Məhkəmə qərarları › İş №2(051)-1589/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1589/2021

22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1589/2021 22.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət qızınun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçinun nümayəndəsi X15 Maraqlı şəxslər: X3 və X6 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X4 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, X10 onun əridir. O, X10 ilə 22.12.2002ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından 19.12.2006-cı il tarixdə Aysel və 28.12.2008-ci il tarixdə Fatimə adlı uşaqları doğulmuşdur. Əri 12.02.2015-ci il tarixdə rəhmətə getmiş və bu haqda ona ölüm haqqında şəhadətnamədə verilmişdir. Mərhum ərindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsi üzərində mərhum əri X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30.07.2014-cü il tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı verilmişdir. Ərinin ölümündən sonra ondan miras qalmış torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq barədə məlumatlı olmamışdır. Bundan sonra o, notariat kontoruna müraciət etmiş və mərhum ərindən miras qalmış əmlakı qəbul etmək istədiyini bildirmişdir. Ancaq 24 iyun 2021-ci il tarixdə notariat kontoru 1119 saylı cavab məktubu ilə ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hazırda qeyd olunan torpaq sahəsindən özü istifadə edir. X2 miras qalmış əmlakı başqa yolla əldə edə və bununla bağlı adına çıxarış ala bilmir. Buna görə də məcburiyyət qarşında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və ötürülmüş müddətin bərpa edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi X21 əsasən ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X9 məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, mərhum oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilmişdir. Hazırda bununla bağlı etirazı yoxdur və miras əmlaka qarşı heç bir tələb irəli sürmür. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs X13 məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, mərhum oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilmişdir. Hazırda bununla bağlı etirazı yoxdur və miras əmlaka qarşı heç bir bir tələb irəli sürmür. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 30.07.2014-cü il tarixdə verilmiş ********** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan AZ-İ 019545 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X10 22.12.2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 706657 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 12.02.2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli 05/Q-457/15 saylı məktubdan görünür ki, X5 adına Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən 21.02.2015-ci il tarixli 119 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Mingəçevir şəhəri C.Əliyev küçəsi, ev 18, mənzil 58 qeyd olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli 05/Q-457/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 12.12.1977-cı il tarixdə Daşkəsən rayonu, Quşçu-Most qəsəbəsində doğulmuş X10 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 08.07.2021-ci il tarixədək aparılmış və xx.xx.1979-ci il tarixdə doğulmuş arvadı Ərizəçi, 19.12.2006-cı il tarixdə doğulmuş qızı X14 və 28.12.2008-ci il tarixdə doğulmuş qızı X11 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Süleymanov Tahir Aladdin oğlu 12.12.1977-ci il tarixdə X7 ilə Süleymanova Ofelya Umud qızının birgə nikahından doğulmuşdur. İş materiallarına əlavə olunmuş Mingəçevir Regional Maraqlı şəxs Ofisinin 24.06.2021-ci il tarixli 1119 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən tərəflərin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, 12.02.2015-ci il tarixdə vəfat etmiş X10 Ərizəçi əridir. X1 ünvan 1 ünvanında yerləşən torpaq sahəsi miras qalmışdır. Ərizəçi həmin torpaq sahəsini əkib-becərməklə ona baxır və qanun üzrə birinci növbəli vərəsə kimi mirası faktiki qəbul etmişdir. Digər birinci növbəli vərəsələr isə mirası faktiki qəbul etməmiş və hazırda da miras əmlaka qarşı heç bir tələbləri yoxdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ərizəçi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmçinin, mərhum X5 vərəsələri olan X9 və X13 mərhum Tahir Süleymanovdan qalmış mirasdan pay istəmədiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. X1 miras qalmış, ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 30.07.2014-ci il tarixdə verilmiş ********** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında tam mülkiyyət hüququ ilə X8 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ərizəçi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar