Məhkəmə qərarları › İş №2(051)-1594/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1594/2024

11.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1594/2024 11.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh M.Davudova adına X2rşı əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh M.Davudova adına X2rşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X30 Teatrının 18 fevral 2023, 09 fevral 2024, 06 aprel 2024, 10 may 2024, 22 may 2024, 29 may 2024-cü il tarixli 63 saylı əmrlərinin ləğv edilməsini, onun işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi və vəkil xidmətinə ödənilmiş 600 manat və 60 manat mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, 13 fevral 2023-cü ildə ilk 3 ayı sınaq müddəti müəyyən edilməklə X30 Teatrına yardımçı heyət artisti vəzifəsinə işə qəbul olunmuşdur. Özü ali təhsilli olmaqla bərabər Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Əsərləri teatrda oynalınır. 06 mart 2023-cü ildə işəgötürənin əmri ilə Teatrın ədəbi dram hissəsinin rəhbəri vəzifəsinə keçirilmişdir. 29 may 2024-cü ildə isə işəgötürənin 29 may 2024-cü il tarixli 63 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 «ç» bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 31 may 2024-cü il tarixdə işdən çıxarılmanın əsası olan Əmək Məcəlləsinin 70 «ç» bəndinin götürülməsi, şiddətli töhmətin götürülməsi və işəbərpa tələbinə dair təklifi işəgötürənə ünvanlamışdır. İşdənçıxma əmrinin surətini aldıqdan sonra işəgötürən tərəfindən barəsində intizam xarakterli 09 fevral 2024,06 aprel 2024, 10 may 2024, 22 may 2024-cü il tarixli əmrlər verildiyindən məlumatlı olub, 04 iyun 2024-cü il tarixdə intizam tənbehinə dair verilmiş əmrlərin ləğv edilməsinə dair yenidən təklif göndərmişdir. Mediasiya sessiyası davam etdirilə bilməməsi səbəbindən mediasiya prosesi yekunlaşmışdır. Qeyd edir ki, barəsində qəbul edilmiş inztizam xarakterli 18 fevral 2023, 09 fevral 2024, 06 aprel 2024, 10 may 2024, 22 may 2024-cü il tarixli əmrlərin, işəgirmə barədə əmrlərin, əmək müqaviləsinin surətinin, əmrlərin verilməsinə əsas olmuş sənədlərin, İddiaçı alınmış izahatların, əmrlərin verilməsinə əsas kimi göstərilmiş təqdimat və məlumatın, Həmkarlar Təşkilatının 17 may 2024 və 24 may 2024-cü il tarixli Protokolunun surətinin verilməsinə dair vəkil sorğusu göndərilsə də 25 iyun 2024-cü il tarixdə imtina verilmişdir. İşəgötürən 29 may 2024-cü il tarixdə 63 saylı əmrin verilməsinə əsas olaraq 18 fevral 2023, 09 fevral 2024, 06 aprel 2024, 10 may 2024, 22 may 2024-cü il tarixli əmrlərin olmasını qeyd edərək göstərmişdir ki, «İddiaçı 18 fevral 2023-cü il tarixdə sosial şəbəkələrdə teatr rəhbərliyini nəzərdə tutaraq təhqiredici və atmacalı sözlər yazmaqla paylaşımlar etmiş», «xx.xx.2024-cü il tarixdə İddiaçı rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmədiyi üçün töhmət elan edilmişdir. Teatrda baş rejissorun truppa üzrə köməkçisi X1 Elçin Müsaməddin oğlunun Novruz bayramı ərəfəsində və sonradan da natamam yerinə yetirməsi haqqında xx.xx.2024-cü il tarixdə məlumat yazmışdır. Deyilənləri nəzərə alaraq İddiaçı yenidən yazılı şəkildə xəbərdarlıq elan edilmişdir», «X30 Teatrının baş rejissoru X24 da həmçinin xx.xx.2024-cü il tarixdə məlumat yazaraq İddiaçı verilən tapşırıqları vaxtında yerinə yetirilməməsindən dəfələrlə şikayətlənmişdir», «Bundan əlavə 09 may 2024-cü il tarixdə X30 Teatrının iki əməkdaşına «Prezident mükafatı» verilmişdir. Ancaq İddiaçı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamım təhrif edərək Prezident Administrasiyasına təhrif olunmuş qaydada teleqram ünvanlanmış və həmin teleqramda teatrımızın iki əməkdaşına «Prezident təqaüdü» verilməsini qeyd etmişdir. Bu da teatr əməkdaşlarının və teatrda çalışan xalq artistlərinin haqlı narazılığına səbəb olmuşdur. Eyni zamanda sözügedən mətn Prezident.az saytında X30 Teatrının adından dərc olunmuşdur. Bununla bağlı teatrda baş rejissorun truppa üzrə köməkçisi X23 rəhbərliyə məlumat yazmış və müzakirə olunması üçüncü il tarixdə X30 X5 müraciət olunmuşdur. X30 X4 cü il tarixli 07 saylı protokolu nəzərə alınmaqla İddiaçı xx.xx.2024-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi qərara alınmışdır», «İddiaçı öz şəxsi facebook səhifəsində xx.xx.2024 cü il tarixdə keçirilmiş Həmkarlar Təşkilatının iclası və iclasda iştirak elən Həmkarlar Təşkilatının üzvləri, teatr ağsaqqalan və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqiredici ifadələr işlətmişdir. Onlar barəsində qoçular, özlərini Stalinə bənzədənlər, sivili dünyanın qəbul etmədiyi Hitleri özünə kumir sayanlar, demokratiya pərdəsi altında hər cür sıxma boğmadan istifadə edənlər və s kmi sözlər yazmış və 17 maym2024-cü il tarixdə keçirilən iclası flyasko adlandırmışdır. Teatrın baş rejissoru X24 bu haqda təqdimat yazaraq bunu həm teatr rəhbərliyinə, həm də iclasda iştirak edən, ölkə ərazisində tanınmış incəsənət xadimlərinə hörmətsizlik kimi qiymətləndirmişdir. Həmin məsələnin müzakirə edilməsi üçün yenidən teatrın Həmkarlar Təşkilatına müraciət olunmuş, İddiaçı izahat verməsi və Həmkarlar Təşkilatının iclasında iştirak etməsi təklif olunmuşdur. Lakin İddiaçı qərəzli şəkildə iclasda iştirak etməkdən və ümumiyyətlə izahat verməkdən imtina etmişdir. X30 X4 xx.xx.2024-cü il tarixli iclasında birmənalı olaraq İddiaçı işdən azad olunmasına yekdilliklə səs verilmişdir». Məhz bundan sonra işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 «ç» bəndinə əsasən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Barəsində qəbul edilmiş 09 fevral 2024, 06 aprel 2024, 10 may 2024, 22 may 2024- cü il tarixli əmrlərin surətini almamışdır. Ancaq həmin əmrlərində qanunsuz olmasını göstərərək ləğv edilməsini istəyir. O hər hansı əmək müqaviləsində nəzərdə tutulan öhdəliyi pozmamışdır. Əmək funksiyalarımı yerinə yetirmişdir. Müdiriyyət onu məhz qərəzi ucbatından qərəzli olaraq işdən azad etmişdir.Məhz həmin qərəz ucbatından onun xəbəri olmadan barəsində olan intizam tənbeh tədbirlərinə dair qəbul etdiyi əmrlərin surətini ona vermir. Hesab edir ki, onun əməlində hər hansı pozuntu mövcud deyildir. Odur ki, məhkəmədən X30 Teatrının 18 fevral 2023, 09 fevral 2024, 06 aprel 2024, 10 may 2024, 22 may 2024, 29 may 2024-cü il tarixli 63 saylı əmrlərinin ləğv edilməsini, onun işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi və vəkil xidmətinə ödənilmiş 600 manat və 60 manat mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq qeyd etmişdir ki, işəgötürən işçilərə təzyiq göstərir. xx.xx.2024-cü il tarixində iddiaçıya töhmət vermişlər. Bir gün keçməmiş, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı barəsində təqdimat verilmişdir. Bütün bunlar işəgötürənin iddiaçıya qarşı olaraq qərəzli mövqeyindən irəli gəlir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında vəkilinin verdiyi izahatı təsdiq etdiyini bildirmiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfə sonuncu baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfin nümayəndəsi sonuncu baxış iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət göndərmişdir. Məhkəmə sonuncu baxış iclasına cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfin nümayəndəsi Nümayəndə1 iştirak etdiyi məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, İddiaçı bəzi əmrlərə münasibətdə iddia müddətini ötürmüşdür. May ayında verilən əmrlərdən başqa qalan əmrlərə qol çəkib və xəbəri olmuşdur. O, 1 aylıq müddəti ötürmüşdür. Bütün əmrlər elan lövhəsinə vurulur. Müddətin üzrlü səbəbdən keçməsi ilə bağlı sübut varsa, təqdim etsinlər. Konstitusiya Məhkəməsinin qərarına əsaslanaraq müddəti keçmiş əmrlərin mübahisələndiriməsinə etiraz edir. Əmrdə qeyd olunan 18 fevral 2023-cü il tarixli əmr yalnışlıq la qeyd olunmuşdur. Əmrin tarixi 18 dekabr 2023-cü il tarixidir. Onlar artıq mübahisələndirilə bilməz. İddiaçı tərəf Müfəttişliyə şikayət vermişdir. Müfəttişlik qarşı tərəfin işdən çıxarılmasında qanun pozuntusu aşkar etməmişdir. Eyni zamanda prokororluğa şikayət etmiş, lakin onun şikayəti rədd edilmişdir. Mübahisələrdən biri də qarşı tərəfin mükafat əvəzinə təqaüd yazması olmuşdur. Təqaüdlə mükafat tamam fərqli anlayışlardır. Bu məsələ ilə bağlı həmkarlar iclası olmuşdur. Həmin iclasda Prezident Adminstrasiyasına icazə verilmədiyi halda iddiaçı tərəfindən teleqram vurulduğu müzakirə olunmuşdur. Halbuki direktordan icazə almadan özbaşına iş yerini tərk edərək əlavə teleqram göndərmişdir. İddiaçı Prezident Adminstrasiyasına teatr adından özü şəxsən teleqram vura bilməz. Beləliklə, o subordinasiya qaydalarına əməl etməmişdir. Həmin iclasın nəticəsində iddiaçıya cəza verdilər. Həmkarların iclasının bununla bağlı yekun protokolu vardır. Həmin iclasının video görüntüsü də mövcuddur. Bundan əlavə iddiaçı vəzifəsi üzrə tamaşa protokollarını tam hazır etməmişdir. Belə ki, hər tamaşanın protokolu yazılmalıdır. İddiaçı işdən çıxarılarkən protokollar təhvil verilməmişdir. İddiaçının qeyd kitabçasında da 4 tamaşa protokolunu tapmışlar. Digərləri yoxdur, ümumiyyətlə yazılmamışdır. Həmkarlar iclası yekunlaşdıqdan sonra özünə məxsus sosial şəbəkədə “direktorun qoçularından” adlı yazı paylaşmış, adını kaktus məcəlləsindən hissə qoymuşdur. Bu atmacadır. O yazıb ki, bugünkü iclas fiyaskodur. Yazdıqlarını əsəs kimi göstərmişdir. Elçin hamıya qarşı kobud və hörmətsizlik etmiş və əmək funksiyalarını ciddi şəkildə pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin nümayəndəsi X22 iştirak etdiyi məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, Elçini yaxşı işçi hesab edib yüksəltmişdir. Tamaşa protokolları elə bir hüquqi əsas daşımır ki, tamaşa istehsalata getsin və ya getməsin. Protokolların hazırlanmasına ədəbi hissə müdiri nəzarət edir. 20-ə yaxın protokol olmalı idi. Tamaşa təkrar hazırlanırsa, dərhal protokol hazır olmalıdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 əvvəlki məhkəmə iclasları zamanı verdiyi izahatlarında göstərmişdir ki, qarşı tərəf tərəfindən əmrlər onlara verilməyib. Bu barədə onlarda sənəd var. Qarşı tərəf iddia edir ki, onun tərəfi tapşırıqları yerinə yetirməyib. Lakin hansı tapşırıqlar olduğu bilinmir. Bu barədə onlarda sənəd yoxdur. Artistlərə verilən mükafat olduğuna görə və onun tərəfi səhvən təqaüd yazdığına görə iddiaçıya töhmət vermişlər. Onun tərəfi bir əmələ görə iki dəfə tənbeh edilib. Onun tərəfi orada işçi olaraq işə götürəndən asılı münasibətlərdə idi. İşəgötürən sənədlərə qol çəkdirib həmin sənədləri qərəzli olaraq hələ də özündə saxlayır. Onun tərəfinə isə həmin sənədlər verilməmişdir. Şikayət vermə müddətin ötməsinə səbəbkar qarşı tərəf olmuşdur. İşəgötürən həmkarlar iclasında iştirak etməməli idi. Burada 6 mart 2023-cü il tarixli əmrin imzası yoxdur. 24 oktyabr 2023-cü il tarixli əmr təsdiq edilməmişdir və kserekopiyadır. 18 fevral 2023-cü il tarixli əmr, ümumiyyətlə, yoxdur. 18 dekabr tarixli əmr vardır. Orada 18 fevral yazıldığına görə o da iddia ərizəsində belə yazmışdır. Tərəfin işdən çıxarılmasına 18 fevral 2023-cü il tarixli əmr əsas kimi göstərilmişdir. Qarşı tərəf ya səhvini düzəltsin, ya da 18 fevral tarixli 2023-cü il əmri verilməli idi. Bu əmrlər həqiqəti əks etdirmir. Çünki konkret hansı tapışırıqları yerinə yetirmədiyi əks olunmamışdır. Bu barədə heç bir sənəd verilməmişdir. İddiaçı 13 fevral 2023-cü ildə yardımçı heyət üzrə işə qəbul olunub. 6 mart 2023-cü ildə ədəbi hissəyə müdir vəzifəsinə qəbul olunub. 29 may 2024-cü ildə əmək müqaviləsinə xitam verilir. Xitama 4 ədəd əmr əsas götürülür. Onun tərəfinin hansı əmək funksiyasını pozduğu göstərilmir. Ona bir əmələ görə iki dəfə cəza verilib. Rəhbərliklə münasibətləri pozmaq istəmədiyindən əvvəki əmrləri mübahisələndirməmişdir. Aktlar saxta olmaqla 3 nəfərlə akt tərtib etmişlər. İzahatlarla müəyyən olundu ki, daxil baxış olmazsa, tamaşa ola bilməz. Necə bunun protokolu yoxdur ki, ona maaş verilmişdir. Ya protokol yazılmış, ya da rəhbərlik işi düz qurmamışdır. Qeyd kitabçasının olmasının zəruriliyinə dair qanunvericilikdə heç bir şey yoxdur. 18 protokolun olmamasına dair heç bir sənəd yoxdur. Sadəcə bir aktda göstərilib. 09 dekabr 2023-cü il tarixli vəzifə təlimatı vardır ki, orada bədii şuranın olduğu vurğulanmışdır. Qarşı tərəf isə bildirir ki, bədii şura yoxdur. Olmayan şuranın hansı protokolu tələb edilə bilər. Qarşı tərəfin söylədiyi 4 protokoldan başqa protokollar da vardır. Protokolların olub-olmamasından asılı olmayaraq teatrın iş fəaliyyəti pozulmayıb. Protokolların tərtib edilməsi ilə bağlı işəgötürən vaxtında tədbir görməli idi. Həmkarlar təşkilatı işçinin mənafeyini qoruyan orqandır. Həmin orqanın sədri işçiyə şiddətli töhmət verilməsi ilə bağlı qol çəkir. Həmkarların həmin iclasında töhmətə səbəb teleqramın səhv vurulması göstərilir. Onun tərəfi deyir ki, bu texniki səhv idi. Protokolda qeyd edilib ki, səhvini dərhal düzəltməyə cəhd etdiyini bildirdi. Yəni səhvini boynuna aldı. Həmkarların digər digər iclasında isə facebook-dakı yazılara görə müzakirə olur. Həm teleqram məsələsi, həm də fərz edək ki, facebook-dakı məsələ, bunlar ƏM-nin 70-ci maddənin “ç” bəndindəki əsasları yaratmır. 29 mayda isə işəgötürən işdən çıxarma barədə əmri verir. Teatrda ağsaqqallar və ağbirçəklər adlı ayrıca ictimai birlik varsa, siyahısını versinlər. Neçə nəfərin iştirakı olduğu bilinməyən səsvermə ilə Elçinə şiddətli töhmət verilir. Buradan həmkarların yox, rəyasət heyətinin iclası olduğu məlum olmur. Həmkarlardırsa, bütün üzvlər iştirak etməlidir. Həmkarlar iclasında 9 yoxsa 11 nəfər iştirak edir, müəyyən olunmur. İclas keçirilməsi üçün yetərsay olmalıdır. Deyirlər ki, həmkarların 120 nəfər üzvü var. Yetərsay üçün 80 nəfər olmalı idi. Yetərsay olmadan belə iclas keçirilə bilməz idi. Heç bəlkə də gündəlik müzakirə belə edilməyib. Bu iclas qanunvericiliyə ziddir. Şura üzvü sözü yazılmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasları zamanı verdiyi izahatlarında göstərmişdir ki, aydınlıq gətirmək istəyir. O dramteatrda işləyirdi. Bundan başqa yazıçılar birliyinin üzvüdür. Həmçinin gənclər şurasının sədridir. Uğurlu işinə görə o direktor müavini vəzifəsinə gətirilib. O əsərindən bir parça paylaşmışdır. Onlar isə bunu öz üzərlərinə götürmüşlər. Qərəzli şəkildə onu vəzifəsindən azad ediblər. Bütün tamaşalarda protokol yazılıb. Tapşırıq üzrə işini görür. Bütün tamaşaların protokolu vardır. Protokollar olmasa tamaşalar istismara buraxılmır. Özünəməxsus Facebook sosial şəbəkəsində paylaşdığı yazı “İnsan girovu” əsərindən hissədir. Utopik əsərdir. Necə istinad olur ki, bu sözlər İntiqam Soltanadır? O, onun rəsmi və şəxsi facebook hesabıdır. Əsərindən paylaşım edir. Əgər o, iş görə bilmirdisə, onu nəyə görə yüksəldiblər? İşlədiyi dövrdə rəsmi səhifədə paylaşımlar etmiş və reklamları etmişdir. Bununla da mətbuat katibi vəzifəsini yerinə yetirmişdir. Qarşı tərəf onun cəmi 4 protokol yazdığını və qalanları yazmadığını bildirmişdir. Lakin bu gün tam aydın oldu ki, o başqa protokollar da yazıb. Əks halda tamaşa istimara verilə bilməzdi. O səhfinin düzəltməsi ilə əlaqədar poçta teleqram vurmaq üçün gedəndə icazə almışdı. İş üzrə şahid qismində dindirilmiş X29 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı ilə araları çox yaxşı olub. 2 il işləmişdir. Ədəbi hissə müdiri aparıcı şəxsdir və 3-4 əsəri səhnədə qoyulub. Vəzifəsi isə yüksəlib. Keçirilən iclas iddiaçının vurduğu teleqrama görə idi. O, mükafatla təqaüdü səhv yazılmışdır. Axrıncı iclasda Elçin dedi ki, direktor ondan üzr istəyəcək. İclasın mövzusu teleqramla bağlı idi. Hamısında kamera çəkilişi olub. Birinci iclasda çəkiliş olmayıb. Elçin ədəbi hissə müdiri kimi əmək funksiyasını yerinə yetirməmişdir. İş üzrə şahid qismində dindirilmiş X25 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Elçinin bütün teatrla intriqası var. Prezident mükafatını təqaüdlə əvəz etmişdir. Həmin səhv texniki yazı xətası olmamışdır, o, bilərək elə yazmışdır. Onun işdən çıxarılmasına səbəb bədii hissə müdiri vəzifəsinin nə demək olduğunu bilməməsidir. Elçin onunla münaqişə yaratmaq istəyirdi. O tamaşa protokollarını tərtib etməmişdir. Kollektiv onunla işləmək istəmir. Elçin isə qayıtsa, hamı ərizəsini yazıb işdən çıxacaqdır. Elçin Məhərəmlinin işdən çıxarılması tam qanunidir. Onlar Elçinin teatrda işləməsini istəmirlər. Elçin özünə sosial şəbəkədə özünə məxsus səhifədə onların qoçu olduğunu yazmış və onları təhqir etmişdie. Elçin teatra qayıtsa bütün kollektiv Prezident Adminstrasiyasına müraciət edəcəkdir. İş üzrə şahid qismində dindirilmiş X23 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, ilk dəfə X27 və İbrahim müəllimin yanında görmüşdür. Sonradan ədəbi hissə müdiri təyin edildi. İşçi olaraq Elçin qane eləmirdi. O, 15 ildir ki, teatrda işləyir. İbrahimi çıxarıb Elçini vəzifəsi üzrə yüksəltmişdirlər. Lakin o, 4 tamaşanın protokolunu alayarımçıq yazmışdır. Bədii şura onlarda yoxdur. Produser teatrıdır. Sadəcə 2 teatr Azərbaycanda belədir. Daxili baxış zamanı protokol tərtib olunur. Ədəbi hissə müdiri bunu etməlidir. Daxili baxış zamanı 120 nəfərin hamısının fikri soruşulur və sonra tamaşa istismara buraxılır. Daxili baxışdan 1 gün sonrayadək protokol bağlanmalıdır. Premyera protokolsuz da olur. Sadəcə bir adam bunları qeyd edir. Daxili baxış barədə məlumat kitabçası onda, Elçində və başqa bir neçə işçidə də olmalı idi. Onun möhürlü kitabçası var. Lakin Elçinin belə bir kitabı yoxdur. Onun, yəni Elçinin protokol üçün kitabçası olmalı idi. Elçin gedəndən sonra baxıb protokolların əksik olduğunu müəyyən etmişdilər. Elçin Həmkarların iclasına gəlməyib. O, cənab Prezidentin sərəncamını təhrif etmişdir. Novruz bayramı ilə bağlı tamaşa seansları gedirdi. Elçin bunları teatra məxsus səhifədə yazmırdı və reklam etmirdi. Belə ki, reklam olmayanda tamaşaçı gəlmir. Belə hallar teatra zərər vurur. Novruz bayramına aid ayrıca tamaşalar var idi. “Facebook” səhifəsində Elçinin tamaşalarla bağlı heç bir paylaşımı yoxdur. Elçin ümumi olaraq işlərini tam yerinə yetirməmiş və əmək funksiyalarını pozmuşdur. Onun Elçinlə heç bir ədavəti yoxdur. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən olan M.Davudova adına X30 Teatrı işçi İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam vermişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 63 №-li Əmrin surətindən görünür ki, X30 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 29 may 2024-cü il tarixdən ləğv edilmişdir. X30 Teatrının baş mühasibi Vəfadar Rəhimova İddiaçı ilə son haqq-hesab etməsi tapşırılmışdır. Əmrə əsas kimi: xx.xx.2023-cü il tarixli əmr, xx.xx.2024cü il tarixli əmr, xx.xx.2024-cü il tarixli əmr, xx.xx.2024-cü il tarixli əmr, xx.xx.2024-cü il tarixli əmr, X10 xx.xx.2024-cü il tarixli təqdimatı, X11 xx.xx.2024-cü il tarixli məlumatı, Həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixli iclasının 07 №li protokolu və Həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixli iclasının 08 №li protokolu göstərilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 63№li əmrin surətindən görünür ki, M.Davudova adına X30 Teatrı bölməsində ədəbi hissə müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70. “ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda vəzifələrini kobudşəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 38 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Digər eyni məzmun və formada olan əmrdə isə 37 məzuniyyət günün olduğu qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən M.Davudova adına X30 Teatrının direktoru X22 ilə işçi İddiaçı arasında əmək müqaviləsi bağlanmış və İddiaçı yardımçı heyət artisti vəzifəsinə götürülmüşdür. Bu əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmış və işçi xx.xx.2023-cü il tarixindən işə başlayır. İşdə olan X30 Teatrının direktoru X8 İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, onu xx.xx.2023-cü il tarixindən etibarən X30 Teatrına 3 aylıq sınaq müddəti ilə yardımçı – heyət artisti vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı M.Davudova adına X30 Teatrında yardımçı heyət artisti vəzifəsinə qəbul edilmişdir. İşə başlama tarixi xx.xx.2023-cü ildir. Əmək müqaviləsi müddətsizdir. Aylıq əmək haqqının məbləği 389 manatdır. İşdə olan X30 Teatrının 13 fevral 2023-cü il tarixli işə qəbul barəsində 20 №li əmrdən görünür ki, X3 xx.xx.2023-cü il tarixindən etibarən Azərbaycan Respublikası 51-ci maddəsinə əsasən ilk 3 (üç) ayı sınaq müddəti təyin olunmaqla, X30 Teatrına yardımçı heyət artisti vəzifəsinə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəli əsasında ödənilməsi əmr edilmişdir. 389 manat İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 123 №li əmrin surətindən görünür ki, verilən tapşırıqların öhdəsindən gələ bilmədiyi üçün direktor müavini vəzifəsinin icrası xx.xx.2023-cü il tarixindən etibarən İddiaçı geri alınsın. İşdə olan Mingəçevir 1 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞM/MT031/2024-00387 nömrəli arayışdan görünür ki, hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən proses davam etdirilə bilməmişdir. İşdə olan Azərbaycan Yazıçılar Birliyinin 0888 №li üzvlük vəsiqəsinin surətindən görünür ki, İddiaçı Elçin Məhərrəm ədəbi təxəllüsü ilə 03 aprel 2023-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinə qəbul edilmişdir. İşdə olan ******* nömrəli İddiaçı məxsus olan əmək kitabçasının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən ilk 3 (üç) ay sınaq müddəti təyin olunmaqla, X30 Teatrına yardımçı heyət artisti vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən (başqa işə keçirmə) ədəbi dram hissəsinin rəhbəri vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakalavr diplomun surətindən görünür ki, İddiaçı Dövlət Attestasiya Komissiyasının 30 iyun 2018-ci il tarixli qərarı ilə iqtisadiyyat ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 129 №-li əmək intizamının pozulması haqqında Əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək və İcra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydalarını rəhbər tutaraq həmin 186-cı maddəsinə əsasən İddiaçı yazılı xəbərdarlıq elan edilmişdir. İşdə olan X30 Teatrının direktoru cənab X12 teatrın ədəbi hissə müdiri və mətbuat katibi İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, xx.xx.2023-cü il tarixində şəxsi whatsapp və facebook sosial şəbəkəsində etdiyi sonuncu tənqidi paylaşımının rəhbərlik və işçilərlə əlaqəsi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsini rəhbər tutaraq yazdığı status hal-hazırda üzərində işlədiyi “insan girovu” novellasından bir hissədir. Bir daha qeyd etmək istəyir ki, paylaşdığı şeir, hekayə, novella və s. yazıların rəhbərliklə əlaqəsi yoxdur. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş İddiaçı verilən tapşırıqları yerinə yetirməməsinə dair xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən, teatrda ədəbi dram hissəsinin rəhbəri vəzifəsində işləyən İddiaçı teatrın direktoru X7 ədəbi dram hissəsinin rəhbəri vəzifəsinə aid olan (məs. yeni əsərlərin yaradılması), həmçinin mətbuatla bağlı (teatrın gündəlik fəaliyyəti, oynanılan tamaşalar, teatrın repertuar planı və s.) verdiyi tapşırıqların heç birini yerinə yetirməmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 16 №-li əmək intizamının pozulması haqqında Əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən İddiaçı töhmət elan edilmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş İddiaçı yazılı izahat verməkdən imtina etməsinə dair xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən, teatrda ədəbi dram hissəsinin rəhbəri vəzifəsində işləyən İddiaçı teatrın direktoru X7 verdiyi tapşırıqları yerinə yetirməməsi ilə bağlı izahat yazmaqdan imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, X30 Teatrının adından yazılan və göndərilən məktub və hesabatların qrammatik və orfoqrafik qaydalarına nəzarət teatrın ədəbi dram hissəsinin rəhbəri İddiaçı həvalə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, işəgötürən M.Davudova adına X30 Teatrının direktoru X22 ilə işçi İddiaçı arasında əmək müqaviləsi bağlanmış və İddiaçı ədəbi hissə müdiri vəzifəsinə götürülmüşdür. Bu əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. İşçi xx.xx.2023-cü il tarixindən işə başlayır. İşçinin əmək funksiyası hissəsində işçi bu əmək funksiyasının icrasını öhdəsinə götürür: Teatrın repertuarının formalaşmasında iştirak edir, lazımi ədəbiyyat materiallarını yığır, mütəxəssislərlə məsləhətləşmə aparır. Bəstəkarlar İttifaqı, X26, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsi, Əqli Mülkiyyət Agentliyi ilə daima əlaqə saxlayır. Dramaturqlarla iş aparır. Yeni səhnə əsərləri yaratmaq üçün müəlliflərə mövzu və süjetlər tövsiyə edir, yaradıcı sifarişlərə baxır, onlar üzrə rəy verir. Bədii şurada yeni əsərlərin müzakirəsini təşkil edir, şuranın iclaslarını protokllaşdırır, tamaşa üçün qəbul edilmiş mətn və liberettoları redaktə edir. Yeni əsərlərin yaradılması və əldə edilməsi üçün müqavilələri hazırlayır. Müəlliflərin müqavilə vəzifələrinin yerinə yetirilməsinə nəzarət edir. Bütün reklam nəşrlərini redaktə edir və onların buraxılışını izləyir, mətbuatla əlaqə saxlayır, kollektivin yaradıcılıq həyatı haqqında olan informasiya materiallarını nəşr etdirmək üçün hazırlayır və nəşrə verir. Tamaşaçı auditoriyasının öyrənilməsi üzrə tədbirlərdə iştirak edir. Tamaşaçı konfransları, mühazirələr, çıxışlar təşkil edir. İşdə olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, xxxxxxx000301 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı M.Davudova adına X30 Teatrında ədəbi hissə müdiri vəzifəsinə qəbul edilmişdir. İşə bəşlama vaxtı xx.xx.2023-cü ildir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Aylıq əmək haqqının məbləği 518 manatdır. İşdə olan X30 Teatrında xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hazırlanmış və təhvil verilmiş tamaşaların siyahısından aşağıdakılardır: 1. “Keçəlin kələyi” – xx.xx.2023, 2. Mono tamaşalar festivalı -13 tamaşa, 3. “Dahilik divanı” -xx.xx.2023, 4. “Yaddaş, təqvim, kukla” -xx.xx.2023, 5. “Tamahkar” -xx.xx.2023, 6. “Odunçunun nağılı” – xx.xx.2023, 7. Bədii qiraət müsabiqəsi, 8. “Molla Nəsrəddin” – xx.xx.2023, 9. “Göyçək Fatma” – xx.xx.2023, “Açarını itirənlər” – xx.xx.2023, “Uzaqdakı krallıq” – xx.xx.2023, “Subaylarınızdan görəsiniz” – xx.xx.2024, “Tıq-tıq xanım” -xx.xx.2024, “Qoğal” – xx.xx.2024. İşdə olan X30 Teatrı tərəfindən qəbul edilmiş 18 mart 2023-cü il tarixli əmrin surətindən görünür ki, X30 Teatrında ictimai əsaslarla mətbuat xidməti yaradılmış və bu vəzifənin icrası teatrın ədəbi hissə rəhbəri vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 18 sentyabr 2023-cü il tarixli əmri ilə 19-30 sentyabr və 9-26 oktyabr 2023-cü il tarixlərində Azərbaycan regionlarında teatr-tamaşa müəssisələrinin qastrol səfərlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Qastrol səfərləri: 09 oktyabr Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Sən elə bir zirvəsən” 09 oktyabr saat 18:00, 16-17 oktyabr Azərbaycan Dövlət Akademik X39 Anar “Mən, sən o və telefon” “Ələddin, şahzadə Jasmin və çırağdakı Cinin macəraları 16 oktyabr 18:00 17 oktyabr saat 12:00, 19 oktyabr Azərbaycan Dövlət Gənc tamaşaçılar X38 Filippo “X35” 19 oktyabr saat 15:00. Əmrin icrasına nəzarət teatrın ədəbi dram hissəsinin rəhbəri İddiaçı tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, direktor müavini vəzifəsinin səalhiyyətləri xx.xx.2023-cü il tarixdən etibarən 3 (üç) ay müddətinə X30 Teatrında ədəbi dram hissəsinin rəhbəri vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. İddiaçı öz vəzifə funksiyasını yerinə yetirməklə yanaşı direktor müavini vəzifəsini də icra etməsi əmr edilmişdir. İşdə olan X30 Teatrının direktoru cənab X12 teatrın ədəbi dram hissəsinin rəhbəri İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, bu gündən etibarən direktor müavini səlahiyyətlərini icra etməyə etiraz etmir. İşdə olan X30 Teatrının direktoru cənab X12 teatrın ədəbi hissə müdiri və direktor müavini vəzifəsini müvəqqəti icra edən İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, direktor vəzifəsinin səlahiyyətlərini icra etməyə etiraz etmir. İşdə olan X30 Teatrının direktoru İntiqam Həsənliyə teatrın baş rejissorun truppa üzrə köməkçisi və müvəqqəti olaraq direktor müavini vəzifəsinin səlahiyyətlərini icra Könül Hacıyeva tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatın surətindən görünür ki, teatrda ədəbi hissə müdiri İddiaçı son dövrlər – Novruz bayramı ərəfəsindən bu günəcən olan müddətdə tərəfindən verilən tapşırıqları lazımınca yerinə yetirməmiş, yetirdiyi hallarda da natamam etmişdir. Bu da teatrda bəzi yaradıcı və təşkilatı işlərin gecikməsinə səbəb olmuşdur. Bu haqda ölçü götürülməsini xahiş edir. İşdə olan X30 Teatrı tərəfindən ərtib edilmiş izahat verməkdən imtina olunmasına dair xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən, teatrın ədəbi hissə rəhbəri vəzifəsində çalışan əməkdaşı İddiaçı, həqiqətən, xx.xx.2024-cü il tarixdə izahat yazmaqdan imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 38 №-li əmək intizamının pozulması haqqında Əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək və İcra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydalarını rəhbər tutaraq həmin 186-cı maddəsinə əsasən İddiaçı yazılı xəbərdarlıq elan edilmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş işçinin ona təqdim olunan əmri götürməkdən imtina etməsinə dair xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən, xx.xx.2024-cü il tarixli, 38 №li saylı əmr teatrın ədəbi dram hissənin rəhbəri İddiaçı təqdim olunsa da, işçi əmri götürməkdən imtina etmişdir və bu səbəbdən sözügedən əmr elan lövhəsinə vurulmuşdur. İşdə olan X30 Teatrının direktoru İntiqam Soltana teatrın baş rejissoru Vüsal Mehrəliyev tərəfindən verilən məlumatın surətindən görünür ki, xx.xx.2024-cü ildən teatrın ədəbi hissə müdiri Elçin Mehrəliyevə tapşırıq verməsinə baxmayaraq hələ də yerinə yetirməyib. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən tərtib edilmiş İddiaçı verilən tapşırıqları yerinə yetirməməsi barədə xx.xx.2024cü il tarixli aktdan görünür ki, həqiqətən, teatrın baş rejissoru X13 yazdığı məlumatda qeyd etdiyi kimi ədəbi dram hissəsinin rəhbəri İddiaçı ona verilən tapşırıqları vaxtında yerinə yetirməmişdir. Belə ki, baş rejissor X24 dəfələrlə ədəbi dram hissəsinin rəhbəri İddiaçı tamaşa dəftəri və tamaşa protokollarının hazırlanmasını tələb etsə də, bu tapşırıq yerinə yetirilməmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmək intizamının pozulması haqqında Əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək və İcra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydalarını rəhbər tutaraq həmin 186-cı maddəsinə əsasən İddiaçı xəbərdarlıq elan edilmişdir. İşdə olan X30 Teatrının direktoru İntiqam Həsənliyə teatrın ədəbi dram hissəsinin rəhbəri İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, 2022-2024-cü il tarixlərində teatrda oynanılan tamaşaların daxili baxışı və premyerası barədə məlumat kitabçası onda olmadığından teatrın direktor müavini və truppa müdiri vəzifələrini icra edən Könül xanımdan istəmişdir. Onun səhhətin yaranan naxoşluğa görə kitabçanı iş saatının bitməsinə 30 dəqiqə qalmış götürmüşdür. Sonra telefon vasitəsilə baş rejissora zəng vurmuşdur. O isə cavabında həftənin birinci, yəni xx.xx.2024-cü ildə məlumat verməyini bildirdi. Sözügedən tarixdə hüzr yerind olduğu üçün (üzrlü səbəbdən) məlumat verə bilməmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş işçinin ona təqdim olunan əmri götürməkdən imtina etməsinə dair xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən, xx.xx.2024-cü il tarixli əmr teatrın ədəbi dram hissəsinin rəhbəri İddiaçı təqdim olunsada, işçi əmri götürməkdən imtina etmişdir və bu səbəbdən sözügedən əmr elan lövhəsinə vurulmuşdur. İşdə olan X30 Teatrının direktoru İntiqam Soltana teatrın baş rejissorun truppa üzrə köməkçisi və müvəqqəti direktor müavini səlahiyyətlərini icra edən (ictimai əsaslarla) Könül Hacıyeva tərəfindən verilən xx.xx.2024-cü il tarixli məlumatın surətindən görünür ki, teatrın ədəbi hissə müdiri İddiaçı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamını təhrif edərək, Prezident Adminstrasiyasına təhrif olunmuş qaydada teleqram ünvanlamışdır. Belə ki, teatrın iki əməkdaşına Prezident mükafatı verildiyi halda səhvən Prezident təqaüdünün verilməsini yazmışdır. Sözügedən mətn Prezident.az saytında teatrın adından dərc olunmuşdur. Bu hal xalq artisti Ella Yaqubovanın haqlı narazılığına səbəb olmuşdur ki, bu haqda ciddi tədbir görülməsini xahiş edir. İşdə olan X20 Həmkarlar Təşkilatı iclasının xx.xx.2024-cü il tarixli, 07 №li protokolun sutətindən görünür ki, xx.xx.2024-cü il tarixində teatrın ağsaqqalları, Respublikanın Xalq və Əməkdar Artistləri və həmkarlar təşkilatının şura üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. İclasın gündəliyi – teatrın ədəbi hissə müdiri İddiaçı Azərbaaycan Respublikası Prezidentinə ünvanlandığı təşəkkür teleqramında prezidentin sərəncamının təhrif olunması ilə əlaqədar məsələ müzakirə edilir. İddiaçı “səhvini dərhal düzəltməyə cəhd etdiyini bildirdi.”-i qeyd edilmişdir. Çıxışlar və yuxarıda göstərilənəri nəzərə alaraq məsələ toplantı iştirakçılarının yekdilliklə səs verməsi nəticəsində İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan X30 Tearının Həmkarlar təşkilatının sədri tərəfindən direktora verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, 17 may 2024-cü il tarixində teatrın ağbirçək və ağsaqqallarının, Respublikanın Xalq və Əməkdar artistlərinin, eyni zamanda İddiaçı iştirakı təmin olunmaqla həmkarlar təşkilatının şura üzvlərindən ibarət toplantı keçirilmişdir. İşdə olan X30 Teatrının direktoru İntiqam Soltana teatrın baş rejissoru Vüsal Mehrəliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatın surətindən görünür ki, teatrın ədəbi hissə müdiri İddiaçı fəaliyyətindən bir mənalı şəkildə narazıdır. Tapşırıqları vaxtlı vaxtında yerinə yetirmir. Onun işə davamiyyəti haqqında məsuliyyəti üzərinə götürmür. Nəzərə çatdırır ki, ədəbi hissə müdiri teatrın baş rejissoru nun yaradıcılıq üzrə müavinidir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 61 №-li əmək intizamının pozulmasını nəzərə alaraq şiddətli töhmət verilməsi haqqında Əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş işçinin ona təqdim olunan əmri götürməkdən imtina etməsinə dair xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən, xx.xx.2024-cü il tarixli, 61 №li saylı əmr teatrın ədəbi dram hissənin rəhbəri İddiaçı təqdim olunsa da, işçi əmri götürməkdən imtina etmişdir və bu səbəbdən sözügedən əmr elan lövhəsinə vurulmuşdur. İşdə olan X30 X4 sədri Könül xanım Ahəngariyə, teatrın ədəbi hissə müdiri İddiaçı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Həmkarlar Təşkilatının xx.xx.2024-cü il tarixli 07 №li tərtib olunan protokolu əsassız sayır. X16 iclası keçirilməyib. Direktor tərəfindən toplantı çağırılıb. X21 iclası idisə, nəyə görə yazılı müraciət əsasında gündəlikdə duran məsələ sədr tərəfindən toplananların diqqətinə çatdırılmayıb? Bu haqda sədr tərərindən heç bir məlumat verilməyib? Digər keçirilən iclaslarda “gündəlikdə məsələ” sədr tərəfindən çatdırırlır, direktorun tapşırığı ilə video lentə alınırdı. Bu toplantı isə videolentə alınmadı. Bu iclasın Həmkarlar təşkilatının formatına uyğun olmayaraq keçirilməsi qeyri-leqaldır. İşdə olan X30 Teatrının direktoru X8 həmin teatrın baş rejissoru X24 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimatın surətindən görünür ki, X30 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı öz facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar Təşkilatının iclası və iclasda iştirak edən Həmkarlar Təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqir edici ifadələr işlətmişdir. Onlar barəsində qoçular, özlərini Stalinə bənzədənlər, sivil dünyanın qəbul etmədiyi Hitleri kimi özünə kumir sayanlar, demokratiya pərdəsi altında hər cür sıxma boğmadan istifadə edənlər və s. kimi sözlər yazmış və xx.xx.2024-cü il tarixdə keçirilən iclası fiyasko adlandırmışdır. Bu öz növbəsində həm teatr rəhbərliyinə, həmd də iclasda iştirak edən, ölkə ərazisində tanınmış incəsənət xadimlərinə hörmətsizlik kimi qiymətləndirilməlidir. Bu səbəbdən də İddiaçı barəsində intizam icraatının aparılmasını xahiş edir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən X30 Teatrında ədəbi dram hissənin rəhbəri vəzifəsində işləyən İddiaçı göndərilən xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə teatrda keçirilmiş iclasla bağlı öz şəxsi facebook səhifəsində paylaşım edərək, iclasın iştirakçıları barəsində qeyri-etik ifadələr işlətməyi, dəfələrlə teatr rəhbərliyi və baş rejissor tərəfindən əmək funksiyalarının qanuna müvafiq olaraq icra olunması tapşırılsa da, onun əmək funksiyalarını icra etmədiyi və əmək funksiyalarını kobud surətdə pozmağıyla bağlı məsələyə baxılması ilə əlaqədar izah verməsi xahiş olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş İddiaçı tamaşa protokollarını yazmaması barədə xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən, 2023-2024-cü illərdə, İddiaçı ədəbi dram hissəsinin rəhbəri vəzifəsi işlədiyi dövr ərzində X30 Teatrında hazırlanan tamaşaların protokollarını hazırlamamışdır və bu haqda baş rejissora və direktora məlumat verməmişdir. İşdə olan X30 teatrının ədəbi dram hissə müdiri İddiaçı X30 X4 sədri tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 08 №li məktubdan görünür ki, teatrın direktoru İntiqam Həsənlinin təşkilatlarına 23 may 2024-cü tarixində ünvanlandığı 54 №-li məktuba əsasən xx.xx.2024-cü ildə saat 16:00-a həmkarlar təşkilatının şura üzvlərindən ibarət toplantı müəyyənləşdirilmişdir. Bu toplantı da iştirak etməyi ondan xahiş etmişlər. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş İddiaçı yazılı izahat verməkdən imtina etməsinə dair xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən, teatrın ədəbi dram hissəsinin rəhbəri İddiaçı xx.xx.2024-cü il tarixdə teatrda keçirilmiş iclasla əlaqədar öz şəxsi facebook səhifəsində etdiyi paylaşımla və teatrın baş rejissoru X10 yazdığı məlumatla (təqdimat) bağlı yazılı izahat yazmaq tələb edilsə də, işçi izahat yazmaqdan boyun qaçırmışdır. İşdə olan X30 Teatrının Həmkarlar təşkilatı iclasının xx.xx.2024-cü il tarixli, 08 №li protokolun surətindən görünür ki, iştirak edirdilər: 9 nəfər. iclasın gündəliyi: X30 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı öz facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar təşkilatının iclas və iclasda iştirak edən həmkarlar təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqiredici ifadələr işlətməsi. X30 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı işdən azad olunmasının lehinə yekdilliklə səs verildi. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən olan M.Davudova adına X30 Teatrı işçi İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam vermişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 63 №-li Əmrin surətindən görünür ki, X30 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 29 may 2024-cü il tarixdən ləğv edilmişdir. X30 Teatrının baş mühasibi Vəfadar Rəhimova İddiaçı ilə son haqq-hesab etməsi tapşırılmışdır. Əmrə əsas kimi: xx.xx.2023-cü il tarixli əmr, xx.xx.2024cü il tarixli əmr, xx.xx.2024-cü il tarixli əmr, xx.xx.2024-cü il tarixli əmr, xx.xx.2024-cü il tarixli əmr, X10 xx.xx.2024-cü il tarixli təqdimatı, X11 xx.xx.2024-cü il tarixli məlumatı, Həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixli iclasının 07 №li protokolu və Həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixli iclasının 08 №li protokolu göstərilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 63№li əmrin surətindən görünür ki, M.Davudova adına X30 Teatrı bölməsində ədəbi hissə müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70. “ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda vəzifələrini kobudşəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 38 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Digər eyni məzmun və formada olan əmrdə isə 37 məzuniyyət günün olduğu qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmiş xx.xx.2024-cü il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər istiqamətində müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən tərtib edilmiş İddiaçı tamaşa protokollarını yazmaması barədə xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən, ədəbi dram hissəsinin rəhbəri İddiaçı işdən çıxarkən protokollar haqqında heç bir məlumat verməmişdir, yalnız protokol papkasına baxış keçirərkən bir neçə tamaşanın protokolunun hazırlanması müşahidə olunmuşdur. Lakin sözügedən protokolların özüdə natamam hazırlanmış və rəhbərliyə təqdim olunmamışdır. İşdə olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, hüquqi yardıma görə İddiaçı Nümayəndə2 600 manat ödəniş etmişdir. İşdə olan Azərbaycan Beynəlxalq Bankının kredit haqqında bildirişindən görünür ki, 600 manat məbləğində hüquqi yardım xidməti vəkil Nümayəndə2 vətəndaş İddiaçı Musaməddin oğlu tərəfindən ödəniş edilmişdir. İşdə olan X30 X17 tərəfindən verilmiş 02 №li arayışdan görünür ki, X30 Teatrında 120 işçi fəaliyyət göstərdiyini nəzərə alaraq 10 nəfər rəyasət heyətinə üzv seçilmişdir. İclaslarda 10 nəfər üzvdən 2/3-si iştirak etdiyi halda halda iclasın qərarı məqbul hesab olunur. Bundan əlavə bildirilir ki, İddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində X30 Teatrında keçrilmiş HT-ı iclasının yekun qərarlarından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına şikayət ərizəsi ilə müraciət etmiş, nəticədə sözügedən prosesdə heç bir qanunauyğunsuzluq aşkar olmadığı haqqında məlumat verilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı xx.xx.2023-cü il tarixdə M.Davudova adına X30 Teatrının yardımçı heyət artisti vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli bağlanmış əmək müqaviləsi ilə ədəbi hissə müdiri vəzifəsinə təyin edilmişdir. M.Davudova adına X30 Teatrının direktorunun xx.xx.2023-cü il tarixli əmri direktor müavini vəzifəsinin səalhiyyətləri xx.xx.2023-cü il tarixdən etibarən 3 (üç) ay müddətinə X30 Teatrında ədəbi dram hissəsinin rəhbəri vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli əmr ilə verilən tapşırıqların öhdəsindən gələ bilmədiyi üçün direktor müavini vəzifəsinin icrası xx.xx.2023-cü il tarixindən etibarən İddiaçı geri alınmışdır. xx.xx.2023-cü il tarixli əmr ilə İddiaçı yazılı xəbərdarlıq elan edilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı töhmət elan edilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı yazılı xəbərdarlıq elan edilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı xəbərdarlıq elan edilmişdir. X30 Teatrının direktoru X8 həmin teatrın baş rejissoru X24 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan aydın olur ki, X30 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı öz facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar Təşkilatının iclası və iclasda iştirak edən Həmkarlar Təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqir edici ifadələr işlətmişdir. Onlar barəsində qoçular, özlərini Stalinə bənzədənlər, sivil dünyanın qəbul etmədiyi Hitleri kimi özünə kumir sayanlar, demokratiya pərdəsi altında hər cür sıxma boğmadan istifadə edənlər və s. kimi sözlər yazmış və xx.xx.2024-cü il tarixdə keçirilən iclası fiyasko adlandırmışdır. Bu öz növbəsində həm teatr rəhbərliyinə, həmd də iclasda iştirak edən, ölkə ərazisində tanınmış incəsənət xadimlərinə hörmətsizlik kimi qiymətləndirilməlidir. Bu səbəbdən də İddiaçı barəsində intizam icraatının aparılmasını xahiş etmişdir. X30 Teatrının direktoru İntiqam Soltana teatrın baş rejissorun truppa üzrə köməkçisi və müvəqqəti direktor müavini səlahiyyətlərini icra edən (ictimai əsaslarla) Könül Hacıyeva tərəfindən verilən məlumatdan aydın olur ki, teatrın ədəbi hissə müdiri İddiaçı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamını təhrif edərək, Prezident Adminstrasiyasına təhrif olunmuş qaydada teleqram ünvanlamışdır. Belə ki, teatrın iki əməkdaşına Prezident mükafatı verildiyi halda səhvən Prezident təqaüdünün verilməsini yazmışdır. Sözügedən mətn Prezident.az saytında teatrın adından dərc olunmuşdur. Bu hal xalq artisti Ella Yaqubovanın haqlı narazılığına səbəb olmuşdur ki, bu haqda ciddi tədbir görülməsini xahiş etmişdir. X20 Həmkarlar Təşkilatı iclasının 07 №li protokolundan aydın olur ki, xx.xx.2024-cü il tarixində teatrın ağsaqqalları, Respublikanın Xalq və Əməkdar Artistləri və həmkarlar təşkilatının şura üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. İclasın gündəliyi – teatrın ədəbi hissə müdiri İddiaçı Azərbaaycan Respublikası Prezidentinə ünvanlandığı təşəkkür teleqramında prezidentin sərəncamının təhrif olunması ilə əlaqədar məsələ müzakirə edilir. İddiaçı “səhvini dərhal düzəltməyə cəhd etdiyini bildirdi.”-yi qeyd edilmişdir. Çıxışlar və yuxarıda göstərilənəri nəzərə alaraq məsələ toplantı iştirakçılarının yekdilliklə səs verməsi nəticəsində İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. X30 Teatrının Həmkarlar təşkilatı iclasının xx.xx.2024-cü il tarixli, 08 №li protokolundan aydın olur ki, iclasın gündəliyi: X30 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı öz facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar təşkilatının iclas və iclasda iştirak edən həmkarlar təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqiredici ifadələr işlətməsi. X30 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı işdən azad olunmasının lehinə yekdilliklə səs verildi. xx.xx.2024-cü il tarixli əmr ilə X30 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 29 may 2024-cü il tarixdən ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 63№li əmrdən aydın olur ki, M.Davudova adına X30 Teatrı bölməsində ədəbi hissə müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70. “ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda vəzifələrini kobudşəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 38 məzuniyyət gününün (lakin cavabdeh tərəf tərəfindən məhkəməyə təqdim edilmiş təsdiqlənmiş digər eyni məzmun və formada olan əmrdə isə 37 məzuniyyət günün olduğu qeyd edilmişdir) son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda vəzifələrini kobudşəkildə pozması əsası ilə xitam verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmr, əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Əmək müqaviləsinin xitam verilməsinə əsas olmuş X20 Həmkarlar Təşkilatı iclasının 07 №li protokolundan aydın olur ki, xx.xx.2024-cü il tarixində teatrın ağsaqqalları, Respublikanın Xalq və Əməkdar Artistləri və həmkarlar təşkilatının şura üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. İclasın gündəliyi – teatrın ədəbi hissə müdiri İddiaçı Azərbaaycan Respublikası Prezidentinə ünvanlandığı təşəkkür teleqramında prezidentin sərəncamının təhrif olunması ilə əlaqədar məsələ müzakirə edilir. İddiaçı “səhvini dərhal düzəltməyə cəhd etdiyini bildirdi.”-yi qeyd edilmişdir. Çıxışlar və yuxarıda göstərilənəri nəzərə alaraq məsələ toplantı iştirakçılarının yekdilliklə səs verməsi nəticəsində İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə bu iclasa münasibətdə qeyd edir ki, İddiaçı protokoldan da göründüyü kimi texniki səhv etdiyini və həmin səhvi düzəltmək üçün cəhdlər etdiyini etiraf etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı həmin texniki səhvi bilərək etməmiş və həmin səhv texniki xəta nəticəsində meydana gəlmişdir. Belə ki, iş prosesi zamanı belə texniki səhvlərin edilməsi qaçınılmazdır və həmin texniki səhvə görə işəgötürən tərəfindən işçiyə şiddətli töhmətin verilməsi, işçinin hərəkətlərinə mütənasib olmamaqla yanaşı, işəgötürənin işçiyə olan qərəzli münasibəti hesab edilməlidir. Belə olan halda qeyd olunan texniki səhvinə görə işçiyə xəbərdarlıq etməklə kifayətlənmək olardı. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X30 Teatrı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 61 №-li Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında əmr ləğv edilməlidir. X30 Teatrının Həmkarlar təşkilatı iclasının xx.xx.2024-cü il tarixli, 08 №li protokolundan aydın olur ki, iclasın gündəliyi: X30 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı öz facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar təşkilatının iclas və iclasda iştirak edən həmkarlar təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqiredici ifadələr işlətməsi olmuşdur. Lakin İddiaçı həmkarlar təşkilatı iclasında iştirak etməsinə dair rəsmi müraciət olunsa da, o, iclasda iştirak etməkdən rəsmi imtina etmişdir. Həmkarlar təşkilatı iclasının gündəliyi İddiaçı öz facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar təşkilatının iclasında iştirak edən həmkarlar təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqiredici ifadələr işlətməsi olsa da, həmkarlar təşkilatı iclasında ümumilikdə İddiaçı verilən tapşırıqları yerinə yetirməməsi, teatrın işçilərinə və böyüklərinə qarşı kobud və sərt davranması müzakirə olunmuş və nəticədə çıxışlar və yuxarıda göstərilənəri nəzərə alaraq məsələ toplantı iştirakçılarının yekdilliklə səs verməsi nəticəsində X30 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı işdən azad olunmasının lehinə yekdilliklə səs verildi. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf facebook sosial şəbəkəsində etdiyi paylaşımda konkret adlar çəkməmiş, ümumi fikirlər yazmışdır. Belə ki, onun həmin yazılarında Həmkarlar İclasını və orada iştirak edənləri nəzərdə tutmasına dair heç bir dəlil yoxdur. Bundan başqa iddiaçı tərəf həmin yazıların onun bir əsərindən (“Facebook” sosial şəbəkəsində özünə məxsusu səhifəsində - bugünki hadisə başdan-ayağa fiyasko idi. Özərlərini Stalinə bənzədənlər, sivil dünyanın qəbul etmədiyi Hitleri özünə kumir sayanlar, “demokratiya” pərdəsi altında hər cür sıxma-boğmadan istifadə edənlər, özlərini AR Konstitusiyaslndan üstün bilənlər, texniki bir səhi qərəzli mövqedən çıxış edərək qabardanlar, yzılan şəxsi statusları elanlar lövhəsində dəyərli bir ekponat kimi sərgiləyənlətlə üz-üzəyik ) olduğunu söyləmiş və həmin əsəri (Kaktuslar Məcəlləsi) də və əsərin həmin hissəsini də məhkəməyə təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin İ bəndinə əsasən Hər kəsin fikir və söz azadlığı vardır. Buradan aydın olur ki, Həmkarlar Təşkilatı İddiaçı facebook sosial şəbəkəsində etdiyi paylaşıma görə iclas keçirməsi və bu səbəbə görə onun işdən azad olunmasının lehinə yekdilliklə səs verilməsi İddiaçı Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüquqlarına ziddir. Məhkəmə qeyd edir ki, X30 Teatrının Həmkarlar təşkilatı iclasının xx.xx.2024-cü il tarixli, 08 №li protokolunda iclasın gündəliyi şəxsin facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar təşkilatının iclas və iclasda iştirak edən həmkarlar təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqiredici ifadələr işlətməsi olsa da, Həmkarlar təşkilatı iclasında İddiaçı verilən tapşırıqları yerinə yetirməməsi, teatrın işçilərinə və böyüklərinə qarşı kobud və sərt davranması müzakirə olunmuşdur. Beləliklə bütün qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, işəgötürən işçiyə qarşı qərəzli mövqe nümayiş etdirmiş və sonunda əsassız əmrlərlə İddiaçımi işdən çıxarılmışdır. Eyni zamanda işçinin işdən çıxarılmasına əsas olan əmrin əsası AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi– işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda vəzifələrini kobudşəkildə pozduqda” maddəsi təşkil edir. Belə ki, AR ƏM-nin 72-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qanunvericiliyin tələbindən də göründüyü kimi, işçinin işdən çıxarılmasına əsas olan əmrdə AR ƏM-nin 72-ci maddəsində sadalanan halların heç biri baş verməmişdir. Məhkəmə, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrinə münasibətdə qeyd edir ki, məhkəmə iclası zamanı ifadə vermiş hər 3 şahid də cavabdeh tərəfin tabeçiliyində olan işçilərdir. Bundan başqa şahid qismində dinrilmiş X25 verdiyi ifadəsində işəgötürən tərəfdən çıxış etmiş, aşkar surətdə mövqeyini bildirmişdir. Belə ki, o, məhkəmə iclası zamanı “Elçin əgər işə qayıtsa, bütün teatrın ərizə yazıb işdən çıxacağını” söyləmiş və “Elçin teatra qayıda bilməz” sözlərini ifadəsində işlətmişdir. Ona görə də məhkəmə şahid ifadələrini mötəbər sübut qismində qəbul etmir. Qeyd edilənlərər əsasən məhkəmə hesab edir ki, X30 Teatrı tərəfindən qəbul edilmiş X30 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 29 may 2024-cü il tarixdən ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 63 №-li əmr ləğv edilməlidir. Məhkəmə xx.xx.2024-cü il tarixli, 63 №-li əmrin verilməsinə əsas olmuş 10 may 2024-cü il tarixli xəbərdarlıq verilməsinə dair əmrə münasibətdə qeyd edir ki, xx.xx.2023cü il tarixdə bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyası hissəsində işçi bu əmək funksiyasının icrasını öhdəsinə götürür: Teatrın repertuarının formalaşmasında iştirak edir, lazımi ədəbiyyat materiallarını yığır, mütəxəssislərlə məsləhətləşmə aparır. Bəstəkarlar İttifaqı, X26, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsi, Əqli Mülkiyyət Agentliyi ilə daima əlaqə saxlayır. Dramaturqlarla iş aparır. Yeni səhnə əsərləri yaratmaq üçün müəlliflərə mövzu və süjetlər tövsiyə edir, yaradıcı sifarişlərə baxır, onlar üzrə rəy verir. Bədii şurada yeni əsərlərin müzakirəsini təşkil edir, şuranın iclaslarını protokllaşdırır, tamaşa üçün qəbul edilmiş mətn və liberettoları redaktə edir. Yeni əsərlərin yaradılması və əldə edilməsi üçün müqavilələri hazırlayır. Müəlliflərin müqavilə vəzifələrinin yerinə yetirilməsinə nəzarət edir. Bütün reklam nəşrlərini redaktə edir və onların buraxılışını izləyir, mətbuatla əlaqə saxlayır, kollektivin yaradıcılıq həyatı haqqında olan informasiya materiallarını nəşr etdirmək üçün hazırlayır və nəşrə verir. Tamaşaçı auditoriyasının öyrənilməsi üzrə tədbirlərdə iştirak edir. Tamaşaçı konfransları, mühazirələr, çıxışlar təşkil edir. İddiaçı tamaşa protokollarını yazmaması barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Lakin məhkəmə əmək müqaviləsində tamaşa protokollarının yazılmasının onun əmək funksiyası olmasına dair heç bir qeyd tapa bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tamaşa protokollarının yazılmaması iddiaçı tərəfindən əmək funksiyalarının yerinə yetirilməməsi kimi qəbul edilə bilməz. Buna baxmayaraq məhkəmə xəbərdarlığın intizam tənbehi hesab edilmədiyindən həmin əmrin ləğv edilməsini məqsədə müvafiq hesab etmir. Ona görə də, iddia bu hissədə rədd edilməlidir. Belə ki, AR ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmçinin məhkəmə digər əmrlərə münasibətdə qeyd edir ki, həmin əmrlərin məhkəmədə mübahisələndirmə müddəti keçmişdir. Ona görə də məhkəmə hesab edir ki, 18 dekabr 2023-cü il tarixli, 09 fevral 2024-cü il tarixli, 06 aprel 2024-cü il tarixli əmrlərin ləğv edilməsinə dair iddia rədd edilməlidir. Belə ki, AR ƏM-nin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 63№li əmrdən aydın olur ki, M.Davudova adına X30 Teatrı bölməsində ədəbi hissə müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70-ci maddəsinin “ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda vəzifələrini kobudşəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 38 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. AR ƏM-nin 186-cı maddəsinin 4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndində əsasən İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq nəticəyə gəlir ki, M.Davudova adına X30 Teatrı tərəfindən iddiaçı Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslar olmadan işdən azad edildiyindən, M.Davudova adına X30 Teatrının 22 may 2024-cü il tarixli 61 saylı əmri və 29 may 2024cü il tarixli 63 saylı əmri ləğv edilməli, iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni M.Davudova adına X30 Teatrındə ədəbi hissə müdiri vəzifəsinə bərpa olunmalıdır. Həmçinin vəkil xidmətinə ödənilmiş puldan 400 manat və ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 14:00-da keçirilməsi nəzərdə tutulmuş mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci yəni 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, M.Davudova adına X30 Teatrının 22 may 2024-cü il tarixli 61 saylı əmri və 29 may 2024-cü il tarixli 63 saylı əmri ləğv edilməli, M.Davudova adına X30 Teatrındə ədəbi hissə müdiri vəzifəsinə bərpa edilməli, 29 may 2024-cü il tarixindən başlayaraq işə bərpa edildiyi günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməli, qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 227 və 233–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh M.Davudova adına X30 Teatrının direktorunun İddiaçı şiddətli töhmət verilməsi barədə 22 may 2024-cü il tarixli 61 saylı əmri və işdən azad edilməsi barədə 29 may 2024-cü il tarixli 63 saylı əmri ləğv edilsin. İddiaçı M.Davudova adına X30 Teatrı nda ədəbi hissə müdiri vəzifəsinə bərpa edilsin. Cavabdeh M.Davudova adına X30 Teatrı tərəfindən 29 may 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Vəkil xidmətinə ödənilmiş puldan 400 (dörd yüz) manat və ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdeh M.Davudova adına X30 Teatrından tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar