Məhkəmə qərarları › İş №2(051)-1529/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1529/2023

25.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1529/2023 25.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 miras qalmış, X3 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri Gəncə şossesi 13 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və qanuni təmsilçisi olduğu "xxxx" MMC-nin bütövlükdə onun tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mərhum X6 ilə birgə nikahlarından iki nəfər uşağı doğulmuşdur. X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra onun xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi 13 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və qanuni təmsilçisi olduğu "xxxx" MMC miras qalmışdır. X7mış miras əmlaklara o, sahiblik etmiş, mirası qəbul etmişdir. Belə ki, uşaqları Səbuhi və Maraqlı şəxs3lar xaricdə yaşayırlar və onların buna heç bir narazılıqları yoxdur. O isə ərinin vəfatından sonra qeyd olunan miras əmlakları qəbul edərək ondan ardıcıl surətdə istifadəni davam etdirir. Beləliklə, o, miras əmlakları faktiki olaraq qəbul etmiş və hazırda həmin əmlaklara faktiki sahiblik edir, idarəçiliyi və digər saxlanılma işlərini həyata keçirir. Ona görə də o, miras əmlakın qəbul edilməsi ilə əlaqədar vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etmiş, lakin notariat ofisi tərəfində ona mirasın qəbulu edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs2 məhkəmə iclası zamanı göstərdi ki, mərhum atasından miras qalmış əmlakların ərizəçinin mülkiyyətinə keçirilməsinə qarşı heç bir etirazı və tələbi yoxdur. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs3 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs3 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və Maraqlı şəxs2 izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 489 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür və ölüm haqqında 605 saylı akt qeydi tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-113/-2023 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1964-cü il tarixdə Yevlax rayonunda doğulmuş X6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü il tarixədək aparılmış və xx.xx.1966-cı il tarixdə doğulmuş arvadı-Ərizəçi, xx.xx.1992-ci il tarixdə doğulmuş oğlu- Maraqlı şəxs2, xx.xx.1991-ci il tarixdə doğulmuş oğlu-Maraqlı şəxs3 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X4 arasında xx.xx.1988-ci il tarixdə bağlanmış nikah 320 nömrə ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Nəsibova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, X6 ilə Ərizəçi birgə nikahlarından xx.xx.1991-ci il tarixdə Maraqlı şəxs3 və xx.xx.1992-ci il tarixdə Maraqlı şəxs2 doğulmuşdur. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri, Gəncə şossesi 13 ünvanında istifadədə olan 4.2420 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5100.9 kv.m olan Əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ ilə X3 adına ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələrinə aid 0.0550 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 adına ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli **********700200 qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X5r. İşdə olan maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar X1 miras qalmış əmlakların ərizəçi tərəfindən miras əmlak kimi bütövlükdə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, iddiaçı mərhum X6 ilə xx.xx.1988-ci il tarixdə bağlanmış nikah, onların birgə nikahlarından xx.xx.1991-ci il tarixdə Maraqlı şəxs3 və xx.xx.1992-ci il tarixdə Maraqlı şəxs2 adlı uşaqları doğulmuşdur. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 Mingəçevir şəhəri, Gəncə şossesi 13 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və qanuni təmsilçisi olduğu "xxxx" MMC miras qalmışdır. Ərizəçi həmin əmlakları miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxslər isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış Mingəçevir şəhəri, Gəncə şossesi 13 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və qanuni təmsilçisi olduğu "xxxx" MMC Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış Mingəçevir şəhəri, Gəncə şossesi 13 ünvanında istifadədə olan 4.2420 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5100.9 kv.m olan əmlak kompleksi kimi müəssisənin, ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələrinə aid 0,0550 ha torpaq sahəsinin və qanuni təmsilçisi olduğu "xxxx" MMC-nin miras əmlak kimi yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar