Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1557/2022 01.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X6 miras qalmış 5000 manat məbləğində sığorta ödənişinin yalnız onun tərəfindən tam şəkildə miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, arvadı X*6 26 iyul 202*-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Belə ki, X*6 onun arvadı olmuş, onunla 2007-ci ildə nikah bağlamış və birgə nikahlarından iki uşaqları olmuşdur. X*9 *8 iyul 202*-ci il tarixdə yaxın qohumunun toy mərasimində iştirak etmək üçün Bakı şəhərinə getmişdir. Səhərisi günü, yəni *9 iyul 202*-ci il tarixdə arvadı Arzu X* taksi kimi idarə etdiyi “Kia Prıde” markalı avtomobili ilə Qaradağ rayonu Qobu qəsəbəsindən Səbail rayonu Bayıl qəsəbəsinə digər qohumları evinə qonaq gedərkən, saat *7:30-da Çingiz Namazovun sərt döngədə idarəetməni itirməsi nəticəsində avtomobil Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Lökbatan- Qobu” yolunda, “Qobu-Park” yaşayış kompleksinin yaxınlığında qarşı tərəfdən gələn “Mercedes-Benz 8*8” yük markalı, 99-OD-98* dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuşdur. Nəticədə X*9 bədən xəsarətləri alaraq əvvəlcə Sabunçu rayon xəstəxanasına yerləşdirilmişdir. Daha sonra isə Arzu Cəlilbəyli “Premium” xəstəxanasına köçürülmüş və 26.07.202*-ci il tarixdə həmin xəstəxanada vəfat etmişdir. AR Dövlət Sığorta Kommersiya Şirkətinin, Sığorta Hadisələri Departamenti ona bildirmişdir ki, həyat yoldaşı Arzu Cəlilbəyliyə həyatını itirdiyinə görə 5000 manat məbləğində sığorta ödənişi veriləcəkdir. Lakin o, qanun üzrə vərəsəlik şəhadətnaməsi almadığı üçün bu pulu vermək mümkün deyildir. O, miras əmlakla bağlı notariusa müraciət etmiş və ona *6.05.2022 -ci il tarixli, 890 saylı məktubla məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda vərəsəlik haqqında şəhadətnamə almaq üçün miras əmlakın onun tərəfindən qəbul olunması faktı müəyyən edilməlidir. Ona görə də, o, məhkəməyə miras əmlakın qəbul edilməsinə görə ərizə ilə müraciət etmişdir. Həyat yoldaşı Arzu Cəlilbəyli vəfat etdikdən sonra ondan qalmış mirası o, qəbul etmişdir. Odur ki, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Mingəçevir regional Asan Xidmət Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*6 26.07.202*-ci il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin *6.05.2022-ci il tarixli 890 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *6.04.2022-ci il tarixli 05/Q-*9*/*5 saylı məktubdan görünür ki, mərhum X7 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 3*.08.202*-ci il tarixli, *73 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, ev 5, mənzil *2” qeyd olunmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X** xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə evlənmişdir. Nikah bağlandıqdan sonra arvada “Cəlilbəyli” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, Ərizəçi ilə X7 birgə nikahlarından 20.08.20*0-cu il tarixdə Cavid və *0.08.2008-ci il tarixdə Fərid adlı uşaqları doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X** *8.0*.*977-ci il tarixdə X*2 ilə X3 birgə nikahından doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 3*.*2.20*6-cı il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *6.04.2022-ci il tarixli 05/Q-*9*/*5 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı *8.0*.*977-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X*6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama *6.04.2022-ci il tarixədək aparılmış və xx.xx.*978-ci il tarixdə doğulmuş əri-Ərizəçi, *0.08.2008-ci il tarixdə doğulmuş oğlu- X*3 və 20.08.20*0-cı il tarixdə doğulmuş oğlu- X*4 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan mərhum X*6 anası X5 tərəfindən Mingəçevir regionalı Asan xidmət mərkəzinin notariat ofisində yazılmış ərizədən görünür ki, onun miras əmlaka görə heç bir iddiası yoxdur və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *2.0*.2022-ci il tarixli *(002)- 42/2022 saylı hökmünün surətindən görünür ki, X*7 avtomobil idarə edərkən “Yol hərəkəti haqında” AR Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin, *-ci bəndinin tələblərini pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X7 ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmiş və o, AR CM-nin 263.2-ci maddəsində nəzərdə tuutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşdə olan AR Dövlət Sığorta Kommersiya Şirkətinin *5.**.2022-ci il tarixli 05/2248 saylı məktubundan görünür ki, *9.07.202*-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş X7 varisinə 5000 manat məbləğində sığorta ödənişi verilməsinə etiraz edilməmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, 26.07.202*-ci il tarixdə vəfat etmiş X6 Ərizəçi, X8, X9 və X4 5000 manat məbləğində sığorta ödənişi miras qalmışdır. Ərizəçi həmin sığorta ödənişinin alınması ilə bağlı Dövlət Sığorta Şirkətinə müraciət etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə almadığı üçün imtina edilmişdir. Ondan sonra isə ərizəçi notariat kontoruna vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etməklə miras əmlakı faktiki qəbul etdiyini şəksiz nümayış etdirmişdir. X5 mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etmədiyi bildirmişdir. Digər vərəsələr olan X*3 və X*4 azyaşlı olmaqla ərizəçinin himayəsində yaşayırlar. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. İcbari sığortalar haqqında AR Qanunun *9.2-ci maddəsinə əsasən bu Qanunun 2*-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun *9.6-cı maddəsinə əsasən sığorta olunan və ya üçüncü şəxs sağlamlığına dəymiş zərərə görə bu Qanunla nəzərdə tutulmuş sığorta ödənişini sağlığında tam və ya qismən almamışdırsa, ona verilməli olan sığorta ödənişinin məbləği və ya bu məbləğin qalan hissəsi faydalanan şəxs qismində onun ailə üzvlərinə ödənilir. Ona görə də məhkəmə hesab edir ki, mərhum X*6 yol-nəqliyyat hadisəsi nəticəsində həlak olduğundan o, sağlamlığına dəymiş zərərə görə sığorta ödənişini ala bilməmişdir. Belə olan halda ona verilməli olan 5000 manat məbləğində sığorta ödənişinin miras əmlak kimi ailə üzvü olan Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediləsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin **33–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33.*–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin **5*.*–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin **59.*. *-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin *243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat orqanına ərizə verməklə, yəni X2 qalmış mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X7 birinci növbəli qanun üzrə vərəsəsi olan X5 X2 qalmış mirasdan pay almaq istəmədiyini bildirmiş və mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişdir. Digər vərəsələr olan X*3 və X*4 azyaşlı olmaqla ərizəçinin himayəsində yaşayır və onların bütün ehtiyacları ərizəçi tərəfindən təmin edilir. Ərizəçi tərəfindən qəbul edilmiş miras əmlakın 5000 manat sığorta ödənişindən ibarət olması, o nəticəyə gəlməyə əsas verir ki, həmin məbləğin ərizəçiyə verilməsi uşaqların mənafeyinə uyğundur. Ona görə də mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi qanuni və əsaslıdır. Belə ki, AR Ailə Məcəlləsinin 59.*-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Azərbaycan Respublikası MPM–in *4.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 2*3, 2*6–220, 233, 3** və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 miras qalmış, 5000 manat məbləğində sığorta ödənişinin yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1557/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1557/2022
01.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver