Məhkəmə qərarları › İş №2(051)-1591/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1591/2020

19.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1591/2020 19.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, doğum faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, xx xxxx 1960-cı ildə Ağdərə rayonu Sırxavənd kəndində anadan olmuşdur. xx xxxxxx 2001-ci ildə X18 ilə nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxx 2004-cü ildə Xatirə adlı uşaqları olmuşdur. 2011-ci ildə şəxsiyyət vəsiqəsi alan zaman adı səhvən Gülşən əvəzinə Gülüşən yazılmışdır. Halbuki onun adı və soyadı doğum haqqında şəhadətnamədə X4 yazılmışdır. Məcburi köçkün düşərkən ona məxsus doğum haqqında şəhadətnaməsi itmişdir. Adı ilə bağlı sənədlərdə ziddiyyəti aydınlaşdırmaq üçün doğum haqqında şəhadətnaməsi tələb olunur. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx xxxxx 2020-ci il tarixli məktubu ilə cavab verilmişir ki, Dağlıq Qarabağda tərtib edilən vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri Azəbaycan Respublikasının həmin ərazidə fəaliyyət göstərən qeydiyyat şöbələrinin arxivində saxlandığından və həmin ərazilər erməni işğalı altında olduğundan akt qeydindən arayış və ya şəhadətnamə verilməsi imkan xaricindədir. Ona görə də ərizəsinin təmin olunmasını, onun doğumun qeyd edilməsi faktının, doğum qeydi aktında adının, soyadının X4, ata kimi X5, ana kimi X15, doğum yeri Ağdərə rayonu Sırxavənd kəndi yazılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs, Maraqlı şəxsnə məhkəmə iclasının keçirilmə vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. X3 məhkəmə iclsında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun doğma bacısıdır. Bacısının əsl adı Gülşəndir. Gülşən xx xxxx 1960-cı ildə Ağdərə rayonun Sırxavənd kəndində anadan olmuşdur. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun doğma bacısıdır. Gülşənin şəxsiyyət vəsiqəsində adı səhvən Gülüşən yazılmışdır. Bacısı Gülşən xx xxxx 1960-cı ildə Ağdərə rayonun Sırxavənd kəndində anadan olmuşdur. Onların atası X5, anası X15 olmuşdur. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X2 arasında olan nikah xx xxxxxx 2001-ci ildə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad Şirinova soyadını götürmüşdür. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 2004-cü il təvəllüdlü X14 atası X18, anası X8r. İşə əlavə edilmiş şəxsyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1960-cı ildə Ağdərə rayonun Sırxavənd kəndində anadan olmuşdur. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-93/15 №-li xx xxxxxx 2020-ci il tarixli arayışda göstərilir ki, X7 1960-2020-ci illər üzrə Maraqlı şəxs “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar yoxlanılmış və doğumun qeyd alınması müəyyən edilməmişdir. İşdə olan MKİS-dən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Şirinova X9 rayonundan məcburi köçkün olmaqla Mingəçevir şəhərində “Yeni Həyat” qəsəbəsi A-20 ünvanda məskunlaşmışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə əsasən isə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, ərizəçi xx xxxx 1960-cı ildə Ağdərə rayonun Sırxavənd kəndində anadan olmuşdur. Məlum hadisələrlə əlaqədar ərizəçi ailə üzvləri ilə birlikdə öz yaşayış yerlərini tərk edib Mingəçevir şəhərində məskunlaşmışdır. Yaşayış yerini tərk edən zaman doğum haqqında şəhadətnaməsi əvvəlki yaşayış yerində qalmışdır. Hazırda həmin sənədi təkrar almaq mümkün deyil. Doğum faktının müəyyən edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, ərizəçinin doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. Faktın müəyyən edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi xx xxxx 1960-cı ildə Ağdərə rayonu Sırxavənd kəndində doğulması, doğum aktı qeydində adının və soyadın X4, “ata” kimi X5, “ana” kimi X15 qeyd olunması faktı müəyyən edilsin. Doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar