Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1531/2020 30.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi: Ərizəçi «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində onun doğum tarixinin xx xxxxxxx 1982-ci il, doğum yerinn Ağdərə rayonu, Çərəktar kəndi, ata kimi X8, ana kimi X6 yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, o, xx xxxxxxx 1982-ci ildə Ağdərə rayonunun Çərəktar kəndində anadan olmuşdur. Ermənilərin Azərbaycan Respublikasına qarşı yeritdiyi mənfur siyasət nəticəsində onlar öz yaşayış yerlərini tərk edib Mingəçevir şəhərinə gələrək burada məskunlaşıblar. Oradan gələndə də doğum haqqında şəhadətnaməsi orada qalmışdır. O, özünə məxsus doğum haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Müraciəti ilə bağlı 1982- 2020-ci illər üzrə Maraqlı şəxs “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar yoxlanılmış və doğumun qeydə alınması müəyyən olunmamışdır. Maraqlı şəxs tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, doğum akt qeydini başqa yolla əldə edə bilmir. Buna görə də, əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. O, Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməzdən əvvəl Şəki İnzibati-İqtisadı Məhkəməsinə müraciət etmişdir. Lakin, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiası mümkün sayılmamış, ona yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməsi diqqətinə çatdırılmışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində onun doğum tarixinin xx xxxxxxx 1982-ci il, doğum yerinn Ağdərə rayonu, Çərəktar kəndi, ata kimi X8, ana kimi X6 yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. X1 ərizəçinin ifadəsinə uyğun ifadə verərək göstərdi ki ərizəçi onun qızıdır. Ərizəçi xx.xx.1982-ci ildə Ağdərə rayonunun Çərəktar kəndində anadan olmuşdur. Ermənilərin Azərbaycan Respublikasına qarşı yeritdiyi mənfur siyasət nəticəsində onlar öz yaşayış yerlərini tərk edib Mingəçevir şəhərinə gələrək burada məskunlaşıblar. Oradan gələndə də doğum haqqında şəhadətnaməsi orada qalmışdır X2 X1nın ifadəsinə uyğun ifadə verərək göstərdi ki ərizəçi onun bacısıdır. Ərizəçi xx.xx.1982-ci ildə Ağdərə rayonunun Çərəktar kəndində anadan olmuşdur. Ermənilərin Azərbaycan Respublikasına qarşı yeritdiyi mənfur siyasət nəticəsində onlar öz yaşayış yerlərini tərk edib Mingəçevir şəhərinə gələrək burada məskunlaşıblar. Oradan gələndə də doğum haqqında şəhadətnaməsi orada qalmışdır İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Ağdərə rayonunun Çərəktar kəndində anadan olmuşdur. Kəlbəcər rayonunun Çərəktar kəndində qeydiyyatdadır. İşdə olan Mingəçevir Şəhər Mənzil-Kommunal İstismar Sahəsinin 242 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Mamedova X4 rayonundan məcburi köçkün olmaqla, Mingəçevir şəhəri “Yeni Həyat” qəsəbəsi C-92 saylı mənzildə müvəqqəti məskunlaşmışdır. Hal-hazırda da həmin ünvanda yaşayır. İşə əlavə olunmuş Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)- 1414/2019 saylı Qərardadından görünür ki, Ərizəçi Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir, lakin onun iddiası mümkün sayılmamış, məqsədinə nail ola bilməsi üçün onun doğumun qeyd edilmə faktının, ö cümlədən atasına və anasına aid mənşəyinin müəyyən edilməsi məqsədi ilə yaşayış yeri üzrə ümumi məhkəməyə müraciət etməli olması diqqətinə çatdırılmışdır. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçinin tələbi təmin edilsin. Ərizəçi adına xx xxxxxxx 1982-ci il tarixli doğum akt qeydi tərtib olunsun. Ərizəçi adına açılmış xx xxxxxxx 1982-ci il tarixli doğum akt qeydində ata adı X8, ana adı X6, doğulduğu yer kimi Ağdərə rayonunun Çərəktar kəndi göstərilsin. Qətnamə akt qeydində müvafiq dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1531/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1531/2020
30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver