Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1590/2021 01.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili X3 iştirakı ilə, miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X11 ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi xx xxxx 1964-cü ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. Ərizəçinin atası Orucov İbrahim Heydər oğlu 24.04.2005-ci ildə vəfat etmişdir. Atasından miras qalmış mənzildə ərizəçi ailə üzvləri ilə birlikdə yaşayır. Həmin vaxtdan mənzilə ərizəçi sahiblik edir və faktiki olaraq miras əmlakı qəbul etmiş, bu gün də istifadəsindədir və sahiblik edir. Onlar ailədə altı uşaq olublar, ərizəçinin Bəhrəm adlı qardaşı vəfat edib. Digər qardaş və bacıları ərizəçinin xeyrinə öz paylarından imtina edirlər. Ərizəçi Mingəçevir şəhər Notariat kontoruna müraciət etmiş, lakin vərəsəlik şəhadətnaməsi veməkdən imtina edilmişdir. Ona görə də ərizəçinin atası X4 miras qalmış Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 2 №-li evin 23 №-li mənzilinin miras əmlak kimi ərizəçi tərəfindən bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Faktın müəyyən olunması ona vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional Maraqlı şəxs ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirlmiş X5 ifadəsində göstərdi ki, 1977-ci ildən ərizəçinin atası İbrahim Orucov ilə qonşu olmuşdur. İbrahim oğlu Bayram və Bayramın ailə üzvləri ilə birlikdə özünəməxsus Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 2 №-li evin 23 №-li mənzilində yaşayırdı. İbrahim Orucov 2005-ci ildə vəfat etmiş, həmin vaxtdan da İbrahimin oğlu Bayram öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. İbrahimin digər uşaqlarının həmin mənzildə yaşadıqlarını görməmişdir. X28 Bayram oğlu məhkəmə iclasında ifadəsində göstərdi ki, İbrahim Orucov onun babası, ərizəçi Oruc Bayramov isə atasıdır. Onlar babası İbrahim ilə birgə yaşayırdılar. Babası 2005-ci ildə vəfat etmiş, həmin vaxtdan da onlar ailə üzvüləri ilə birlikdə babasından miras qalmış mənzildə yaşayırlar. İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri İ.Qayıbov(keçmiş M.Qorki) küçəsi, 2 №-li evin 23 №-li mənzili tam mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 12 aprel 2005-ci ildə ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X13 07 aprel 2007-ci ildə ölmüşdür. İşə əlavə olunmuş 11 №-li MİS tərəfindən verilmiş 25.06.2018-ci il tarixli 266 arayışdan görünür ki, Orucov X2 şəhəri İ.Qayıbov küçəsi 2 № li evin 23 № li mənzilində yaşayır. İşə əlavə olunmuş Mingəçevir Regional Maraqlı şəxs ofisinin 27 avqust 2021-ci il tarixli 1578 №-li cavab məktubunda göstərilir ki, X1 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamışdır. İşə əlavə edilmiş X14, X15, X8, X16 və X9 notarial qaydada təstiq edilmiş ərizələrində ataları X7 04 aprel 2005-ci il tarixdə vəfat etməsi, atalarından miras qalmış əmlakdan heç bir iddiaları olmaması, həmin mənzildən pay istəməmələri göstərilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhər, İ.Qayıbov küçəsi, 2 №-li evin 23 № li mənzili X7 mülkiyyətindədir. Mülkiyyətçi X12 04.04.2005-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi miras qoyan İbrahim Orucovun oğludur. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi atasından miras qalmış mənzildən istifadə edərək ona sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat vəsiqəsinə əsasən X10 məxsus olan və miras qalmış Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, 2 №-li evin 23 № li mənzilinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul olunması faktının müəyyən edilməsi tələbinə dair ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. X7 mülkiyyətində olan və miras qalmış Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 2 №-li evin 23 № li mənzilin Ərizəçi tərəfindən miras əmlak kimi bütövlükdə qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1590/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1590/2021
01.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver