Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-160/2022 06.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 23 sentyabr 2004-cü il təvəllüdlü X15 və 20 sentyabr 2005-ci il təvəllüdlü X16 adlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri C.Əliyev küçəsi 14 saylı evin 1 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə iclası zamanı məhkəmədən işə cavabdehin iştirakı olmadan baxılmasına etirazı olmadığını, iddianı müdafiə etdiyini bildirmiş və qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, Mingəçevir şəhəri İcra Hakimiyyəti aparatı Başçısının 09 iyun 1999-cu il tarixli 130 saylı Sərəncamı əsasında Mingəçevir şəhəri C.Əliyev küçəsi 14 saylı evin, 1 saylı mənzili onun və ailə üzvlərinin istifadəsinə verilmiş və adlarına 006041 saylı order yazılmışdır. Həmin vaxtdan həmin mənzildə yaşayırlar. Onun oğlu Coşqun Rzayev 2004-cü ildə Cavabdeh ilə ailə qurmuş və birgə evlilikdən onların 23 sentyabr 2004-cü il təvəllüdlü Murtuza, 20 sentyabr 2005-ci il təvəllüdlü Mirəziz adlı uşaqları olmuşdur. Cavabdeh 01 sentyabr 2006-cı ilədək onunla həmin mənzildə yaşamış və vaxtdan mənzili tərk etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 12 fevral 2007-ci il tarixli qətnaməsi ilə X11 şəhəri C.Əliyev küçəsi 14 saylı evin, 1 saylı mənzilinə istifadə hüququ tanınmışdır. Məhkəmə qətnamə əsasında Xəyalə Rzayeva onun mənzilinə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Ancaq qeydiyyatda olmasına baxmayaraq 01 avqust 2006-cı ildən sonra nə özü nə də uşaqları bu mənzildə yaşamamışdır. Qeyd edir ki, Xəyalə Rzayeva başqası ilə ailə həyatı qurmuş və hamilədir. Bu müddət ərzində o bir gündə olsun bu mənzilə qayıtmamışdır. Ona məxsus hər hansı əmlak bu mənzildə yoxdur. Ona görə də məhkəmədən Cavabdeh 23 sentyabr 2004-cü il təvəllüdlü X15 və 20 sentyabr 2005-ci il təvəllüdlü X16 adlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri C.Əliyev küçəsi 14 saylı evin 1 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X4 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, O, İddiaçı qonşusudur. 1983-cü ildən həmin binada yaşayır. Cavabdeh həmin mənzildə yaşamır. Evli olduqları dövrdə həmin mənzildə yaşadığını görmüşdür. Nikah pozulduqdan sonra isə həmin mənzildə Cavabdeh 10 ildən çoxdur ki görməmişdir. X8 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, O, İddiaçı qonşusudur Cavabdeh həmin mənzildə yaşamır. Evli olduqları dövrdə həmin mənzildə yaşadığını görmüşdür. Nikah pozulduqdan sonra isə həmin mənzildə Cavabdeh 10 ildən çoxdur ki görməmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2-18/2007 saylı qətnaməsinin surətindən görünür ki, X13 ilə X7 arasında olan 03 yanvar 2004-cü il tarixli Mingəçevir şəhər VVADQ Şöbəsinin 5 saylı nigah qeydi pozulmuş, tərəflərin birgə nigahlarından olan 23 sentyabr 2004-cü il təvəllüdlü X15 və 20 sentyabr 2005-ci il təvəllüdlü X1 Xəyalə Allahverdi qızının himayəsində qalmışdır. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(107)36/2008 saylı qətnaməsindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 12 fevral 2007-ci il tarixli qətnaməsinin iddiaçı X3 C.Əliyev küçəsi 13 №-li evin 1 №-li mənzilində yaşayış sahəsindən istifadə hüququ verilməsi mənzilə köçürülmə və pasport qeydiyyatına alınmasına dair hissəsi saxlanılmaqla, digər hissəsi ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd olunmuşdur. İşə əlavə olunmuş Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(102)- 2071/08 saylı Qərarından görünür ki, Kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi MİÜM-ın bu iş üzrə olan 23 yanvar 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-509/2010 saylı Qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun kompensasiya ilə əvəz edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşə əlavə olunmuş Mingəçevir İcra Hakimiyyətinin 006041 №-li Orderli, 10 iyun 1999-cu il tarixli Dublikatından və Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə 3 otaqdan ibarət 36,0 kv.m yaşayış sahəsi olan C.Əliyev küçəsindəki 14 №-li evin İ mərtəbə 1 №-li mənzilində yaşamaq hüququ var. Ailənin tərkibi – 1956-cı il təvəllüdlü İddiaçı, 1957-ci il təvəllüdlü arvadı X9, 1979-cu il təvəllüdlü oğlu X10, 1980-ci il təvəllüdlü oğlu X13, 1982-ci il təvəllüdlü oğlu X5 ibarətdir. İşə əlavə olunmuş 30 sentyabr 2021-ci il tarixli Aktdan görünür ki, C.Əliyev 14 saylı evin 1 saylı mənzilində olmuşlar. Orada aşkar olundu ki, X6 02.08.2007-ci il tarixdə həmin ünvanda pasport qeydiyyatına düşməsinə baxmayaraq həmin ildən də o ünvanda yaşamayıb və yaşamağını da qonşular təsdiq etdilər. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan digər yazılı sübutları araşdırıb onlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaətinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, cavabdeh sözügedən mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, orada yaşamır və iddiaçı mənzildən istifadə ilə bağlı cavabdehin bütün hüquqlarına xitam verilməsini xahiş edir. Cavabdehin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzildən istifadə hüququnun davam etməsi mülkiyyətçisinin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna o şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mənzildən istifadə hüququnun yaranması əsasları Mülki Məcəllənin 228-ci maddəsində göstərilmiş və həmin maddənin tətbiqi ilə bağlı yaranan mübahisələrin həllinə dair Konstitusiya Məhkəməsi müvafiq qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlə mülkiyyətçi arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış, onların mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsindəki «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydalara müvafiq olaraq, mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi mülkiyyətçi ilə cavabdehlər arasında mənzildən istifadə hüququna dair notariat qaydasında təsdiqlənən razılaşma olmamışdır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyanın və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 23 sentyabr 2004-cü il təvəllüdlü X15 və 20 sentyabr 2005-ci il təvəllüdlü X16 adlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri C.Əliyev küçəsi 14 saylı evin 1 saylı mənzilinə istifadə hüququna xitam verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-160/2022
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-160/2022
06.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver