Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1604/2022 12.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın istifadə olunması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri İslamzadə Küçəsində yerləşən 5/35 saylı evin və onun yerləşdiyi həyətyanı torpaq sahəsinin onun istifadəısində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X2 bildirmişdir ki, ərizəçi mərhum əri X7 ilə 1986-cı ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra onun valideynlərinin yaşadığı Mingəçevir şəhəri İslamzadə küçəsində yerləşən 5\35 nömrəli evə gəlin köçmüş. Kv 1 mərtəbə və 2 otaqdan ibarət olmaqla yaşayış sahəsi 28.0 kv.metrdir və yerləşdiyi həyətyanı torpaq sahəsi də onların istifadəsindədir. 1987-ci ildə həmin evə qeydiyyata düşmüş və hal-hazırdada qeydiyyatda olmaqla həmin evdə yaşayır. X6 və Umarov Tural da həmin evdə qeydiyyatdadırlar. Həmin ev 1957-ei ildə ərinin atası X4 verilmişdir və ailəsi ilə birlikdə həmin evdə rəhmətə gedənə kimi yaşamışdır. Evin hansı sənədə əsasən ona verilməsi barədə heç bir məlumatı yoxdur. O, mənzilin özəlləşdrilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etdi. İdarənin 05 mart 2022-ci il tarixli imtina məktubu ilə ərizənin icrasında imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1 1- ei maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığı qeyd edilmişdir. Evin və yerləşdiyi torpaq sahəsinin özəlləşdrilməsi ilə bağlı Şəki İnzibati Məhkəməyə müraciət edərkən ona bildirildi ki, həmin evin və yerləşdiyi torpaq sahəsinin istifadədə olma faktının müəyyən edilməsi ııçün Mingəçevir şəhər məhkəməsinə müraciət etmək lazımdır. Məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, qeyd edilən ev və onun yerləşdiyi həyətyanı torpaq sahəsi 1957-ci ildən bu ailənin isti fadəsindədir. Həmin vaxtdan evdən və həyətyanı torpaq sahəsindən istifadə edirlər. Ona görə də Mingəçevir şəhəri İslamzadə Küçəsində yerləşən 5/35 saylı evin və onun yerləşdiyi həyətyanı torpaq sahəsinin onun istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması iclasında iş materiallarını nəzərdən keçirib, ərizəçini dinləyib, hal-hazırkı işin məhkəmədə baxılmalı olmaması müəyyən etmişdir. Belə ki, Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri İslamzadə Küçəsində yerləşən 5/35 saylı evin və onun yerləşdiyi həyətyanı torpaq sahəsinin onun istifadəısində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mübahisəli ev sahəsi 1957-ci ildə ətizəçinin əri X5 atasına verilmişdir. Lakin həmin evin X5 atasına məxsus olmasına təsdiq edən hər hansı mülkiyyət sənədi mövcud olmamışdır. İş materiallarını araşdırırkən məlum olur ki, ərizəçi artıq uzun müddətdir ailəsi ilə birlikdə həmin evdə yaşayır və faktiki olaraq istifadə hüququnun əldə etmişlər. Ərizəçi qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edərkən 5 saylı mənzil istismar sahəsi tərəfindən təsdiq edilmiş aktı mülkiyyəti təsdiq edən sənəd kimi məhkəməyə qədim etmişdir. Lakin qeyd olunan aktı daşınmaz əmlakın istifadə olunması faktının müəyyən edilməsi üçün əsas ola bilməz. Ərizəçi həmin evin özəlləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlkaın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsinə müraciət etmiş, lakin Daşınmaz Əmlkaın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsi 5 saylı mənzil istismar sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab etməmişdir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Odur ki, məhkəmə hesab edir ki, iş məhkəmədə baxılmalı oldmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.3-ci maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1 263,264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizəçi Mingəçevir şəhəri İslamzadə Küçəsində yerləşən 5/35 saylı evin və onun yerləşdiyi həyətyanı torpaq sahəsinin onun istifadəsində olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş məhkəmədə baxılmalı olmaması əsasları ilə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1604/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1604/2022
12.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver