Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1580/2021 30.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı özünə məxsus 0,0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha olan köməkçi torpaq sahəsinin qanuni qaydada idarəsinə verilməsi vəzifəsinin öhdəlik olaraq qoyulması tələbinə dair mülki iş üzrə, İddiaçı Mingəçevir şəhər məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i m: İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı özünə məxsus 0,0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha olan köməkçi torpaq sahəsinin qanuni qaydada idarəsinə verilməsi vəzifəsinin öhdəlik olaraq qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı özünə məxsus 0,0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha olan köməkçi torpaq sahəsinin qanuni qaydada idarəsinə verilməsi vəzifəsinin öhdəlik olaraq qoyulması tələbinə dair iddia ərizəsi aidiyyati üzrə baxılması üçün Şəki Kommersiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş və Mingəçevir şəhər məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(051)-1580 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı sözügedən 26 iyul 2021-ci il tarixli qərardadan narazı qalmış və qərardaddan şikayət vermişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğunu əsas gətirərək işin aidiyyəti üzrə göndərilməsini qərara alarkən mübahisənin məhkəmə aidiyyətini ilə bağlı qanunvericiliyin tələblərini nəzərə alınmamışdır. Buna görə də Mingəçevir şəhər məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadının ləğv olunmasını xahiş edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət baxılması üçün Azərbayca Respublikası Ali məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə aidiyyəti ilə bağli mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının yeni qaydasına dair Məhkəmələrin nəzərinə çatdırılır ki, MPM-ə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apelyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 269 və 395-ci maddələrini rəhbər tutaraq qərara aldı : Mingəçevir şəhər məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadından İddiaçı verdiyi şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1580/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1580/2021
30.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver