Məhkəmə qərarları › İş №2(051)-1525/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1525/2021

15.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1525/2021 15.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərindəki hüquqların keçmiş hesab edilməsi hüquq müəyyən edici sənədlərin verilməsi tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərindəki hüquqların keçmiş hesab edilməsi hüquq müəyyən edici sənədlərin verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələrdə baxılır. Ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsi üzərindəki hüquqların keçmiş hesab edilməsi hüquq müəyyən edici sənədlərin verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etsə də tələb məhkəmə qaydasında baxılmalı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən də aydın görünür ki, iddiaçı Mingəçevir şəhəri Gəncə şosesi X1 Politexnik bağçılıq yoldaşlığı üçün ayrılmış ərazidə Cavabdeh adına verilmiş 0,05 ha torpaq sahəsi üzərində bütün hüquqların onun adına keçməsi həmin torpaq sahəsinə onun mülkiyyət hüquqlarının tanınması və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyertində müvafiq qeydiyyat aparılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən edildi ki, iş iddia icraatı formasında İnzibati məhkəməyə verilməlidir. Belə ki, inzibati orqanın üzərinə müvafiq öhdəliyin qoyulması İnzibati məhkəməsinə verilməlidir Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən İddiaçı ərizələrinin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərindəki hüquqların keçmiş hesab edilməsi hüquq müəyyən edici sənədlərin verilməsi tələbinə dair ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar