Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1575/2020 17.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyaları ilə birlikdə mənzildən çıxarılma tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh iddiaçının oğlu Fuad Eminli ilə nikaha girməklə ailə qurmuşlar. Cavabdeh iddiaçının Yevlax rayonu Salahlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və özü ilə cehiz əşyalarını həmin evə gətirmişdir. Cavabdeh 2020-ci ilin iyul ayında axşam saat 22:00 radələrində iddiaçı tərəfindən alınmış qızıl-zinət əşyalarını, iddiaçının oğlu Fuada məxsus nişan üzüyünü, sənədlərini, özünə məxsus geyim əşyalarını və qeyri əşyalarını da götürüb evi tərk etmişdir. İddiaçının oğlu Fuad cavabdehə qarşı nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmışdır. İddiaçının mənzilində cavabdehin yataq mebil dəsti, pərdə, yorğan-döşək kimi az əşyası qalmışdır. İddiaçı dəfələrlə cavabdehdən qalan əşyalarını mənzilindən çıxarılmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Həmin yaşayış evi tam olaraq iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdehin əşyalarının mənzilində qalmasını istəmir. Həmin evin iddiaçının oğlu Fuada heç bir aidiyyatı yoxdur. Cavabdeh iddiaçının ailə üzvü deyildir. Ona görə də iddianın təmin olunmasını, Yevlax rayonu Salahlı kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyata haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Yevlax rayonu Salahlı kəndində 0,1514 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Yevlax şəhər İHB-nin Salahlı kənd ƏD-nin tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 222 №-li arayışından görünür ki, İddiaçı, arvadı X3 və oğlu X1 rayonu Salahlı kəndində yaşayırlar. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 arasında xx xxxxxx 2018-ci ildə rəsmi nikah qeydə alınmış, nikah bağlandıqdan sonra arvada Eminli soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Yevlax rayonu Salahlı kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu Fuad Eminli ilə nikaha girməklə ailə qurmuş və iddiaçının Yevlax rayonu Salahlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və özü ilə cehiz əşyalarını həmin evə gətirmişdir. Həmin yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının ailə üzvü deyildir. Cavabdehin mübahisəli mənzilə hər hansı bir hüququ olması müəyyən edilməlidi. Cavabdehin iddiaçıya məxsus evdə əşyalarının qalması mülkiyyətçi kimi İddiaçı hüquqlarını pozur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa azılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqularının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsində onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideyinlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq maddələri). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyətcisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətcisindən özünün saxlanılmasnı tələb etmək hüququ varsa və mülkiyyətci ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətcisi ilə birlikfə yaşamaq və yaşayış sahəsinin mülkiyyətcisindən özünün saxlanılması tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətcisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətcisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəsli yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsini, baba və nənənin nəvələrini saxlamaq vəzifəsini, nəvələrin baba və nənəni saxlamaq vəzifəsini, yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsini, ögey oğul və qızların ögey ata və anasını saxlamaq vəzifəsini müəyyən edir. İş materialları ilə müəyyən edildi ki, mülkiyyətçi olan İddiaçı cavabdeh Cavabdeh keçmiş qayınatasıdır. Qayınatanın isə gəlini saxlamaq vəzifəsi qanunla müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan Yevlax rayonu Salahlı kəndində yerləşən fərdi yaşayış evinə hər hansı bir hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Yevlax rayonu Salahlı kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdehəşyaları ilə birlikdə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Yevlax rayonu Salahlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1575/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1575/2020
17.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver