Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1585/2021 31.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və ərizəçilər Ərizəçi2, digər ərizəçi Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi2, Ərizəçi1 və X8 ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsində yerləşən 11-A saylı ev in 15 saylı mənzili və Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsində yerləşən 11 saylı evin 32 saylı mənzilini Ərizəçi1, Ərizəçi2 və X8 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onların adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi2 məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Mingəçevir şəhərinin Nigar Rəfibəyli küçəsində yerləşən 11-A saylı evin 15 saylı mənzili mərhum atası X4 mülkiyyətində, Mingəçevir şəhərinin Nigar Rəfibəyli küçəsində yerləşən 11 saylı evin 32 saylı mənzili isə mərhum anası X1 mülkiyyətində olmuşdur. X14 23 avqust 2020-ci ildə, anası X5 isə 23 iyun 2008-ci ildə rəhmətə getmişlər. Onlar ailədə 2 bacı 1 qardaş olmaqla 3 uşaq olmuşlar. Bundan sonra o, bacısı Sara Nuriyeva və qardaşı Ərizəçi1 ilə aralarında razılığa gələrək notariat kontoruna müraciət etdilər və atalarından miras qalmış əmlakları özləri qəbul etmək istədilər. Ancaq notariat kontorundan onlara məhkəməyə müraciət etmələri tövsiyyə olundu. Hazırda qeyd olunan mənzillərdən özləri istifadə edir. Atasından və anasından miras qalmış əmlakları başqa qaydada əldə edə bilmirlər. Ona görə də Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsində yerləşən 11 saylı evin 32 saylı mənzilini Ərizəçi1, Ərizəçi2 və X8 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onların adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi və digər Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi X8 da ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə ərizəçilərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X5 23 iyun 2008-ci il-ci il tarixdə, X9 isə 23 avqust 2020-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Nidayət Rzayev 22 iyul 2021-ci il tarixli 1283 saylı məktubundan görünür ki, “Miras açıldıqdan müəyyən edilən müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşə əlavə olunmuş X7 İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsində yerləşən ümumi sahəsi 61,51 kvm yaşayış sahəsi 37,18 kvm üç otaqdan ibarət olan ev 11, mənzil 32 saylı yaşayış mənzili şəxsi mülkikyyət hüququ əsasında X1 adına qeydə alınmışdır. İşə əlavə olunmuş DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinin SeriyaRX ******* №li çıxarışdından görünür ki, Mİngəçevir şəhəri Nigar Rəfibəyli küçəsi ev 11A mənzil 15 saylı mənzili tam mülkiyyət hüququ əsasında X4 adına qeydı alınmışdır. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q- 470/15 saylı 16 iyul 2021-ci il tarixli məktubdan görünür ki, X4 adına Mingəçevir “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 24.08.2020-ci il tarixli 335 saylı ölüm haqqında akt qeydi tərtib olunmuş, sonuncu yaşayış yeri olaraq Mingəçevir N.Rəfibəyli küçəsi ev 11, mənzil 32 qeyd edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q- 468/15 saylı 16 iyul 2021-ci il tarixli məktubdan görünür ki, X2 adına Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən 25.06.2008-ci il tarixli 318 saylı ölüm haqqında akt qeydi tərtib olunmuş, sonuncu yaşayış yeri olaraq Mingəçevir N.Rəfibəyli küçəsi ev 11, mənzil 32 qeyd edilmişdir. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, ərizəçilər Ərizəçi2, Ərizəçi1 və X8 mərhum X4 övladlarıdır. X9 vəfat etmiş və onun birinci növbə vərəsələri isə övladları Ərizəçi2, Ərizəçi1 və X6r. Ona görədə ərizəçilər Ərizəçi2, Ərizəçi1 və X3 ərizə tələbi təmin olunmalı, Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsində yerləşən 11-A saylı evin 15 saylı mənzili və Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsində yerləşən 11 saylı evin 32 saylı mənzilini miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İddia tələbi əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onların adına verilməsi hissəsində baxılmamış saxlanmalıdır. Belə ki məhkəmə qeyd edir ki, mirasın faktiki qəbul edilməsini müəyyən edən məhkəmə qətnaməsi həmin şəxsə notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, vərəsəlik şəhadətnaməsinin verilməsinin məhkəmədən kənar imkanını ərizəçilər itirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddia tələbi əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi hissəsində baxılmamış saxlanmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsində yerləşən 11-A saylı evin 15 saylı mənzili və Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsində yerləşən 11 saylı evin 32 saylı mənzilinin miras əmlak kimi Ərizəçi2, Ərizəçi1 və X8 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia tələbi əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi hissəsində baxılmamış saxlansın. Miras əmlakın qəbul edilməsi faktı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1585/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1585/2021
31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver