Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-16/2025 18.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olann torpaq sahəsinin və fərdi yaşayış evinin naturada ayrılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən və Cavabdeh Qoşqar oğlunun istifadəsində olan 151 kv.metr yaşayış sahəsinin 30 kv.metr sahəsinin iddiaçıya verilməsi, ünvan 1 ünvanında yerləşən 0.0593 ha torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehlə iddiaçının arasında 1/2 hissədə naturada ayrılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhərinin H.Z.Tağıyev küçəsində yerləşən 25 saylı fərdi yaşayış evi və torpaq sahəsi mərhum valideynlərindən onlara miras qalmışdır. Əvvəl atası, daha sonra isə anası rəhmətə getmişlər. Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 25 saylı fərdi yaşayış evi cavabdeh qardaşı Cavabdeh Qoşqar oğlu ilə onun arasında 1/2 hissədə bölünmüş və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmışdır. Bundan sonra onlar qardaşı ilə hərə özünə mülkiyyət hüquqları üzrə məxsus olan paylarında yaşamağa başladı. Bacısı Kəmalə qardaşı Yaşara məxsus evə köçürüləndən sonra Yaşar müəyyən problemlər yaratmağa başladı. Cavabdeh bacısı Kəmaləni dəfələrlə evdən qovmağa çalışmış, onunla mübahisə etməyə başlamışdır. Belə ki, cavabdeh mülkiyyət hüququnun müdafiəsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(051)- 188/2021 saylı qətnaməsinə əsasən Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsindəki 25 nömrəli fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın onun vəsaiti hesabına sökülməsi, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan girişin təmin olunması, fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən Cavabdeh Sərkar oğlunun istifadəsinə onun tərəfindən olan maneələrin aradan qaldırılması qət edilmişdir. İ ş ə hələ Mingəçevir Şəhər Məhkəməsində baxılan zaman iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Ekspertin 19 mart 2021-ci il tarixli, 10/4244 nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki; Mingəçevir şəhəri, X3 küçəsində yerləşən 25 saylı evdə faktiki çəkilmiş hasar, həmin evin iki hissəyə bölünməsinə dair cizgidə qeyd olunanlara uyğun gəldiyi müəyyən edilir; Mingəçevir şəhəri, X3 küçəsində yerləşən 25 saylı evin tərəflər arasında 1/2 və 1/2 paylarına uyğun şəkildə iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaların 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyələrinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir; Mingəçevir şəhəri, X3 küçəsində yerləşən 25 saylı evdə çəkilmiş hasar ½ hissəyə uyğun gəlmədiyi müəyyən edilir; Mingəçevir şəhəri, X3 küçəsində yerləşən 25 saylı ev texniki pasportda və çıxarışda göstərilən sahələrə (əlavə tikililər nəzərə alınmadan) uyğun olaraq Cavabdeh Sərkar oğlu faktiki olaraq 151 kv.metr və İddiaçı 91.8 kv.metr istifadə etdiklərini nəzərə alaraq aralarında ½ paya uyğun bölünmədiyi müəyyən edilir. Göründüyü kimi, Cavabdeh Mingəçevir şəhərinin H.Z.Tağıyev küçəsində yerləşən 25 saylı fərdi yaşayış evində ondan artıq sahədən istifadə edir. Belə ki, o, fərdi yaşayış evinin 91.8 kv.metr sahəsindən, cavabdeh isə 151 kv.metr sahəsindən istifadə edir. Belə olan halda cavabdeh onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Hesab edir ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi naturada bölünməlidir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçı: İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstəmişdir ki, iddiaçının ona qarşı iddiası əsassızdır. Mübahisəli əmlak üzrə artıq paylar müəyyən edilmiş, hərkəs öz hissəsinə düşən payı almışdır. Bu barədə artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi də mövcuddur. Daha əvvəl ekspertiza təyin edilmiş və ekspertizada payların texniki cəhətdən bölünməsi mümkün olmamışdır. Hesab edir ki, iddia əsasızdır. Ona görə də rədd edilməlidir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı verdiyi izahatında göstəmişdir ki, eyni tərəflər arasında eyni predmet barəsində Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-188/2021 saylı qətnaməsi vardır. Ali Məhkəmənin qərarına əsasən qətnamə qanuni qüvvəsini almışdır. Müvafiq olaraq həmin işdə alınan rəydə naturada bölgünün mümkünsüz olduğu qeyd olunsa da hazırkı iş üzrə ilkin ekspertiza keçirilən zaman bölgünün mümkün olduğu qeyd edilir və anlaşılmazlıq yaranmışdır. İstənilən halda qarşı tərəfin iddiasının heç bir əsası yoxdur onların tələb etdiyi kimi hazırda qeyd olunan əmlakın naturada bölgüsü mümkün deyildir. Qarşı tərəfdə özü bunu öz izahatında qeyd edir. Vahid daşınmaz əmlak prinsipinə əsasən torpaq sahəsi üzərində tikililər ona bağlı olduğu halda həmin tikililər hər iki mülkiyyətçinin əmlakı sayılır. Həmin əmlaklar isə qeydə alınmayıb. Belə olan halda isə iddia təmin olunarsa artıq bu hüquqların pozulması hesab olunur. Bütün bunları nəzərə alaraq iddia tələbinin əsassız olduğunu düşünür ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Rəsulov X1 şəhəri H.Z.Tağıyev küçəsi ev 25 ünvanda qeydiyyatdadır. İşdə olan Əmlak məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, X3 küçəsi ev 25 ünvanında yerləşən mənzil Cavabdeh 1/2 hissədə və İddiaçı 1/2 hissədə paylı mülkiyyətindədir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2021-ci il tarixli 10/4244 saylı rəyindən görünür ki, Mingəçevir şəhəri X3 küçəsində yterləşən 25 saylı fərdi yaşayış evində faktiki çəkilmiş hasar, həmin evin iki hissəyə bölünməsinə dair cizgidə qeyd olunanlara uyğun gəldiyi müəyyən edilir. Mingəçevir şəhəri X3 küçəsində yterləşən 25 saylı evin tərəflər arasında ½ və ½ paylarına uyğun şəkildə iki hissəyə bölünməsi, İnşaat norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Mingəçevir şəhəri X3 küçəsində yerləşən 25 saylı evdə çəkilmiş hasar ½ hissəyə uyğun gəlmədiyi müəyyən edilir. Mingəçevir şəhəri X3 küçəsində yerləşən 25 saylı ev texniki pasportda və çıxarışlara göstərilən sahələrə (əlavə tikililər nəzərə alınmaqla) uyğun olaraq Cavabdeh faktiki 151,0 metr və İddiaçı Sərkər oğlu faktiki olaraq 91,8 m2 istifadə etdiklərinə nəzərə alaraq aralarında ½ paya uyğun bölünmədiyi müəyyən edilir. İşdə olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, reyestr nömrəsi:**********74-10301 ünvan Mingəçevir şəhəri, X3 küçəsi ev 25 ünvanda yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. İşdə olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 4 ünvanda yerləşən evin və həyətyanı torpaq sahəsinin ona məxsus olan hissəsini H.Z.Tağıyev küçəsi 25-də yaşayan X2 vəsiyyət etmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4418 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilən qaydada, Çıxarış əsasında paylı mülkiyyət hüququ ilə 1/2 hissəsi İddiaçı və 1/2 hissəsi Cavabdeh Sərkar oğlunun paylı mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən 0,0593 ha torpaq sahəsinin və ümumi sahəsi 177 kv.metr olan fərdi yaşayış evinin iddiaçı və cavabdeh arasında paylara uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Belə bölgü zamanı, rəyə əlavə edilmiş sxemdə göstərilən 1, 2, 3, 4, 5 və 6 saylı tikililər, B literli tikili, C literli tikilinin bir hissəsi və həmin tikililərin qarşısında yerləşən boş torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsinə, digər tikililərin isə yəni ki, rəyə əlavə edilmiş sxemdə göstərilən 7, 8, 9, 10 saylı tikililər, D literli tikili, C literli tikilinin bir hissəsi və həmin tikililərin qarşısında yerləşən boş torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsinə verilə bilər. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-188/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmişdir. ünvan 2 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasar cavabdeh İddiaçı vəsaiti hesabına sökülməsi, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan giriş təmin olunsun, fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən iddiaçı Cavabdeh Sərkar oğlunun istifadəsinə cavabdeh İddiaçı tərəfindən olan maneələr aradan qaldırılması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1796/2021 saylı xx.xx.2021-ci il tarixli cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(051)-188/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5325/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1796/2021 nömrəli, 29 sentyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/5057 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli texniki pasportun bütün göstəriciləri arasında uyğunsuzluq olduğunu, yəni həmin texniki pasportda olan sxemdə tədqiq olunan ev üzrə sahələri 13.68 kv.metr, 45.66 kv.metr, 19.28 kv.metr, 14.3 kv.metr, 37.62 kv.metr, 29.01 kv.metr, 10.29 kv.metr, 24.6 kv.metr və 23.37 kv.metr olan 9 ədəd tikilinin olduğu göstərildiyini, həmin tikililərin tikililərin ümumi sahəsinin 217.8 kv.metr təşkil etdiyinin müəyyən edildiyini, texniki pasportun “Yaşayış evlərinin texniki göstəriciləri” cədvəlində sözügedən evin ümumi sahəsinin 177.04 kv.metr, yaşayış sahəsinin 72.56 kv.metr, köməkçi sahəsinin isə 104.48 kv.metr göstərildiyini, lakin texniki pasportun “Mərtəbələr üzrə otaqların təsnifatı” cədvəlində isə 5 ədəd tikilinin olduğu, həmin məlumatlara əsasən aparılmış hesablamalar nəticəsində tikililərin ümumi sahəsinin 105.41 kv.metr, yaşayış sahəsinin 49.19 kv.metr (14.3+10.29+24.6) və köməkçi sahənin isə 56.22 kv.metr (18.6+37.62) təşkil etdiyinin müəyyən edildiyini, eləcə də baxış zamanı texniki pasportun sxemində göstərilən tikililərdən əlavə tikililər olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********74-10301 nömrəli Çıxarış da göstərilən 177.0 kv.metr sahəyə konkret olaraq hansı tikililərin aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də sualda göstərilən məsələ üzrə tədqiqat aparılmamışdır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi hazırda İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə paylı mülkiyyətindədir. Mübahisəli mənzilin yaşayış sahəsi üzrə paylar müəyyən olunsa da, fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasar mövcuddur və mənzilin köməkçi sahələri ümumi istifadədə qalmış və həmin sahələrə mülkiyyət hüquqları müəyyənləşdirilməmişdir. Fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-188/2021 saylı, xx.xx.2021-ci il tarixli işi üzrə təyin edilmiş 19 mart 2021-ci il tarixli 10/4244 saylı ekspert rəyinə əsasən ½ hissəyə uyğun gəlmədiyi, həmçinin Mingəçevir şəhəri X3 küçəsində yerləşən 25 saylı ev texniki pasportda və çıxarışlara göstərilən sahələrə (əlavə tikililər nəzərə alınmaqla) uyğun olaraq Cavabdeh faktiki 151,0 metr və İddiaçı Sərkər oğlu faktiki olaraq 91,8 m2 istifadə etdiklərinə nəzərə alaraq aralarında ½ paya uyğun bölünmədiyi müəyyən edilmişdir. Hazırda isə iddiaçı fərdi yaşayış evinin 91.8 kv.metr sahəsindən, Cavabdeh fərdi yaşayış evinin iddiaçıdan artıq sahəsindən yəni, 151 kv.metr sahəsindən istifadə edir. Belə olan halda iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulduğundan ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi naturada bölünməsini, Cavabdeh Qoşqar oğlunun istifadəsində olan 151 kv.metr yaşayış sahəsinin 30 kv.metr sahəsinin iddiaçıya verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə icraatı zamanı ekspertiza təyin edilmiş və xx.xx.2023-cü il tarixli 10/4418 saylı ekspert rəyinə əsasən çıxarış əsasında paylı mülkiyyət hüququ ilə 1/2 hissəsi İddiaçı və 1/2 hissəsi Cavabdeh Sərkar oğlunun paylı mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən 0,0593 ha torpaq sahəsinin və ümumi sahəsi 177 kv.metr olan fərdi yaşayış evinin iddiaçı və cavabdeh arasında paylara uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Lakin sonuncu rəy 19 mart 2021-ci il tarixli 10/4244 saylı ekpsert rəyi ilə ziddiyyətli olduğundan məhkəmə yenidən müqayisəli tədqiqat üçün təkrar ekspertiza təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 29 sentyabr 2025-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli texniki pasportun bütün göstəriciləri arasında uyğunsuzluq olduğunu, yəni həmin texniki pasportda olan sxemdə tədqiq olunan ev üzrə sahələri 13.68 kv.metr, 45.66 kv.metr, 19.28 kv.metr, 14.3 kv.metr, 37.62 kv.metr, 29.01 kv.metr, 10.29 kv.metr, 24.6 kv.metr və 23.37 kv.metr olan 9 ədəd tikilinin olduğu göstərildiyini, həmin tikililərin tikililərin ümumi sahəsinin 217.8 kv.metr təşkil etdiyinin müəyyən edildiyini, texniki pasportun “Yaşayış evlərinin texniki göstəriciləri” cədvəlində sözügedən evin ümumi sahəsinin 177.04 kv.metr, yaşayış sahəsinin 72.56 kv.metr, köməkçi sahəsinin isə 104.48 kv.metr göstərildiyini, lakin texniki pasportun “Mərtəbələr üzrə otaqların təsnifatı” cədvəlində isə 5 ədəd tikilinin olduğu, həmin məlumatlara əsasən aparılmış hesablamalar nəticəsində tikililərin ümumi sahəsinin 105.41 kv.metr, yaşayış sahəsinin 49.19 kv.metr (14.3+10.29+24.6) və köməkçi sahənin isə 56.22 kv.metr (18.6+37.62) təşkil etdiyinin müəyyən edildiyini, eləcə də baxış zamanı texniki pasportun sxemində göstərilən tikililərdən əlavə tikililər olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********74-10301 nömrəli Çıxarış da göstərilən 177.0 kv.metr sahəyə konkret olaraq hansı tikililərin aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında istifadədə olan yaşayış sahəsinin cavabdeh tərəfindən daş hasarla bölünməsi tərəflərin paylarını qeyri-bərabər edir. Həmçinin iş üzrə təyin edilmiş ilkin rəydə naturada bölünmənin mümkün olması qeyd olunsa da, ikinici rəydə xx.xx.2020-ci il tarixli texniki pasportun bütün göstəriciləri arasında uyğunsuzluq olduğunu, yəni həmin texniki pasportda olan sxemdə tədqiq olunan ev üzrə sahələrin (tikililərin) ümumi sahəsinin 217.8 kv.metr təşkil etdiyinin müəyyən edildiyini, texniki pasportun “Yaşayış evlərinin texniki göstəriciləri” cədvəlində sözügedən evin ümumi sahəsinin 177.04 kv.metr, lakin texniki pasportun “Mərtəbələr üzrə otaqların təsnifatı” cədvəlində isə 5 ədəd tikilinin olduğu, həmin məlumatlara əsasən aparılmış hesablamalar nəticəsində tikililərin ümumi sahəsinin 105.41 kv.metr, təşkil etdiyinin müəyyən edildiyini, eləcə də baxış zamanı texniki pasportun sxemində göstərilən tikililərdən əlavə tikililər olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********74-10301 nömrəli Çıxarış da göstərilən 177.0 kv.metr sahəyə konkret olaraq hansı tikililərin aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, texniki pasport və çıxarışda göstərilən sahələrdən əlavə tikililər vardır ki, həmin tikililərin kimin mülkiyyətində olmasını müəyyənləşdirmək mümkün deyildir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Məhkəmə iddianın digər hissəsi - Cavabdeh Qoşqar oğlunun istifadəsində olan 151 kv.metr yaşayış sahəsinin 30 kv.metr sahəsinin iddiaçıya verilməsi ilə bağlı qeyd edir ki, Əmlak məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, X3 küçəsi ev 25 ünvanında yerləşən mənzil Cavabdeh 1/2 hissədə və İddiaçı 1/2 hissədə paylı mülkiyyətindədir və naturada bölgü mümkün olmadığından tərəflərin daş hasarla edilmiş şərti bölgüsü nəzərə alına bilməz. Ona görə də, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–in 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 213.1.İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. .Maddə 220.1 Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 30.Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan mənzildən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Lakin iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunduğu kimi payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından, iddiaçılara düşən pay naturada ayrılmamalıdır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə naturada bölgü tələbinə dair hissəyə öz qənaətini onunla əsaslandırır ki, mənzilin bölgüsü zamanı tərəflərin hər birinin sərəncamına yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Mingəçevir şəhəri, Xətai küçəsində yerləşən 14/1 saylın evin 36 saylı mənzilin isə yalnız bir giriş-çıxış yolunun olması, ayrıayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmaması mənzilin naturada bölünməsini istisna edir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) və 50 (əlli) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin və fərdi yaşayış evinin naturada ayrılması və sair tələbinə dair iddiası təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) və 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-16/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-16/2025
18.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver