Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1528/2023 17.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı evin, 16 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı evin, 16 saylı mənzilindən çıxdığını, lakin cehiz əşyaları, yataq və qonaq otağı dəstlərinin mülkiyyətində olan mənzildə qaldığını göstərib, Cavabdeh məxsus yataq və qonaq otağı dəstlərinin yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı evin, 16 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı evin, 16 saylı mənzilini 06 sentyabr 2001-ci ildə alqı-satqı yolu ilə almışdır və mənzilə 14 sentyabr 2001-ci ildə adına mülkiyyət hüququ qeydə alınmışdır. X9 11 noyabr 2022-ci ildə Cavabdeh ilə rəsmi nikaha girmiş və həmin vaxtdan da cavabdeh onun mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı evin, 16 saylı mənzilinə köçüb yaşamağa başlamışdır. Birgə nikahdan onların övladları olmamışdır. Cavabdehin qısa müddətli evliliyinə baxmayaraq, onunda birgə yaşamaq mümkün olmadığından mülkiyyətində olan mənzildən çıxmağa məcbur qalmışdır. Cavabdeh hər an özünü öldürəcəyi ilə hədələyir. Hazırda Cavabdeh mənzildən çıxıb getsə də, ona məxsus cehiz əşyaları, yəni yataq və qonaq otağı mebel dəstləri mənzildə qalmışdır. Ona görə iddianın təmin edilməsini, Cavabdeh məxsus yataq və qonaq otağı dəstlərinin yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı evin, 16 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı nümayəndəsi və vəkili X6 iddianı müdafiə edib, iddiaçı ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, iddiaçını, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş X5 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhər M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi 82,60 kv.metr yaşayış sahəsi, 59,85 kv.metr dörd otaqdan ibarət ev 51, mənzil 16 saylı yaşayış mənzili şəxsi mülkiyyət hüququ əsasında 1 saylı notariat kontorunun xx.xx.2001-ci il tarixli, 4Ə-2-424 reyestr saylı müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər 3 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 172 №li arayışından görünür ki, Xəlilova X2 şəhər H.Əliyev küçəsi ev 51, mənzil 16 ünvanında yaşamır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisəli mənzil ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzil iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə X5 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 14 sentyabr 2001-ci il tarixdə 1100a reyestr kitabında 9389 №li qeyd aparılmışdır. Cavabdeh iddiaçının X9lə xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurduqdan sonra iddiaçıya məxsus evə gəlin köçmüşdür. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlaklarının mənzildən çıxarılmaqla mənzilin boşaldılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, hazırda Mingəçevir şəhəri, ünvan 1 iddiaçının mülkiyyətindədir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən cavabdehin əşyalarının mənzildə yerləşdiyi səbəbdən tam olaraq istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən, 16 saylı mənzildən Cavabdeh məxsus əmlaklaryataq və qonaq otağı mebel dəstləri çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh məxsus əmlaklar-yataq və qonaq otağı mebel dəstləri ünvan 2 ünvanında yerləşən, 16 saylı mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1528/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1528/2023
17.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver