Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1583/2022 08.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası Azər Əliyevə məxsus Mingəçevir-Bazar QSC-də ümumi miqdarı *408 ədəd olan səhmlərin yalnız onun tərəfindən tam şəkildə miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mərhum atası X6 *9.*0.20*5-ci il tarixdə vəfat etmişdir. Ondan Mingəçevir-Bazar QSC-də ümumi miqdarı *408 ədəd olan səhmlər miras qalmışdır. Həmin səhmləri miras əmlak kimi o qəbul etmişdir. Lakin notariat kontoru tərəfindən ona vərəsəlik hüququ haqqında şəhaətnamə verilməsindən imtina edilmişdir. Ondan başqa iki qardaşıda vardır. Lakin onlar arasında miras əmlakla bağlımübahisə yoxdur və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsinə etiraz etmirlər. Odur ki ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclası zamanı izahatında və təqdim etdikləri yazılı ərizələrində miras əmlakın məhz ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktını etiraf etmiş və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin qardaşı X** tərəfindən verilmiş ərizədən görünür ki, onun miras əmlaka görə heç bir iddiası yoxdur və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Maraqlı şəxslər Maraqlı şəxs2 oğluna və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Azər Balakişi oğlu ilə Nümayəndə birgə nikahlarından doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 27.*0.2005-ci il tarixdə X4 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və nikah bağlandıqdan sonra ona Məhərrəmova soyadı verilmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2020-ci il tarixli *056 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *6.02.2022-ci il tarixli 05/Q-93/*5 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 0*.09.*95*-cı il tarixdə Yevlax rayonunun, Havarlı kəndində doğulmuş X6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama *6.02.2022ci il tarixədək aparılmış və xx.xx.*978-ci il tarixdə doğulmuş qızı-Ərizəçi, 09.*2.*980-ci il tarixdə doğulmuş oğlu- X** və xx.xx.*986-cı il tarixdə doğulmuş oğlu- Maraqlı şəxs2 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 770495 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 *9.*0.2005-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *6.02.2022-ci il tarixli 05/Q-93/*5 saylı məktubdan görünür ki, mərhum X5 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 22.*0.20*5-ci il tarixli, 568 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “bilinmir” qeyd olunmuşdur. İşdə olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 22 saylı məktubdan görünür ki, X5 həqiqətən "xxxx" QSC-də nominal dəyəri 2 manat olan *408 ədəd səhmi vardır. İşdə olan qiymətli kağız mülkiyyətçilərinin reyestrindən görünür ki, X5 "xxxx" QSC-də ümumi miqdarı *408 olan səhmi vardır. İşdə olan Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən yazılmış ərizələrdən görünür ki, Maraqlı şəxs2 mərhum atasından miras qalmış "xxxx" QSC-də olan *408 ədəd səhmin ərizəçi tərəfindən miras əmlak kimi bütövlükdə qəbul edilməsinə etiraz etmir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, *9.*0.2005-ci il tarixdə vəfat etmiş X3 Ərizəçi, X9, həmçinin Maraqlı şəxs2 "xxxx" QSC-də olan *408 ədəd səhm miras qalmışdır. Ərizəçi həmin səhmləri miras əmlak kimi faktiki qəbul etmişdir. X** və Maraqlı şəxs2 isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X* miras qalmış "xxxx" QSC-də olan *408 ədəd səhmin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin **33–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33.*–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin **5*.*–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin **59.*. *-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin *243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X* miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, yəni dividentlər almaqla həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X5 birinci növbəli qanun üzrə vərəsələri olan X** və Maraqlı şəxs2 X* qalmış mirasdan pay almaq istəmədiklərini bildirmiş və mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM–in *4.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 2*3, 2*6–220, 233, 3** və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X* miras qalmış, "xxxx" QSC-də olan, nominal dəyəri 2 manat qiymətləndirilmiş *408 ədəd səhmin yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1583/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1583/2022
08.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver