Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1595/2020 27.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 № li evin 9 № li mənzilinə istifadə hüququnun itirilmiş hesab olunması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, şəhid ailəsi olduğuna görə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 № li evin 9 № li mənzili 1995-ci ildə onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Oğlu Məmmədov Rövşən Tofiq oğlu xx xxxxxx 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Mənzilin istifadəyə verilməsi barədə xx xxxxxx 1995-ci il tarixli 004860 №-li orderdə onun həyat yoldaşı X8, oğlanları X9, Cavabdeh və qızı X5 adları qeyd olunmuşdur. Hazırda oğlu Saleh və qızı Aytən onunla birlikdə yaşayırlar. Digər oğlu Rəmzi isə 2002-ci ildən Rusiyaya gedib və həmin vaxtdan da onlarla əlaqə saxlamamışdır. X6 xx xxxxxx 2007-ci ildə vəfat etmişdir. Mənzili özəlləşdirmək istəyir, lakin oğlu Rəmzinin adı orderdə olduğuna görə mənzili özəlləşdirə bilmir. Halbuki Rəmzi həmin mənzildə 2002-ci ildən yaşamır və faktiki olduğu yer də məlum deyil. Ona görə də iddianın təmin olunmasını, Cavabdeh Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 № li evin 9 № li mənzilinə istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 1996-cı ildən ərizəçi İddiaçı ilə yaxın qonşudurlar. Ərizəçinin ailə üzvlərini yaxşı tanıyır. Ərizəçi hazırda Saleh və Aytən adlı uşaqları ilə birlikdə yaşayır. Ərizəçinin oğlu Rəmzi 20 ilə yaxındır ki, həmin mənzildə yaşamır, mənzilə gəlib-getdiyini görməmişdir. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 1996-cı ildən ərizəçi İddiaçı ilə qonşudur. Ərizəçinin oğlu Rəmzi 2002-ci ildən ərizəçi ilə bir mənzildə yaşamır və həmin mənzilə gəlib-gedən görməmişdir. Eşitdiyinə görə Rəmzi həmin il işləmək üçün Bakı şəhərinə, oradan isə Rusiyaya getmişdir. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun anasıdır. Anası ilə birlikdə yaşayır. Qardaşı Rəmzi 2002-ci ildən Rusiyaya işləməyə getmişdir. Bu vaxta qədər onlarla əlaqə saxlamamışdır. Məhkəmə iddiaçını, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan 004860 №-li xx xxxxxx 1995-ci il tarixli orderdən görünür ki, Mingəçevir şəhər İHB-nin sərəncamı ilə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 №-li evin 9 №-li mənzili İddiaçı adına qeyd edilməklə mənzil şəhid ailəsi kimi onun, həyat yoldaşı X8, oğlanları X9, Cavabdeh və qızı X5 istifadəsinə verilmişdir. İşdə olan 12 №-li MİS-dən verilmiş 704 №-li xx xxxxxxx 2020-ci il tarixli 2 №-li forma arayışdan görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 №-li evin 9 №-li mənzili İddiaçı məxsusdur. Mənzildə İddiaçı, onun qızı Aytən Məmmədova və nəvəsi Yolçu qeydiyyatdadrlar. İşə əlavə olunmuş 12 saylı MİS-dən verilmiş xx xxxxxx 2020-ci il tarixli 259 №-li arayışda göstərilir ki, Cavabdeh 2002-ci ildən Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 №-li evin 9 №-li mənzilində yaşamır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 №-li evin 9 №-li mənzili dövlət fondu mənzilidir. Mənzil Mingəçevir şəhər İcra Hakimiyyətinin sərəncamı ilə xx xxxxxx 1995-ci il tarixli 004860 №-li orderlə İddiaçı qəzının adına qeyd edilməklə onun, həyat yoldaşı X8, oğlanları X9, Cavabdeh və qızı X5 istifadəsinə verilmişdir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu hissəsinə uyğun olaraq şəxsin, müəyyən etdiyindən artıq müddətdə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərinin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsi olan hüquqlarından məhrum etmir. Göründüyü kimi Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar olduqda icarədar və ya onun ailə üzvü altı ay və daha çox müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi üçün əsasdır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdehin adı mənzilin istifadəyə verilməsi barədə orderdə göstərilsə də o, 2002-ci ildən həmin mənzildə yaşamır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 №li evin, 9 №li mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. Cavabdeh Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 №li evin, 9 №li mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1595/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1595/2020
27.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver