Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1522/2020 09.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi Hüseynov Şövqü Sahib oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun müəyyən olunması” tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun müəyyən olunması” tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, ərizə geri qaytarılmalıdır. Beləki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İddiaçı etibarnamə üzrə nümayəndəsi Hüseynov Şövqü Sahib oğlu məhkəməyə ərizə verərək ərizəsinin geri qaytarılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması zamanı iddiaçının iddia ərizəsinin qaytarılması haqqında vəsatəti o halda təmin oluna bilər ki, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməsin. Lakin məhkəmə hazırlıq iclasında iddiaçının iddia ərizəsinin qaytarılması barədə vəsatətinin həlli üçün cavabdeh tərəfin mövqeyi əhəmiyyətli deyildir. Ona görə də baxılan iş üzrə iddiaçının iddia ərizəsinin qaytarılması barədə vəsatəti təmin olunmalı və iddia ərizəsinin qaytarılması haqqında qərardad çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1522/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1522/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver