Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1567/2020 05.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ HakimHüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontoruna qarşı “mirasın qəbulu müddətinin bərpası” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşamış xx xxxxxx 2015-ci il tarixdə vəfat etmiş anası X2 vəfatından sonra onun birinci növbə vərəsəsi olmaqla, mirasın qəbul edildiyi üçün müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, göstərilən iş Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilə vərəsəlik hüquqlarının tanınması üçün mirasın qəbulu müddətinin bərpa edilməsini lazımdır. Odur ki, ünvan 1 ünvanında yaşamış xx xxxxxx 2015-ci il tarixdə vəfat etmiş anaları X2 vəfatından sonra onun birinci növbə vərəsəsi olmaqla, mirasın qəbul edildiyi üçün müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə aşağıdakilara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Yevlax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(039)-256/2020 saylı qətnaməsindən görünür ki, X1 və X3 miras qalmış, ünvan 2 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evi ilkin və qarşılıqlı iddiaçılar tərəfindən qəbul edilmiş sayılsın və həmin yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X9; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Tağıyev Zöhrab Qaflan oğlunun; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X4; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X6; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X5; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X7 və yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X8 payları müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi məhkəmədə baxılmalı olan mübahisə (miras qəbulu ilə) mövcud deyildir. İddiaçı məhkəmə iclasında verdiyi izahatdan da müəyyən olunur ki, iddiaçının irəli sürdüyü tələbdə məqsədi miras əmlakın qəbulu müddətinin bərpa edilməsi və miras payının müəyyən olunmasıdır. İş materiallarında olan Yevlax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(039)-256/2020 saylı qətnaməsindən göründüyü kimi X1 və X3 miras qalmış, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə miras əmlakı üzrə paylar müəyyən olunmuşdur. Hazırki iddianın isə heç bir hüquqi əsası yoxdur. Belə ki, paylar müəyyən olunduğu halda müddətin bərpa olunması məqsədə müvafiq deyil və həmin tələb məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.3-ci maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.8,263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontoruna qarşı “mirasın qəbulu müddətinin bərpası” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1567/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1567/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver