Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-153/2021 16.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Müsafir oğluna qarşı kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipopteka predmeti ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ləğv Prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh Müsafir oğluna qarşı kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipopteka predmeti ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh Müsafir oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 115.LN.2004.291014.00004 saylı kredit müqaviləsi əsasən cavabdehə 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 115.LN.2004.291014.00004 saylı “Kredit müqaviləsi”-nin təminatı qismində Cavabdeh Müsafir oğlunun xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri 20 Yanvar küçəsində 0.0438 ha torpaq sahəsində yerləşən 35 A saylı fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Cavabdeh Müsafir oğlu bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda banka 13000 manat əsas kredit borcu, 1002.18 manat faiz borc, 23055.01 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablnmış 1849.82 manat faiz borc olmaqla, cəmi 38907.01 manat kredit borcu yaranmışdır. Həmin borcun tutulmasını, tutmanın Mingəçevir şəhəri 20 Yanvar küçəsində 0.0438 ha torpaq sahəsində yerləşən 35 A saylı fərdi yaşayış evə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və ev satılqdıqdan sonra 1ay ərzində ipoteka qoyan Cavabdeh Müsafir oğlunun yaşayış evindən çıxarılması, həmin şəxsin evə istifadə hüququnun itirilməsi, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 bank xidmət haqqının cavabdehdən tutulması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Müsafir oğlunun ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh Müsafir oğlu arasında bağlanmış xx.xx.2014cü il tarixli, 115.LN.2004.291014.00004 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh 36 ay müddətinə illki 6 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. Kreditin təminatı olaraq Cavabdeh ilə bağlanmış xx.xx.2014-cü il tarixli 115.CL.**********1/a saylı ipoteka müqqaviləsi, müqaviləyə edilmiş əlavələdir. İşə əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 115.CL.230914.00001/a saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh Müsafir oğlu ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh Müsafir oğluna məxsus Mingəçevir şəhəri 20 Yanvar küçəsində 0.0438 ha torpaq sahəsində yerləşən 35 A saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İpoteka qoyulmuş fərdi yaşayış ev 40000 manat qiymətləndirilmişdir. İşə əlavə edilmiş maliyyə arayışında göstərilir ki, Cavabdeh Müsafir oğlunun banka 13000 manat əsas kredit borcu, 1002.18 manat faiz borc, 23055.01 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablnmış 1849.82 manat faiz borc olmaqla, cəmi 38907.01 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. X2 İddiaçı Ləğvedici əmanətlərin Sığortalanması Fond tərəfindən ipoteka qoyana göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30.40 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 23055.01 manat məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehə hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” Məhkəmə borcalanın maddi imkanlarını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 2500 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikasını qanun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidilər. Həmin qanunun 59.4-cü maddəsində göstərilir ki, bu qanun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutulmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandı Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 13000 manat əsas borc və 1002.18 manat faiz borc, 2500 manat cərimə, 1849.82 manat faiz borc olmaqla, cəmi 18352 manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0.40 qəpik bank xidmət haqqı Cavabdeh alınaraq Ləğv Prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, tutma ipoteka qoyulmuş Mingəçevir şəhəri 20 Yanvar küçəsində 0.0438 ha torpaq sahəsində yerləşən 35 A saylı fərdi yaşayış evinə yönəldilməli, ev açıq hərracda satılmalı, evin satışından əldə olunmuş pul vəsaitindən cavabdehin banka olan borcu ödənilməli, tutuma yönəldikdən və ev satıldqdan 1 ay sonra Cavabdeh həmin evdən çıxarılmalı, evə istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 13000 (on üç min) manat əsas borc və 1002.18 (bir min iki manat on səkkiz qəpik) manat faiz borc, 2500 (iki min beş yüz) manat cərimə, 1849.82 (bir min səkkiz yüz qırx doqquz manat səksən iki qəpik) manat faiz borc olmaqla, cəmi 18352 (on səkkiz min üç yüz əlli iki) manat dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və 0.40 (qırx) qəpik bank xidmət haqqı tutularaq iddiaçı Ləğv Prosesində olan İddiaçı Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Pulun tutulması ipoteka ilə yüklənmiş evə yönəldilsin. Cavabdeh məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 40000 (qırx min) manat qiymətləndirilmiş Mingəçevir şəhəri 20 Yanvar küçəsində 0.0438 ha torpaq sahəsində yerləşən 35 A saylı fərdi yaşayış evi açıq hərracda satışa çıxarılsın. Satışdan əldə edilən vəsaitdən 13000 (on üç min) manat əsas borc və 1002.18 (bir min iki manat on səkkiz qəpik) manat faiz borc, 2500 (iki min beş yüz) manat cərimə, 1849.82 (bir min səkkiz yüz qırx doqquz manat səksən iki qəpik) manat faiz boc olmaqla, cəmi 18352 (on səkkiz min üç yüz əlli iki) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və 0.40 (qırx) qəpik bank xidməti haqqı tutularaq iddiaçıya verilsin. Borcun ödənilməsindən sonra evin açıq hərracdan satılmasından qalan pul cavabdehə qaytarılsın. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və ev satılqdıqdan sonra 1 ay ərzində Cavabdeh evdən çıxarılsın və onun evə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-153/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-153/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver