Məhkəmə qərarları › İş №2(051)-1589/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1589/2020

06.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1589/2020 06.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı: Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsinin cavabdeh: Cavabdeh qarşı «otaqdan istifadə hüquqlaıının itirilməsi və yaşayış sahəsindən çıxarılmaları» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsi Cavabdeh qarşı otaqdan istifadə hüquqlaıının itirilməsi və yaşayış sahəsindən çıxarılmaları tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında hakim tərəfindən iddiaçıya bir neçə dəfə cavabdehin faktiki yaşayış ünvanının və öz tələbini əsaslandıran sənədlərin təqdim olunması təklif olunsa da iddiaçı işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. Belə ki, məhkəmə bildirişləri qoyulmuş zərflərin üzərinə “bu ünvanda yaşamır” qeyd edilməklə məhkəməyə qaytarılmşdır. Belə olan halda cavabdehin məlumatı olmadan qətnamə çıxarılması onun hüquqlarının pozulmasına və prossesual qaydaların pozulmasına gətirib çıxarar. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsina cavabdehin yaşadığı ünvanın verilməsi tələb olunsa da o, cavabdehin yaşayış yerini bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinin tələbinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçı Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsi Cavabdeh qarşı otaqdan istifadə hüquqlaıının itirilməsi və yaşayış sahəsindən çıxarılmaları tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, izahat edilməlidir ki, MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsinin Cavabdeh qarşı otaqdan istifadə hüquqlaıının itirilməsi və yaşayış sahəsindən çıxarılmaları tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar