonra Salah həmin torpaq sahəsi ilə bağlı ona etibarnamə vermişdir. Həmin evi satdıqdan sonra, ev alqı-satqısı ilə məşğul olan Gündüz adlı şəxs həmin evin satışından əldə olan puldan ona 22.000 manat pul vemiş və onun Yavərin əvəzinə Salaha verdiyi 16.000 manatı ödəməmişdir. Bununla da Yavərin yenə də ona 16.000 manat borcu qalmışdır. O, Gündüzdən pulunun hamısını tələb etdikdə, o, ikinci evin satışından sonra Yavərin ona olan borcunu verəcəyini demişdir. 2020- ci ilin may ayında Yavər və Gündüz ikinci evə alıcı tapıldığını və oğlu Elxanı Mingəçevir “ASAN” xidmət mərkəzinə gəlməsini demişlər. Elxan oraya getmiş və evin satışı üçün Salahın gəlininin razılıq ərizəsi lazım olduğundan alqı-satqının baş tutmamışdır. Həmin vaxt o, pulu olmadığını, Yavərin ona olan 16.000 manat borcunun bir hissəsini qaytarmaqlarını istəmişdir. Gündüz həmin gün ona 4.000 manat pul vermiş və beləliklə, Yavərin ona 12.000 manat borcu qalmışdır. Sonra o, dəfələrlə razılıq ərizəsini almaq üçün Salaha müraciət etmiş, Salah isə oğlu və gəlininin Rusiya Federasiyasında olduğunu deyərək, onu aldatmışdır. Bundan sonra o, Yavərin və Gündüzün onu aldadaraq evi satıb pulunu qaytarmayacaqlarını, onu aldadacaqlarını güman etdiyinə görə Salahın oğlu Elgünə zəng edərək evin satışı ilə bağlı arvadının razılıq ərizəsini göndərməsini xahiş etmişdir. Elgün isə arvadının şəxsiyyət vəsiqəsinin atasında olduğunu demişdir. Bundan sonra o, Elgünlə razılaşmışdır ki, onun arvadının şəxsiyyət vəsiqəsini atası Salahdan alıb ona göndərsin və Elgün də razılıq ərizəsini alıb ona göndərsin. O, həmin şəxsiyyət vəsiqəsini Elgünün adı ilə Salahdan almış, Bakıya Elgünə göndərmiş, Elgün isə razılıq ərizəsini alıb ona göndərmişdir. 2020-ci ilin iyun ayında o, Mingəçevirdə “ASAN” xidmət mərkəzində oğlu Elxanın adına olan etibarnamə ilə evi digər oğlu, həmçinin təmsil etdiyi Elçin arasında alqı-satqı müqaviləsi bağlamış və torpağın çıxarışını da onu adına almışdır. Həmin evin çıxarışını alana qədər evin Elmiraya satılması ilə bağlı məlumatı olmamışdır. Çıxarışı aldıqdan sonra evi satmaq barədə Gündüzə və Yavərə məlumat vermiş, lakin onlar da həmin evin satılması ilə bağlı ona məlumat verməmişlər. Sonradan o, evi satmaq üçün alıcı axtaran zaman həmin evdə başqalarının yaşadığını öyrənmişdir. Özündə olan sənədləri götürərək evə getmiş və Elmiraya evin onun adına olduğunu deyib çıxarışını ona göstərmişdir. Cavabdeh də nə sənəd olduğunu soruşmuş, cavabdeh isə ona alqısatqı müqaviləsini göstərmiş, çıxarışının olmadığını bildirmişdir. Hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində təmsil etdiyi şəxsin mülkiyyət hüququ daşınmaz əmakın dövlət reyestrində qeydiyyata alındığından, cavabdehin sahibliyi qanunsuzdur. Odur ki, məhkəmədən ilkin iddianın təmin qarşılıqlı iddianın isə rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, xx.xx.2012-ci il tarixdə Bərdə ASAN xidmətinin mərkəzi notariat kontorunda AN-1 saylı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə X19 məxsus olan, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 2-ci dalan, 9 saylı ünvanda yerləşən 0,03 hektar torpaq sahəsini almışdır. Alqı-satqı müqaviləsinə mülkiyyətçinin əvəzinə etibarnamə üzrə nümayəndəsi X30 imza etmişdir. Pandemiya dövrü olduğundan o, sənədləri təqdim edə bilmədiyinə görə çıxarış ala bilməmişdir. Lakin mübahisəli torpaq sahəsi faktiki onun istifadəsinə verildiyindən, o, xx.xx.2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçmüşdür. O, orada yerləşən yarımçıq yaşayış evində hasarlama işləri, məhləyə tamet vurdurmuşdur. Həmin vaxt apardığı cari təmir işlərinə təxminən 7000 (yeddi min) manatdan artıq xərc çəkmişdir. İyul ayının əvvəlində 3 (üç) nəfər tanımadığı şəxslər evə daxil olmuşlar. Bildirmişlər ki, bu evə dair DƏDRX-dən çıxarışı var və nəvələrinə görə onlara möhlət qoyub evdən çıxartmır. Bu evi almışlar və bura dair alqı-satqı müqaviləsini və çıxarışı göstərdi. Məhəmməd adlı şəxs bildirdi ki, onlar notariusa gedəndə məlum oldu ki, doğurdan da xx.xx.2020-ci il tarixdə evin mülkiyyətçisi X27 onlara alqı-satqı ilə satdığı evi təkrarən Mingəçevir şəhər Asan xidmət mərkəzinin notariat ofisində İddiaçı satmışdır. Halbuki, onda olan alqı-satqı müqaviləsinin 17-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və müddəalar tərəflər üçün məcburidir. Həmin müqavilənin 18-ci maddəsinin müqaviləyə dəyişiklik və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. X4 müqavilənin ləğvi haqda ona nə yazılı, nə şifahi məlumat verməmişdir. Cavabdeh Asan xidmətdə bu məlumatı yoxlatmış və görmüş ki, həqiqətən bu Asan xidmətdə 4Ə-833 reyestr nömrəsi ilə bağlanmış alqı-satqı müqaviləsi rəsmləşdirilib. Beləliklə də, X35 bilərəkdən, dələduzluq edərək əvvəlcədən evi cavabdehə satmış, sonradan bu alqı-satqı haqda məlumatı olan İddiaçı təkrarən satmışdır. İddiaçı atası Nümayəndə hər gün evinə gələrək ona hədə-qorxu gəlir, deyir, get Yavər Qasımovdan pulunu al, yada evdən çıx, bu saat 102-yə yığıb səni evdən çölə tökəcəm. Bunun nəticəsi olaraq cavabdeh əsəb gərginliyi keçirmiş və xəstələnmişdir. Hesab edir ki, ilkin iddiaçının tələbi əsassızdır. Çünki, o, qanunla müəyyən olunmuş qaydada notariusda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında nağd şəkildə vəsait ödəməklə daşınmaz əmlakı almışdır. Lakin ilkin iddiaçı Yavərlə arasında olan borc müqaviləsini pərdələmək üçün yalan əqd bağlamışdır. Ona görə də ilkin iddiaçı ilə qarşılıqlı iddia üzrə cavabdeh X27 arasında bağlanmış alqısatqı müqaviləsi bağlandığı andan etibarsıızdır. Eləcə də həmin alqı-satqı müqaviləsi əsasında ilkin İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Odur ki, məhkəmədən ilkin iddianın rədd qarşılıqlı iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi, Vəkil2 məhkəmə iclası zamanı ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, təmsil etdiyi şəxs qanunda nəzərdə tutulmuş qaydada notariusda alqı-satqı müqaviləsi bağlamış və mübahisəli daşınmaz əmlakı əvəzli olaraq əldə etmişdir. İlkin iddiaçı isə borc müqaviləsini pərdələmək üçün yalan əqd bağlamışdır. Hesab edir ki, ilkin iddiaçının tələbi əsaslı deyildir. Təmsil etdiyi şəxsin mübahisəli daşınmaz əmlak üzərində istifadə və sahiblik hüququ yaranmışdır. Lakin ilkin iddiaçı təmsil etdiyi şəxsin mübahisəli daşınmaz əmlakı əldə etməsini bilmiş və ondan məlumatı olmuşdur. Ona görə də ilkin iddiaçı mübahisəli daşınmaz əmlakı əldə edərkən vicdanlı olmamışdır. Odur ki, məhkəmədən ilkin iddianın rədd qarşılıqlı iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X30 ifadəsində göstərdi ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 2-ci dalanda yerləşən 6 sot torpaq sahəsini təxminən 2019-cu ildə 26.000 manata Salah Məmmədov ilə razılaşmış, həmin pulun 10.000 manatını o, Salaha vermiş və Salaha 16.000 manat borcu qalmışdır. Həmin 6 sot torpaq sahəsini 3 sot olmaqla iki hissəyə ayırmış və həmin torpaq sahələrində ev tikib satmaq qərarına gəlmişdir. Bunun üçün tikinti materiallarının satışı ilə məşğul olan Məhəmməd adlı şəxsdən nisyə tikinti materialları almışdır. Həmin tikinti materiallarının 12.500 manatını vermiş və onun Məhəmmədə 14.500 manat borcu qalmışdır. Bundan sonra Məhəmməd ondan borcunu tələb etməyə başlamış və o, evi satdıqdan sonra borcunu verəcəyini bildirmişdir. Məhəmmədin pulu gecikdiyindən, o, Salahın yanına gedərək birinci 3 sot torpaq sahəsinə oğlu Elxanın adına etibarnamə verilməsini istəmiş, həmin evi sataraq onun Salaha olan 16.000 manat borcunu verəcəyini və onun da Məhəmmədə olan 14.500 manat borcunu alacağını bildirmişdir. O da buna razılıq verdikdən sonra X8 adına etibarnamə vermiş, lakin həmin evi Məhəmmədin satacağı ilə bağlı razılaşmamışlar. Həmin evi Məhəmməd daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Gündüzün vasitəsilə 45.000 manata satmışdır, bu barədə ona Gündüz məlumat vermişdir. Həmin pulun 16.000 manatını Məhəmməd Salaha vermiş, Məhəmmədə 14.500 manat olan borcunu çıxmış, vasitəçi Gündüzə 2.000 manat pul vermiş, həmin alqı-satqıdan Gündüz ona 6.000 manat vermişdir. Qalan 6.500 manatın kimdə olması ilə bağlı onun məlumatı olmamışdır. Bundan sonra o, Salaha və Məhəmmədə olan borcunu tam şəkildə verib qurtarmışdır. İkinci evi 50.000 manata Cavabdeh satmağı təklifi etmiş, lakin Elmira həmin məbləğdə pulu olmadığına görə ünvan 2 ünvanında yerləşən evi ilə dəyişməsini, həmin evi satdıqdan sonra o, öz pulunu götürəcəkmiş. Cavabdeh onun satdığı evə tez bir zamanda köçmək istədiyindən aralarında alqı-satqı müqaviləsi bağlanılmalı olmuşdur. xx.xx.2020-ci il tarixdə Bərdə “ASAN” xidmət mərkəzində Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlamışlar. Ondan sonra Cavabdeh təmir işləri gördürərək ailə üzvüləri ilə birlikdə mübahisəli evə köçmüşdür. Onun evi satmasından Məhəmmədin xəbəri olmuşdur. Belə ki, o, ikinci evi satmamışdan əvvəl Gündüzlə Məhəmmədin evinə getmiş və evi satmaq istədiyini bildirmişdir. Həmin vaxt Məhəmməd ikinci evin də onun adına olduğunu deyərək, onu aldatmışdır. Ondan sonra o, evin sənədlərini yoxladıqda, görmüşdür ki, birinci evin yerləşdiyi torpaq sahəsi ilə bağlı Məhəmmədin oğlunun adına etibarnamə olmuşdur. Ona görə də o, torpaq sahibi Salahın yanına getmiş və Salah da oğlu Elgündən onun adına etibarnamə almışdır. Ondan sonra o, mübahisəli evi Bərdə “ASAN” xidmət mərkəzində Elmira Qoyevaya satmışdır. Məhəmməd onu bildikdən sonra Salahın yanına gedərək etibarnamə və Elgünün arvadının razılıq ərizəsini tələb etmişdir. Salah isə torpaq sahəsinin artıq satıldığını demişdir. Lakin Məhəmməd onunla razılaşmamış və Elgünün iş yerinə zəng edərək ona təzyiq etdirmişdir. Ondan sonra o da etibarnamə alaraq, torpaq sahəsini borcun əvəzinə öz oğlu Elçinin adına sənədləşdirmişdir. Halbuki, onun Məhəmmədə borcu qalmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Yavər Salaha məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti 2-ci dalanda yerləşən 6 sot torpaq sahəsini 16.000 manata almaq istədiyini ona demiş və o da Yavər və Salah arasında vasitəçi olmağa razılıq vermişdir. Yavər onun vasitəsilə Salaha əvvəlcə 6.000, sonra isə 4.000 manat vermiş, Yavərin Salaha 16.000 manat borcu qalmışdır. Bundan sonra Yavər 6 sot torpaq sahəsini 3 sot olmaqla iki hissəyə ayırmış və orada ev tikməyə başlamışdır.Həmin evlərdən birincisini satmaq barədə Məhəmməd ona müraciət edən zaman evin necə onun adına sənədləşdirilməsini soruşmuş, Məhəmməd isə Yavərin ona borcu olduğunu, evi satıb pulunu götürəcəyini qalan pulu isə Yavərə qaytaracağını demiş, o da razılaşmışdır. Həmin evi 47.000 manata satmış və həmin pulun 22.500 manatını Məhəmmədə, qalan 24.500 manatı Yavərə vermiş, Yavər isə 2.000 manatı xidmət haqqı kimi ona vermişdir. 2020-ci ilin may ayında ikinci 3 sot torpaq sahəsindəki evi satmaq üçün Yavər Elmiranı gətirmiş və ev alqı- satqısma görə kömək etməsini xahiş etmiş, o da razılıq vermişdir. Elmira ilə Yavər evlərini dəyişdirmək, X13 şəhəri H.Əliyev prospektində yerləşən evini sataraq pulunu götürəcəyi barədə razılaşmışlar. Elmira Yavərin tikdirdiyi evə köçmüş, o Elmiranın Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən evini 44.000 manata satmış və həmin pulu Elmiraya vermiş, lakin həmin pulun nə qədərini Yavərə verməsi ilə bağlı məlumatı olmmışdır. X28 14.000 borcu olduğunu alqı-satqı müqaviləsi bağladıqdan sonra 14.000 manatı Məhəmmədə verəcəyini demişdir. Məhəmməd ona zəng edərək Yavərin borcundan müəyyən bir hissəsini tələb etmiş, Yavər də ona 4.000 manat pul vermiş və həmin pulu Məhəmmədə vermişdir.Yavərin deməsinə görə onun Məhəmmədə 10.000 manat borcu qalmışdır. Bundan sonra Məhəmməd dəfələrlə Yavərdən pulunu tələb etmiş, lakin Yavər pulu olmadığını ev alqı-satqısı edərək pulunu qaytaracağını bildirmişdir. Lakin sonradan Məhəmmədin həmin torpaq sahəsi ilə bağlı çıxarış aldığını bildikdən sonra Yavərin ona olan borcunu vermədiyini öyrənmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X19 Mingəçevir şəhər ASAN xidməti Mərkəzinin notariat ofisinə və DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinə, həmçinin ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh Cavabdeh nümayəndə vasitəsilə təmsil olunmuş, digər cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia əsassız olduğundan rədd, qarşılıqlı iddia isə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********906 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə X15 adına qeydiyyata alınmışdır. İşdə olan Bərdə regional “ASAN” xidmət mərkəzinin notariat ofisində 4Ə-762 nömrəli reyestrdə qeydə alınmış, notariat işinin kserosurətinə əlavə edilmiş, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, xx.xx.2020-ci il tarixə olan məlumata əsasən, X15 tam mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsi üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. İşdə olan Bərdə regional “ASAN” xidmət mərkəzinin notariat ofisində 4Ə-762 nömrəli reyestrdə qeydə alınmış, notariat işinin kserosurətinə əlavə edilmiş, xx.xx.2020ci il tarixdə 8İ-3155 nömrəli reyestrdə qeydə alınmış ərizədən görünür ki, X24 əri-X19 məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti 2-ci dalan, 9 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. İşdə olan Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş mədaxil orderindən görünür ki, Cavabdeh 10.000 (on min) manat məbləğində pulu notariusun depozit hesabına köçürmüşdür. İşdə olan Bərdə regional “ASAN” xidmət mərkəzinin notariat ofisində 4Ə-762 nömrəli reyestrdə qeydə alınmış, notariat işinin kserosurətinə əlavə edilmiş, xx.xx.2020ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X15 mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 2-ci dalan, 9 ünvanda yerləşən 0,03 ha torpaq sahəsini onun nümayəndəsi X16 10.000 manata satın almışdır. İşdə olan Mingəçevir regional “ASAN” xidmət mərkəzinin notariat ofisində 4Ə-833 nömrəli reyestrdə qeydə alınmış, notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Əliyev X12 Elgün Salah oğlunun mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən 0,03 ha torpaq sahəsini onun nümayəndəsi X5 4.000 manata satın almışdır. Mingəçevir regional “ASAN” xidmət mərkəzinin notariat ofisində 4Ə-833 nömrəli reyestrdə qeydə alınmış, notariat işinin kserosurətinə əlavə edilmiş, xx.xx.2020-ci il tarixdə 8İ-3962 nömrəli reyestrdə qeydə alınmış ərizədən görünür ki, X24 əri-X19 məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti 2-ci dalan, 9 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. İşdə olan Mingəçevir regional “ASAN” xidmət mərkəzinin notariat ofisində 4Ə-833 nömrəli reyestrdə qeydə alınmış, notariat işinin kserosurətinə əlavə edilmiş, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, xx.xx.2020-ci il tarixə olan məlumata əsasən, X15 tam mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsi üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən, yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AA seriyalı 509394 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 2-ci dalan, 9 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi X20 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Nümayəndə Bəykəs oğlunun, X15 və İddiaçı əməlrində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, X21 göstərmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 2-ci dalanda yerlşən 6 sot torpaq sahəsini təxminən 2016-cı ildə 25.000 manata oğlu Elgünün adına almışdır. Həmin torpaq sahəsi ilə bağlı xx.xx.2019-cu ildə oğlu ona etibarnamə vermişdir. 2019-u ilin fevral ayında o, həmin torpaq sahəsini Yavər Qasımova 26.000 manata satmaq barədə onunla şifahi razılığa gəlmişlər. xx.xx.2019-cu il tarixdə Yavər ona 4.000 manat, xx.xx.2019-cu il tarixdə isə 6.000 manat olmaqla 10.000 manat pul vermiş və Yavərin ona 16.000 manat borcu qalmış, qalan pulu isə tezliklə verəcəyini söz vermişdir. Yavərdən pulunu tələb etdikdə isə o, torpaq sahəsini 3 sotluq torpaq sahələri olmaqla iki hissəyə ayırıb ev tikdirdiyini, onları satıb sonra pulunu verəcəyini demişdir. Bundan təxminən 8-9 ay sonra Məhəmməd adlı tanışı Yavərin ondan tikinti materialları aldığını, ona 21.000 manat borcu olduğunu və ona görə də həmin torpaq sahələrindən birinə etibarnamə verməsini və həmin torpaq sahəsini sataraq Yavərin ona olan 16.000 manat borcunu verəcəyini, Yavərin də özünə olan 21.000 manat borcunu götürəcəyini demişdir. O da Yavərə bu barədə dedikdə, Yavər razılıq vermişdir. O da həmin torpaq sahəsi ilə bağlı Məhəmmədin oğlu Elxanın adma etibarnamə vermişdir. Bundan bir neçə müddət sonra Məhəmməd Yavərin ona olan 16.000 manat borcunu vermiş, lakin Məhəmmədin həmin evi hansı qiymətə satması, Yavərə nə qədər pul verməsi ilə bağlı məlumatı olmamışdır. 2020-ci ilin aprel ayında Məhəmmədin oğlu Elxan Yavər ilə razılaşdıqlarını və ikinci ev ilə bağlı etibarnamə istədiyini demişdir. O da evi Yavərə satdığını ona görə heç bir sənəd verə bilməyəcəyini demişdir. Bundan sonra oğlu Elgün ona zəng edərək Məhəmmədin ondan etibarnamə və arvadından razılıq ərizəsi istədiyini demiş, o isə Məhəmmədə heç bir sənəd verməməsini demişdir. 2020-ci ilin may ayında Yavər oğlu Elgündən etibarnamə və gəlininin adına razılıq ərizəsi aldığını və evi satacağını demiş, o isə evin Yavərin olduğunu, kimə istəyir satmasını demişdir. Bundan sonra həmin torpaq sahəsi ilə bağlı şikayət olmasını eşitdikdən sonra oğlundan həmin torpaq sahəsi ilə bağlı Məhəmmədə hər hansı sənəd verib-verməməsini soruşduqda o, Məhəmmədin onun müdir müavininə tanış adam tapdığını və onu işdən çıxaracaqlarını, ona görə də məcbur olub sənədləri verdiyini demişdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, qarşılıqlı iddia üzrə cavabdeh X2 şəhəri, H.Əliyev prospekti 2-ci dalanda yerlşən mübahisəli 0.06 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsi üzərində təxminən 2016-cı ildə mülkiyyət hüququ əldə etmişdir. O, həmin mübahisəli torpaq sahəsini 26.000 manata X1 ilə bağlı razılığa gəlmişdir. X30 10.000 manatı ödəmiş, lakin Elgün Məmmədova 16.000 manat borcu qalmışdır. X30 həmin torpaq sahəsini 0.03 hektar olmaqla iki hissəyə bölərək, hər bir torpaq sahəsində satmaq məqsədilə fərdi yaşayış evi inşa etmişdir. Həmin evlərin tikilməsi zamanı ilkin İddiaçı atası Nümayəndə nisyə tikinti materialları götürmüşdür. Ona görə də Yavər Qasımovun sonuncuya 22.000 manat borcu yaranmışdır. X30 evləri satıb həm Elgün Məmmədovun, həm də Nümayəndə borcunu qaytaracağına söz vermişdir. Ona görə də X27 1-ci 0.03 hektarda yerləşən fərdi yaşayış evinin satılması üçün X17 etibarnamə vermişdir. Sonuncu da evi 47.000 manata satmış və Yavər Qasımovun Elgün Məmmədova olan 16.000 manat borcunu, həmçinin Yavər Qasımovun ona olan borcunun 12.000 manat hissəsini ödəmişdir. Yenə də X29 Əliyevə 14.500 manat borcu qalmışdır. Nümayəndə borcunu tələb etdiyinə görə Yavər Qasımov 2020-ci ilin aprel ayında ikinci 0.03 hektar torpaq sahəsini və orada inşa etdiyi tikilini satmaq qərarına gəlmişdir. Ona görə də qarşılıqlı iddia üzrə cavabdeh X9 etibarnamə və arvadından razılıq ərizəsi almışdır. Ondan sonra X30 cavabdeh X15 adından imza etməklə mübahisəli torpaq sahəsini xx.xx.2020-ci il tarixdə Bərdə “ASAN”xidmət mərkəzinin notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında 10.000 manata ilkin iddia üzrə Cavabdeh satmışdır. Həmin tarixdən də mübahisəli torpaq sahəsi və orada yerləşən tikiliyə Cavabdeh sahiblik etməklə yanaşı, ondan təyinatına uyğun olaraq istifadə etmişdir. Belə ki, Cavabdeh mübahisəli torpaq sahəsində yerləşən tikilini təmir etdirərək, ailəsi ilə birlikdə oraya köçmüşdür. Hazırda da mübahisəli torpaq sahəsi Cavabdeh sahibliyindədir. Ondan sonra Qasımov Yavərlə ilkin İddiaçı atası Nümayəndə arasında borca görə mübahisə yaranmışdır. Nümayəndə Yavər Qasımovdan borcunu almaq üçün qarşılıqlı iddia üzrə cavabdeh X27 tərəfindən digər oğlu Elxan Əliyevin adına birinci 0.03 hektar torpaq sahəsinin və üzərində olan tikilinin satılması üçün verilmiş xx.xx.2019-cu il tarixli etibarnamədən istifadə etməklə mübahisəli 0.03 hektar torpaq sahəsini iş üzrə ilkin iddiaçı olan oğlu İddiaçı adına alqı-satqı etmək qərarına gəlmişdir. Lakin həmin vaxt Elgün Məmmədovun arvadının razılığı tələb olunduğundan, Nümayəndə məqsədinə nail ola bilməmiş, lakin sonradan Elgün Məmmədova digər vasitələrlə təzyiq etmək yolu ilə razılıq ərizəsini almışdır. Ondan sonra Nümayəndə göstərişi ilə Elxan Əliyevin adına olan xx.xx.2019-cu il tarixli etibarnamədən istifadə etməklə xx.xx.2020-ci il tarixdə Mingəçevir “ASAN”xidmət mərkəzinin notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında X15 mülkiyyətində olan mübahisəli 0.03 hektar torpaq sahəsini 4.000 manata ilkin iddia üzrə İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yavər Qasımovla aralarında olan borc məsələsi həll olunmadığına görə Nümayəndə ilkin iddia üzrə Cavabdeh torpaqdan çıxarılmasını tələb etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, ilkin iddia üzrə Cavabdeh mübahisəli torpaq sahəsini öz yaşayış ehtiyacını təmin etmək məqsədi ilə əldə etmiş, lakin bəzi problemləri olduğuna görə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. Bununla belə hazırda da mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş tikili onun sahibliyində və istifadəsindədir. İlkin iddiaçı İddiaçı isə mübahisəli torpaq sahəsini Yavər Qasımov atası Nümayəndə olan borcunun əvəzinə əldə etmiş, yəni borc müqaviləsini pərdələmək üçün qardaşı X10 adına, xx.xx.2019-cu il tarixdə digər 0.03 hektar torpaq sahəsinin satılması üçün verilmiş etibarnamədən istifadə etməklə alqı-satqı müqaviləsi bağlamışdır. Bütün bu hərəkətlər mübahisəli torpaq sahəsi ilkin iddia üzrə Cavabdeh satıldıqdan sonra edilmişdir. Həmin alqı-satqıdan isə ilkin iddiaçının xəbəri olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə həm əşya hüquq münasibətləri, həm də ondan irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə həm əşya hüquq münasibətlərini, həm də öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Məhkəmə, həmçinin mübahisənin düzgün həll edilməsi üçün qarşılıqlı iddia tələbinin ilk iddianın rəddinə yönəlməsini nəzərə alaraq, ilk növbədə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə qarşılıqlı iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcələnin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Məhkəmə sadalanan maddi hüquq normalarının mənasına görə hesab edir ki, mülki qanunvericilikdə əqdin etibarlı olmasını şərtləndirən əsas ünsürlər, əqdin subyekt tərkibinin, məzmununun, formasının, iradə və iradə ifadəsinin məcmu halında qüsursuz halda mövcud olmasında ifadə olunur. Həmin ünsürlərdən birinin qüsurlu olması əqdin etibarsız hesab olunması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Məhkəmə qarşılıqlı tələbinə qiymət verərək hesab edir ki, ilk növbədə qarşılıqlı iddianın predmeti olan, xx.xx.2020-ci il tarixdə Mingəçevir “ASAN”xidmət mərkəzinin notariat ofisində X27 ilə İddiaçı bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması müəyyən edilməlidir. Belə ki, qeyd olunan alqı-satqı müqaviləsi bağlanarkən, alıcı tərəf şəxsən iştirak etmiş, satıcı tərəfi isə nümayəndəsi vasitəsilə təmsil olunmuş, müqavilə notarius tərəfindən təsdiq edilmiş, müqavilənin forma və məzmunu qanunvericiliyin tələbinə uyğun tərtib edilmişdir. Bununla yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, müqavilə bağlanarkən, satıcı qismində çıxış edən X15 daxili iradə ifadəsini bildirilməsi, yəni iradə ifadəsinin vahidliyinin mövcudluğu görünmür. Belə ki, Elgün Məmmədov mübahisəli 0.03 hektar torpaq sahəsinə dair iradə ifadəsini X25 xx.xx.2020-ci il tarixdə verdiyi etibarnamə ilə ifadə etməklə, mülkiyyətində olan daşınmaz əmlakın hüquqi müqəddəratını həll etmişdir. Bununla da Elgün Məmmədovun mübahisəli 0.03 hektar torpaq sahəsi üzərində mövcud olmuş mülkiyyət hüquqna alğı-satqı müqaviləsi əsasında xitam verilmişdir. Elgün Məmmədov xx.xx.2020-ci il tarixdə həmin torpaq sahəsinin satılması ilə bağlı etibarnamə verməmişdir. Lakin ilkin İddiaçı xx.xx.2019-cu il tarixdə qardaşı Elxan Əliyevin adına başqa torpaq sahəsinin satılması ilə bağlı verilmiş etibarnamədən istifadə etməklə alğısatqı müqaviləsi bağlamışdır. Eləcə də, həmin alğı-satqı müqaviləsi torpaq sahəsini əldə etmək üçün deyil, X29 Əliyevə olan borcunu əvəzləşdirmək üçün bağlanmışdır. Göründüyü kimi Elgün Məmmədovun iradə ifadəsi zahirən mövcud olsa da, o, daxili iradəsini ifadə etməmiş, İddiaçı da atasının borcunu pərdələməklə yalnız görünüş üçün iradəsini ifadə etmişdir. Hər iki halda əqd bağlanarkən iradə və iradə ifadəsində qüsurlar olmuşdur. Bu da subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurmamışdır. Ona görə də qeyd olunan alqı-satqı müqaviləsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsaəsn əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsaəsn əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, mübahisə edilən alğı-satqı müqaviləsi onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqddir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri də iradə və iradə ifadəsinin yalnız görünüş üçün mövcudluğudur. Məhkəmə iradə və iradə ifadəsindəki qüsurlarla bağlı qeyd edir ki, subyektin iradə ifadəsini bildirilməsi və onun vahidliyinin mövcudluğu əqdin bağlanmasını şərtləndirən əsas ünsürlərdən biridir. Əqd bağlanarkən iradə və iradə ifadəsindəki qüsurların mövcud olmaması, əqdin bütövlükdə etibarsızlığına səbəb olur. Belə ki, müqavilə tərəfi olan subyektlərdən bir və yaxud hər ikisi daxili iradəsini sərbəst ifadə etmir və ya yalnız görünüş üçün zahirən ifadə etməklə başqa hüquqi nəticəni arzu edir. Bu halda əqd yalandan başqa əqdi pərdələmək üçün bağlanır və belə əqd heç bir hüquqi nəticəyə səbəb olmur. İşin müəyyən olunmuş hallarından da görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh X27 ilə ilkin İddiaçı arasında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi, torpaq sahəsinə faktiki sahiblik edən X30 ilə sonuncunun atası Nümayəndə arasında tikinti materiallarının nisyə alğı-satqısı müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır. Həmin alğı-satqı müqaviiləsi, X16 nisyə aldığı tikinti materiallarının pulunu almaq üçün əlavə təsir vasitəsi kimi bağlanmışdır. Həmin vaxt müqavilə tərəfi olan subyektlərdən hər ikisi daxili iradəsini sərbəst ifadə etməmiş, yalnız görünüş üçün müqavilə bağlamışlar. Həmin vaxt ilkin İddiaçı əsas məqsədi, X26 nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə məcbur etməkdən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əısasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə hesab edir ki, X27 ilə İddiaçı arasında mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın alğ-satqı müqaviləsi, X30 ilə Nümayəndə arasında mövcud olmuş nisyə alğı-satqı müqaviləsini pərdələmək üçün bağlanmışdır. Belə olan halda cavabdehin (qarşılıqlı iddiaçının) istinad etdiyi dəlillər həmin müqavilənin etibarsızlığı üçün əsasdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X27 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edildiyindən, həmin alğısatqı müqaviləsi əsasında ilkin İddiaçı Məhəmməıd oğlunun adına DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş və ********** nömrə ilə qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyyestrindən çıxarış da ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Daşınmaz əmlaka dair bağlanan müqavilələrdən biri də daşınmaz əmlakın alğısatqı müqaviləsidir. Alğı-satqı müqaviləsi satıcı ilə alıcı arasında bağlanmaqla sonuncunun alğı-satqı predmeti üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olur. Həmin alğı-satqı müqaviləsi etibarsız hesab edildikdə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı əsassız olur. Ona görə də əsassız çıxarılmış qeydiyyat ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə ilkin iddiaçının vicdanlılıq məsələsi ilə bağlı qeyd edir ki, işin müəyyən olunmuş hallarına görə ilkin iddiaçının atası Nümayəndə nisyə alqı-satqı müqaviləsindən irəli gələn borcunu almaq üçün X22 notarius tərfindən təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında ilkin iddia üzrə Cavabdeh satdığı bilmişdir. Belə ki, Yavər Qasımov torpaq sahəsini satdıqdan sonra da nisyə alqı-satqı üzrə borcunu ödəmədiyinə görə mübahisəli torpaq sahəsinə dair ilkin iddiaçının adına görünüş üçün yalan əqd bağlatmış və həmin əqd əsasında da hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyyestrindən çıxarış almışdır. Göründüyü kimi ilkin iddiaçının həm üzü, həm də atası mübahisəli torpaq sahəsinin qarşılıqlı iddia üzrə cavabdeh Elgün Məmmədov tərəfindən satılmasından və həmin vaxt torpaq sahəsinin qarşılıqlı iddiaçı Cavabdeh istifadəsində olmasından xəbərdar olmuşdur. Onların əsas niyyəti məhz torpaq sahəsi satıldıqdan sonra formalaşmışdır. Bu da onu deməyə əsas verir ki, ilkin iddiaçı vicdanlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə, həmçinin alğı-satqı müqaviləsinin etibarsız sayılması zamanı tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarması ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan daşınmaz əmlakın alğı-satqısı müqaviləsi yalan əqd olduğuna görə etibarsız hesab edilmişdir. Həmin əqd üzrə tərəflərin bir-birindən heç bir maddi və sair nemət almamışdır. Belə ki, işin müəyyən olunmuş hallarından da görünür ki, müqavilə bağlayan subyektlər, yalnız görünüş üçün iş üzrə tərəf olmayan X30 ilə Nümayəndə arasında mövcud olmuş nisyə alğı-satqı müqaviləsini pərdələmək üçün yalan əqd bağlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə müqavilə bağlayan subyektlərin əqd üzrəbir-birinə qaytarmalı olduqlarıəmlak və dəyəri pulla ifadə olunan əşya yoxdur. Bununla yanaşı, məhkəmə ilkin iddiaçının cavabdehin (ilk iddia üzrə) torpaq sahəsindən çıxarılması tələbinə qiymət verərkən, ilk növbədə ilkin iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüqunun olub-olmaması və yaxud həmin hüququn Cavabdeh tərəfindən pozulub-pozulmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə ilkin iddia tələbi əsaslı deyildir. İşin müəyyən olunmuş hallarından görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh lazımi diqqətlilik və ehtiyatlılıq göstərərək alğı-satqı müqaviləsini notariusda bağlamış və mübahisəli torpaq sahəsini əvəzli olaraq əldə etmişdir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh X27 mübahisəli 0.03 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olmuş və özünə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada, arvadı X7 notarial qaydada razılığı ilə qarşılıqlı iddiaçı Cavabdeh satmaqla sərbəst iradəsini ifadə etmişdir. Müqaviləni bağlamış tərəflər müqavilənin mühüm şərtlərini qəbul etməklə bərabər, onu etibarlı şəkildə təsdiq etmişlər. Ondan sonra notarius həmin alğı-satqı müqaviləsini elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərmişdir. Lakin sonradan DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi xx.xx.2020-ci il tarixdə X15 tam mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsi üzərində məhdudiyyət və yüklülüyün qeydiyyata alınmamasına dair arayış vermişdir. Bununla da Cavabdeh əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair qanunun tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.3-cü maddəsinə əsasən notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 139-1-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Göründüyü kimi qarşılıqlı iddiaçı Cavabdeh notariat qaydada təsdiq edilmiş alğısatqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ əldə etmişdir. Onun əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaması, həmin daşınmaz əmlakın yüklü olmamasıhalını ehtiva etmir. Halbuki, DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi notariusun elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə göndərdiyi müqavilə əsasında Cavabdeh mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını aparmalı olduğu halda, onu etməmiş, əksinə həmin torpaq sahəsinin yüklü olmaması barədə arayış vermişdir. Bu halda Cavabdeh vicdanlı olmuşdur. Belə olan halda qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılmasına dair tələb əsaslı deyildir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin Cavabdeh münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə ilkin iddiaçının ona məxsus torpaq sahəsindən cavabdehin çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər nə məcmu halında, nə də qismən mövcud deyildir. Belə ki, mübahisəli torpaq sahəsi cavabdehin qanuni istifadəsində olduğundan, cavabdehlərin sahibliyi qanunidir. Mübahisəli torpaq sahəsi üzərində ilkin iddiaçının mülkiiyyət hüququ dövlət qeydiyyatına alınsa da, hazırda məhkəmə tərəfindən əsassız hesab edilərək, ləğv edilmişdir. Eləcə də ilkin iddiaçının istinad etdiyi daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlandığı andan etibarsız olduğuna görə heç bir hüquqi nəticənin yaranmasına səbəb olmamışdır. Ona görə də ilkin iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından, cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən hüququ pozulmadığından, ilkin iddiaçının cavabdehə (qarşılıqlı iddiaçıya) qarşı tələb hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddia əsassız olduğundan rədd, qarşılıqlı iddia isə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İlkin iddia rədd edilsin. İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh qarşı mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 2-ci dalan, 9 saylı ərazidə yerləşən 0,03 hektar torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. X27 ilə İddiaçı arasında Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən, yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə Mingəçevir “ASAN”xidmət mərkəzinin notariat ofisində bağlanmış 4Ə-833 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsinş. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən, yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-152/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-152/2021
16.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver