Məhkəmə qərarları › İş №2(051)-1601/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1601/2021

03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1601/2021 03.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və ərizəçi X17 və vəkili X21 oğlunun iştirakı ilə, «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X17 ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum X4 miras qalmış ünvan 2 mənzil 1-in onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. X17 məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 70 saylı evin, 42 saylı mənzili mənim mülkiyyətimdədir. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH Nq ******* nömrəli çıxarış almışam. Sözügedən mənzil mənə bağışlama müqaviləsi ilə atam tərəfindən bağışlanmışdır. Cavabdeh X14 ilə 2011-ci ildə ailə qurmuşam. Cavabdehlə birgə nikahımızdan X9 və X10 adlı iki uşağımız olmuşdur. Cavabdeh Yeganə İmamverdiyeva ilə münasibətlərimiz pozulmuş və biz məhkəmə qaydasında boşanmışıq. Cavabdehlə bir mənzildə yaşamağımız qeyri mümkündür. Bu səbəbdən də cavabdehlərin istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmalarım mütləq hesab edirəm. Mənə öz mülkiyyətimdən lazımi qaydada istifadə edə bilmirəm. Bizim nəinki bir ailə kimi hətta yad bir insan kimi birlikdə yaşamağımız qeyri mümkündür. Göstərilən mənzildə istifadə hüquqlarına xitam verilməsi üçün kompensasiya ödəməyə razıyam. Cavabdehlərin mənim mənzilimdə qeydiyyatda olmaları və mənzilimdə yaşamaları mənim mülkiyyət hüquqlarımı məhdudlaşdırır. Ona görə də mərhum əri X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin vəkili X16 da ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə ərizəçinin vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 18 iyul 2018-ci il-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra Hakimiyyətinin Başcısının Sərəncamından görünür ki, X11rdaşı X12 üzərində qəyyum təyin edilmişdir. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Nidayət Rzayev 09 iyul 2021-ci il tarixli 1132 saylı məktubundan görünür ki, “Miras açıldıqdan müəyyən edilən müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Nidayət Rzayev 09 iyul 2021-ci il tarixli 1132 saylı məktubundan görünür ki, “Miras açıldıqdan müəyyən edilən müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşə əlavə olunmuş Qeydiyyat Vəsiqəsində ngörünür ki, Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən ümumi sahəsi 33,76 kvm yaşayış sahəsi 17,26 kvm bir otaqdan ibarət olan ev 7, mənzil 1 saylı yaşayış mənzili şəxsi mülkikyyət hüququ əsasında X5 adına qeydə alınmışdır. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, ərizəçi X17 mərhum X1rdaşıdır. X13 vəfat etmiş və onun birinci növbə vərəsəsi isə bacısı X7. Ona görədə X8 ərizə tələbi təmin olunmalı və X2 miras qalmış ünvan 2 mənzil 1 miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. X8 mərhum X2 miras qalmış ünvan 2 ünvanda yerləşən 1 saylı mənzili miras əmlak kimi onun tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar