Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1531/2023 04.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi və (vəkil) Vəkil, Cavabdeh: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı işə bərpa tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 413 №-li əmrinin ləğv edilməsi, onun Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinin tibb bacısı vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, 300 (üç yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 04 avqust 2008-ci il tarixdən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibb bacısı ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 15 ildir ki, fasiləsiz olaraq həmin xəstəxanada qüsursuz işləmişdir. İki övladı vardır. 2023-cü ilin fevral ayından mart ayının sonunadək əmək məzuniyyətinə çıxmışdır. Mart ayının 27-də işə getmişdir. Xəstəxanada ona iki gün işə gəlmədiyi bildirmişdir. Elə hesab etmişdir ki, yəqin Novruz bayramı ilə bağlı məzuniyyət gününü düzgün hesablamamışdır. Xəstəxananın aidiyyəti şəxsləri ona bildirmişlər ki, müdir onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən çıxaracaq və ondan sonra heç bir yerdə işləyə bilməyəcəkdir. O, bayram günlərinə görə vaxtı düzgün hesablamadığını deyərək, üzrlü hesab edilməsini xahiş etmişdir. Təkidlə ona demişlər ki, yaxşısı budur, ərizəsini yazıb işdən çıxsın. Ona fikirləşməyə belə imkan verməmişlər. Əmək kitabçasına 70-ci maddənin “ç” bəndinin yazılmasından qorxaraq, məcbur olub ona diqtə edilən formada işdən çıxarılma barədə ərizə yazmışdır. Evə gəldikdən sonra özünə gəlmiş, uşaqları tərəfindən dəstək almış, iradəsi əleyhinə olan işdən çıxma barədə ərizənin etibarsız sayılması barədə ərizə ilə müraciət etmişdir. Lakin işəgötürən tərəfindən ona müsbət cavab verilməmişdir. Belə ki, ona xx.xx.2023-cü il tarixdən onun işlədiyi vəzifəyə başqa şəxsin işə götürüldüyü bildirilmişdir. Cavabdeh tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 413 №-li əmrdən görünür ki, Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinin tibb bacısı ilə bağlanmış 491 nömrəli Əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi onun ərizəsi alınan gün onunla əmək müqaviləsinə xitam verilmiş və iki gün sonra ona heç bir məlumat verilməmiş, işlədiyi vəzifəyə başqa şəxs təyin edilmişdir. Cavabdeh tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 413 №-li əmrdə işəgötürənin atasının adı göstərilməmişdir. Onun işdən azad edilmə barədə 27 mart 2023-cü il tarixdə yazdırılmış ərizəsi hədə-qorxu və zor tətbiq edilmə hədəsi ilə, iradəsi əleyhinə olan ərizədir və o, həmin ərizənin də etibarsız sayılması barədə ərizə ilə vaxtında müraciət etmişdir. Hesab edir ki, onun əmək müqaviləsinə xitam verilməsinə dair cavabdeh tərəfindən 27 mart 2023-cü il tarixdə verilmiş 413 №-li əmr əsassız və qanunsuzdur. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və (vəkil) Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, təmsil etdiyi şəxslə eyniməzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı ilə xx.xx.2008-ci il tarixdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası arasında “Poliklinika şöbəsinə tibb bacısı» vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə xəstəxananın müalicə işləri üzrə müavini, baş həkim Ülfət Qurbanovaya ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar xx.xx.2023- cü il tarixdən əmək məzuniyyətindən 30 gün istifadə etməsi üçün icazə istəmiş, etiraz edilməmişdir. MŞMX-nın direktoru tərəfindən xx.xx.2023-cü il tarixli 138 saylı xx.xx.2023-cü il tarixdə işdə olması qeyd olunmaqla əmək məzuniyyəti haqqında əmr imzalanmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı işdə olmamış, heç bir üzürlü səbəb təqdim etmədiyi üçün Poliklinika şöbəsinin böyük tibb bacısı A.Kərimovanın məlumatı əsasında həmin gün öz hesabına məzuniyyətdə olması haqqında işəgötürən tərəfindən xx.xx.2023cü il tarixli 345 saylı əmr imzalanmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı yenidən ərizə ilə müraciət edərək əmək məzuniyyətinin qalan hissəsinin istifadə edilməsi üçün icazə verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə 350 saylı əmrlə xx.xx.2023-cü il tarixdə işdə olması barədə “Əmək məzuniyyəti haqqında” əmr imzalanmışdır. İddiaçı xx.xx.2023cü il tarixdə işdə olmalı olduğu halda 17; 18; xx.xx.2023-cü il tarixlərdə heç bir üzürlü səbəb təqdim etmədən işdə olmamışdır. Həmin tarixlərdə işdə olmadığına görə əmək haqqından tutulmalar edilmişdir. Bu məlumatları qeyd etməkdə məqsədi iddiaçının ərizəsində qeyd etdiyi kimi, onu qorxudaraq Azərbaycan Respublikası ƏM-in 70-ci maddəsinin ç bəndi ilə işdən azad ediləcəyini bildirərək, ona işdən çıxması haqqında ərizə yazmağa məcbur olunması tamamilə əsassızdır. Azərbaycan Respublikası ƏM-in 72-ci maddəsinin a bəndi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Əgər həqiqətən də işəgötürənin iddiaçını işdən azad etmək fikri olsaydı, həmin məqamlar yarandıqda bu addımı atardı. Hər bir işçi illik neçə gün məzuniyyət hüququ olduğunu bilir. İşçi bu məzuniyyətin 30 gününü istifadə etdikdən sonra ərizəsində qeyd etdiyi kimi yerdə qalan hissəsinin neçə gün olduğu haqqında məlumatı olmuşdur. 27 mart 2023-cü il tarixdə işdən azad olunmasını xahiş etdiyi tarixi göstərməklə yazılan ərizədən,24-25 gün sonra 20 aprel 2023-cü il tarixdə həmin ərizənin etibarsız hesab olunması haqqında müəssisəyə ərizə ilə müraciət etmiş, lakin həmin vəzifəyə işçi təyin edildiyi üçün ona imtina verilmişdir. Əgər iddiaçı öz ərizəsini qeyd etdiyi kimi təzyiqlə azad olunması barədə ərizə yazmışdırsa, ən azı 3 gün sonra bu barədə hər hansı addımları atmağa başlamalı idi. İddia ərizəsində iddiaçının göstərdiyi hallar əsassızdır. Bundan əlavə iddiaçı işdən çıxmaq barədə ərizə yazmasını bildirdikdə, İR şöbəsinin əməkdaşları tərəfindən səbəbi soruşulmuş, iddiaçı Bakı şəhərində yüksək məvacibli (1500 manat) iş tapdığı üçün Bakıya gedəcəyini bildirmişdir. İR şöbəsinin işçilərinin dediklərinə əsasən, hətta ona işi dəqiqləşənə qədər öz hesabına məzuniyyət götürməsi belə təklif olunmuş, lakin İddiaçı imtina edərək işdən azad olunmasını istəmişdir. Hazırda müəssisəyə qarşı bu cür çıxış etməsi qəbul edilməzdir. İddiaçı işdən öz iradəsi əsasında azad olunmuşdur. Odur ki, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Mingəçevir şəhər X1 müdiri vəzifəsində işləyir. İddiaçı ilə iş yoldaşı olmuşdur. İddiaçı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində işləmişdir. İddiaçının davamlı olaraq işpozmaları olurdu. İddiaçı öz hesabına 10 günlük məzuniyyətə çıxmış, həmin vaxt işdən çıxdığı üçün əmək haqqından məzuniyyətdə olduğu günlərin sayının çıxılması mümkün olmamışdır. Buna görə də iddiaçıdan həmin pulun xəstəxananın hesabına ödənilməsi tələb olunmuşdur. İddiaçı isə Bakıda iş tapdığını, bir həftəyə pulu ödəyəcəyini bildirmişdir. Sözügedən pul məbləği 117 manatdır. Lakin indiyədək İddiaçı həmin pulu ödəməmişdir. İddiaçı işdən çıxma barədə ərizə yazarkən o, orada olmamışdır. Lakin İddiaçı Bakıda iş tapdığını, işdən çıxacağını demişdir. İşdən çıxmadan əvvəl iddiaçıya bütün hüquqi nəticələr izah olunmuş və o, razı şəkildə getmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı tərəfindən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayevə üvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 413 №-li əmrin surətindən görünür ki, Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinin tibb bacısı İddiaçı ilə bağlanmış 491 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Maliyyə şöbəsinə AR ƏM-in 175-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən əsas məzuniyyətindən 10 təqvim günü əmək haqqısından tutulması tapşırılmışdır. Əsas olaraq İddiaçı ərizəsi qeyd edilmişdir. İşdə olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hazırki iş üzrə cavabdeh olan “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində tibb bacısı vəzifəsi üzrə işləmiş, xx.xx.2017ci il tarixdə həmin yerdə Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinə tibb bacısı təyin edilmiş və xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilənədək həmin vəzifədə çalışmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏM-in 68.2ci maddəsinin “a” bəndinə əsasən işinə xitam verilmişdir. İşdə olan İddiaçı tərəfindən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayevə üvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, işdən çıxma barədə ərizəsi onun iradə və ifadəsində olmadığından həmin ərizənin etibarsız hesab edilməsini xahiş etmiş və öz ixtisası üzrə 15 il işlədiyi işinə qayıtmaq istədiyini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 5 may 2023-cü il tarixli PHŞ-6-61/3-108/2023 saylı “Vətəndaş müraciətinin araşdırılmasının nəticəsi barədə” cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək həmin tarixdən işdən azad olmağını rəsmi qaydada bildirmişdir. İddiaçı İnsan resusları şöbəsinin işçiləri tərəfindən işdən çıxma barədə fikrini dəqiqləşdirmək üçün yenidən fikirləşmək tövsiyə olunmuşdur. Lakin fikrinin qəti olduğunu və ərizə ilə müraciət edərək işdən azad olmağını bildirmişdir. İddiaçı yazmış olduğu ərizə ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin a bəndinə uyğun olaraq öz xahişi ilə əmək fəaliyyətinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə işlədiyi vəzifəyə işçi götürülmüşdür. Hal-hazırda vakant tibb bacısı vəzifəsi olmadığı üçün İddiaçı işlə təmin edə bilmədikləri göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli 138 №-li “Əmək məzuniyyəti haqqında” əmrin surətindən görünür ki, Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinin tibb bacısı İddiaçı xx.xx.2023-cü il tarixdən 2022/2023-cü il üçün əmək məzuniyyətində hesab edilmiş, xx.xx.2023-cü il tarixdə işə başlamalı olması göstərilmişdir. Əsas olaraq İddiaçı ərizəsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli 345 №-li “Əmək haqqının tutulması barədə” əmrin surətindən görünür ki, Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinin tibb bacısı İddiaçı xx.xx.2023-cü il tarixində (bir gün, altı iş saatı kəsilməklə) öz hesabına məzuniyyətdə hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli 350 №-li “Əmək məzuniyyəti haqqında” əmrin surətindən görünür ki, Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinin tibb bacısı İddiaçı xx.xx.2023-cü il tarixdən 2022/2023-cü il üçün əmək məzuniyyətində hesab edilmiş, xx.xx.2023-cü il tarixdə işə başlamalı olması göstərilmişdir. Əsas olaraq İddiaçı ərizəsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinin böyük tibb bacısı Afət Kərimova tərəfindən yazılmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məlumatların təsdiq edilmiş surətlərindən görünür ki, Poliklinika şöbəsinin tibb bacısı İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində işə gəlməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli 435 №-li “Öz hesabına məzuniyyət verilməsi haqqında” əmrin təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinin tibb bacısı İddiaçı 17-18, xx.xx.2023-cü il tarixlərdə, 18 saat olmaqla işə gəlmədiyi üçün əmək haqqından tutulması göstərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli TT**********112300 nömrəli orderdən görünür ki, İddiaçı hüquqi xidmət üçün Konsensus Vəkil Bürosunun vəkili Vəkil hesabına 300 manat məbləğində pul köçürmüşdür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının, şahid ifadəsinin və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hazırki iş üzrə cavabdeh olan “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində tibb bacısı vəzifəsi üzrə işləmiş, xx.xx.2017-ci il tarixdə həmin yerdə Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinə tibb bacısı təyin edilmiş və xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilənədək həmin vəzifədə çalışmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Cavabdeh Publik hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 413 №-li əmrə əsasən İddiaçı ilə bağlanmış 491 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə işəgötürənə müraciət edərək, xx.xx.2023-cü il tarixdə könüllü olaraq işdən azad olma barədə yazdığı ərizəsinin etibarsız sayılmasını və ixtisası üzrə 15 il işlədiyi işinə qayıtmaq istədiyini xahiş etmiş, lakin işəgötürən tərəf yeni işçi ilə əmək müqaviləsi bağladığına görə iddiaçının xahişini nəzərə almamış və onun xx.xx.2023cü il tarixdə könüllü olaraq işdən azad olma barədə yazdığı ərizəsini qüvvədə saxlamış, həmçinin həmin vaxt vakant tibb bacısı vəzifəsi olmadığı üçün iddiaçının işlə təmin edilməsindən imtina etmişdir. Ona görə də İddiaçı həmin əmrin qanunsuz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə, “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına, “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), “d” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara, “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara görə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69–cu maddəsində işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Məhkəmə, hazırkı fərdi əmək mübahisəsinin predmetinin işçi tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsi ilə bağlı münasibətlər olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin düzgün həll edilməsi üçün Əmək Məcəlləsinin 69-cu maddəsində sadalanan əsasların olub-olmaması müəyyən edilməlidir. Belə ki, həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsində qeyd olunur ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsində göstərilir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək Məcəlləsinin 76–cı maddəsinin 1–ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsinin tələbinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, işəgötürən qismində çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru tərəfindən iddiaçının işdən azad edilməsinə, yəni əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə istinad etdiyi əsas, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuşdur. İşin müəyyən olunmuş hallarından da göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada ərizə ilə işəgötürənə müraciət edərək, xx.xx.2023-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir. İddiaçı həmin gündən əmək funksiyalarını dayandırmış və işə gəlməmişdir. İddiaçının yerinə yetirdiyi vəzifə isə xüsusi əhəmiyyətə malik olduğu üçün işəgötürən tərəfindən onun yerinə yeni işçinin təyin edilməsi zəruri olmuşdur. Belə olan halda işəgötürənin xəbərdarlıq müddəti gözləmək və yaxud həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq vermək vəzifəsi azad olunur, eyni zamanda işçinin də istədiyi vaxt ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermək hüququ istisna edilir. Ona görə də işəgötürən müəssisənin iş rejiminin pozulmasının qarşısını almaq üçün iddiaçının əvəzinə yeni tibb bacısı təyin etmişdir. Məhkəmə, həmçinin iddiaçıtərəfin iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında, fikirləşməyə belə imkan vermədən işəgötürənin yaxın ətrafı tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilməklə işdən azad olunması ilə bağlı hədə-qorxuya məruz qaldığına və qorxduğuna görə iradəsinə zidd olaraq ərizə yazmağa məcbur edilməsinə dair istinad etdiyi, dəlilləri işin həqiqi hallarına uyğun hesab etmir. Məhkəmə öz mövqeyini onunla əsaslandırı ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı izahatında ona hədə-qorxunun hansı məsul vəzifəli şəxs tərəfindən edildiyini, həmçinin əmək müqaviləsinə xitam verildikdən sonra 24 gün ərzində etiraz etməməsinin, yəni susdmasının səbəblərini dəqiq göstərməmişdir. Cavabdeh tərəf isə iddiaçının istinad etdiyi dəlilləri məhkəmə iclası zamanı təkzib etmişdir. Ona görə də iddiaçının istinad etdiyi dəlillər əmək müqaviləsinin ləğv edilməsinə dair əmrin ləğv edilməsi üçün yetərli deyildir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi əsassızdır və işəgötürən tərəfindən iddiaçı ilə əmək münasibətlərinin ləğv edilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə uyğundur, iddiaçı işdən çıxarılarkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71,79, 80, 84, 187 və 189-cu maddələrinin tələblərinə əməl edilmişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair işəgötürənin xx.xx.2023-cü il tarixli 413 nömrəli əmri qanuni və əsaslıdır. Məhkəmə öz qəaətini onunla əsaslandırır ki, iddiaçıişdən çıxma barədə ərizəsində gün göstərdiyinə görə işəgötürən tərəfindən onun əmək müqaviləsinə ərizəsində göstərdiyi gün xitam verilmişdir. Ona görə də iddiaçı tərəfindən işdən çıxma barədə ərizəsinin etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi olmamışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, əmək müqaviləsinin ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 68-ci və 69-cu maddələrində göstərilən əsaslar iddiaçıya münasibətdə məcmu halında mövcud olmuş, yəni cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verərkən, qanunun tələblərinə əməl etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayevin 27 mart 2023-cü il tarixli 413 nömrəli əmri qanuni və əsaslı olduğundan, iddiaçının həmin əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, 300 (üç yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsinə dair tələbi təmin edilməməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayevin 27 mart 2023-cü il tarixli 413 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, 300 (üç yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1531/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1531/2023
04.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver