Məhkəmə qərarları › İş №2(051)-1595/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1595/2025

09.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1595/2025 09.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X13, X9, Cavabdeh5, Cavabdeh8 Rahim oğlu, X15, Cavabdeh3, Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8 Rahim oğlu, X15, Cavabdeh3, Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4. Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8 Rahim oğlu, X15, Cavabdeh3 və Cavabdeh2 mənə məxsus ünvan 4 evin, 5 saylı saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra ərizəsinə dəqiqləşdirmə apararaq həmin ərizədə göstərdiyi Cavabdeh7 X2, Cavabdeh6 isə X5 oxunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 evin, 5 saylı mənzili mənim mülkiyyətindədir. Həmin mənzilə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin 006511 saylı Oredri vardır. Cavabdehlər onun qohumlarıdır. Həmin şəxslər uzun illərdir sözügedən mənzildə yaşamamışlar və istifadə etməmişlər. Onlar yalnız evdə qeydiyyatda olmaları səbəbindən mənzilin orderində adları yazılmışdır. Cavabdehlərin ona məxus mənzildən heç vaxt istifadə hüququ olmamışdır. Onun sözügedən şəxsləri saxlamaq vəzifəsi yoxdur. Uşaqların isə yaşayış yeri valideynlərinin yanı olduğu üçün düşünür ki, onlar da valideynləri ilə birlikdə evdən çıxarılmalıdırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, X13, X9, Cavabdeh5. Cavabdeh8 Rahim oğlu, X15, Cavabdeh3 və Cavabdeh2 onun qanunla irəli gələn hüquqlarını pozmaqdadırlar və sözügedən mənzildə heç bir istifadə hüquqları yoxdur. Cavabdehlərin özlərinin mənzilləri olması səbəbindən burada yaşamırlar. Mənzil dövlət fonduna aid olması səbəbindən və bu şəxslərin adları olub, özləri yaşamamasına görə mənzili özəlləşdirməkdə problem yaradır. Qanunvericiliyin tələbindən də göründüyü kimi mənzildən istifadə etməyən şəxslərin hüquqlarına xitam verilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, orderdə adı qeyd olunan Cavabdeh1 və Cavabdeh4 ər-arvaddır və hazırda Rusiya Federasiyasında yaşayırlar. Mehdiyev Anaxanım və Mehdibəyli Tural da onların övladlarıdır və onlar da hazırda valideynləri ilə birlikdə Rusiya Federasiyasında yaşayırlar. Həmçinin digər Cavabdeh3 hazırda Abşeron rayonunda yaşayır və uzun müddətdir ki, qeydiyyatda olduğu Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 6a, mənzil 5 ünvanda yaşamır. Bundan əlavə, Cavabdeh2 həmin mənzildə qeydiyyatda olsa da hazırda uzun müddətdir ki, ailəsi ilə birlikdə Yevlax rayonu Tanrıqulular kəndində yaşayır. Orderdə adı qeyd olunan digər cavabdehlər Manafova(Tağıyeva) Ülkər Rahil qızı, Cavabdeh8 və Manafova(Mehdiyeva) Gültəkin Məmmədəli qızı isə ünvan 1 ünvanında qeydiyyatdadırlar və hazırda ünvan 3nda yerləşən mənzildə yaşamırlar. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər İcra Hakmiyyətinin 25 dekabr 2003-cü il tarixli sərəncamı əsasında verilmiş 006511 saylı ordendən görünür ki, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 6a, 5 saylı məzildə yerləşən mənzil X7 12 nəfərdən ibarət ailə üzvü ilə birlikdə yaşamaq üçün verilmişdir. İşdə olan 5 nömrəli MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 297 saylı arayışdan görünür ki, Mehdiyeva X8 şəhəri N.Rəfibəyli küçəsi ev 6a, məzil 5 ünvanda yaşayır. İşdə olan 5 saylı MİS tərəfindən verilmiş aktan görünür ki, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 6a, mənzil 5 ünvanda yoxlama aparılmış və məlum olmuşdur ki, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 6a, mənzil 5 ünvanda qeydiyyatda olan Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 Məmədəli oğlu, X16, Cavabdeh8, X13, X9, X10, X14, X1 şəhəri N.Rəfibəyli küçəsi ev 6a, mənzil 5 ünvanda yaşamırlar. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 6a, mənzil 5 ünvanda yerləşən mənzil orderlə iddiaçının və digər ailə üzvlərinin yaşamaq üçün istifadəsinə verilmişdir. Həmin mənzil Mingəçevir şəhər İcra Hakmiyyətinin 25 dekabr 2025-ci il tarixli 443 saylı sərəncamına əsasən X6 istifadəsinə verilmişdir. Cavabdehlər iddiaçının qohumlarıdır. Mənzil iddiaçının və orderdə adları qeyd olunan şəxslərin istifadəsinə verilsə də həmin mənzildə hazırda yalnız iddiaçı X11 ailə üzvləri ilə birlikdə yaşayır və faktiki sahibliyi də hazırda iddiaçı özü həyata keçirir. İddiaçının izahatına əsasən orderdə adı qeyd olunan Cavabdeh1 və Cavabdeh4 ər-arvaddır və hazırda Rusiya Federasiyasında yaşayırlar. Mehdiyev Anaxanım və Mehdibəyli Tural da onların övladlarıdır və onlar da hazırda valideynləri ilə birlikdə Rusiya Federasiyasında yaşayırlar. Həmçinin digər Cavabdeh3 hazırda Abşeron rayonunda yaşayır və uzun müddətdir ki, qeydiyyatda olduğu Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 6a, mənzil 5 ünvanda yaşamır. Bundan əlavə, Cavabdeh2 həmin mənzildə qeydiyyatda olsa da hazırda uzun müddətdir ki, ailəsi ilə birlikdə Yevlax rayonu Tanrıqulular kəndində yaşayır. Orderdə adı qeyd olunan digər cavabdehlər Manafova(Tağıyeva) Ülkər Rahil qızı, Cavabdeh8 və Manafova(Mehdiyeva) Gültəkin Məmmədəli qızı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğulardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatdadır və hazırda ünvan 3nda yerləşən mənzildə yaşamırlar. Məhkəmə, həmçinin müəyyən etdi ki, cavabdehlərin orderdə adları qeyd olunsa da hazırda heç birinin həmin mənzildə yaşaması müəyyən edilməmişdir. Hazırda cavabdehlər yaşayış yeri üzrə ordedə qeyd olunan mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq, daimi olaraq başqa ünvanlarda yaşayırlar. İddiaçı isə həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mübahisəli mənzil iddiaçının hazırda faktiki olaraq istifadəsindədir. Belə olan halda məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət edərkən, Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş tələblərə əməl edib-etməməsi, həmçinin cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsasın aradan qalxıb-qalxmaması məsələsi müəyyən edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı cavabdehin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərkən, Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş tələblərə əməl etmişdir. Məhkəmə, həmçinin işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsaslar hazırda aradan qalxmışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdehlər 2003-cü ildə həmin mənzil iddiaçının istifadəsinə verilən zaman qeydiyyatda olsalar da hazırda ordedə adı qeyd olunan cavabdehlərin heç bir həmin mənzildə yaşamır. Sonradan cavabdehlər yeni mənzil əldə etmişlər. Bununla da cavabdehlər yaşayış sahəsinə olan ehtiyacını təmin etmiş və iddiaçıya məxsus mənzilə olan ehtiyacı aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi mümkündür. Belə ki, mübahisə predmeti olan ünvan 3nda yerləşən mənzil hazırda faktiki olaraq İddiaçı faktiki istifadəsindədir və həmin mənzilə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı faktiki mülkiyyətçi kimi yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi, hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, orderdə adı qeyd edilən cavabdehlər iddiaçının qohumlarıdır və hazırda hər biri ayrıca özünə mülkiyyət əldə etmiş, hazırda iddiaçının faktiki sahibliyində olan mənzildə deyil, özlərinə məxsus olan və əldə etdikləri digər mənzillərdə yaşayırlar. İddiaçı isə həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Göründüyü kimi cavabdehlərin iddiaçının istifadəsində olan mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacları qalmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onun istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-cü il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odənilmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında formaladırdığı hüquqi mövqeyində daha sonra müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onun yaşayış sahəsinə ehtiyacı olmadığından, cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətçi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ cavabdehlər tərəfindən pozulmaqdadır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, yuxarıda qeyd edildiyi kimi yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Eləcə də, istifadə hüququ olan şəxsin kənar şəxsləri yaşayış sahəsinə köçürmək hüququ qanunda nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və bu səbəbdən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin olunsun. Mingəçevir şəhər İcra Hakmiyyətinin 25 dekabr 2003-cü il tarixli 443 saylı sərəncamına əsasən 006511 nömrəli orderlə İddiaçı verilən ünvan 4 evin, 5 saylı ünvanında yerləşən mənzilin tərkib hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, X13, X9, Cavabdeh5, Cavabdeh8 Rahim oğlu, X15, Cavabdeh3, Cavabdeh2 istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar