Məhkəmə qərarları › İş №2(051)-1606/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1606/2021

25.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1606/2021 25.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X5 İddiaçı cavabdehlər Mingəçevir Regional Cavabdeh1 Ofisi, Cavabdeh2, X11, X14, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «mənzildə qeydiyyatda olan şəxslərin razılığı olmadan mənzilin bağışlanması öhdəliyinin qoyulmasına» dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Nizami 4b saylı ev, mənzil 2 ünvanda yerləşən əmlakının mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin razılığı olmadan bağışlanması barədə əqdin tərəfindən bağlanmasının təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir Regional Cavabdeh1 Ofisnin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri Nizami 4b saylı ev, mənzil 2 ünvanı 05 iyul 2005-ci ildən şəriksiz mülkiyyətindədir. Onlardan başqa mənzildə arvadə Cavabdeh7, qızı Dürdanə Mustafayeva, oğlu Cavabdeh6 və cavabdehlər, onların azyaşlı uşaqları yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd edir ki, mənzilini qızı Dürdanənin mülkiyyətində olan mənzillə faktiki dəyişmişlər. Belə ki, Dürdanə öz mülkiyyətində olan evini bağışlamış, o da öz mülkiyyətində olan evini qızına bağışlamaq istəyir. Ancaq cavabdehlər buna razılıq vermədiyindən müqaviləni bağlaya bilmirəm. Notariat Ofisi isə mülkiyyətiylə bağlı onun sərbəst sərəncam vermək hüququnu tanımır. Ancaq cavabdeh Notariat Ofisi bununla əlaqədar imtina verərək göstərmişdir ki, ailə üzvlərinin razılığı olmadan bunun icra edilməsi mümkünsüzdür. Hesab edir ki, notarit kontorunun imtinası qanunsuzdur. Belə ki, mübahisəli mənzil onun mülkiyyətindədir və onun mənzili əvəzsiz özgəninkiləşdirmək hüququ vardır. Bununla da o mülkiyyətində olan yaşayış evinə sərəncam vermək hüququndan məhrum edilmişdir. Ona görə də məhkəmədən Mingəçevir şəhəri Nizami 4b saylı ev, mənzil 2 ünvanda yerləşən əmlakının mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin razılığı olmadan bağışlanması barədə əqdin tərəfindən bağlanmasının təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir Regional Cavabdeh1 Ofisnin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddidaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X8 məhkəmə iclası zamanı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşə əlavə olunmuş Mingəçevir Regional Cavabdeh1 Ofisinin 23 iyul 2021-ci il tarixli 1293 №li cavab məktubundan görünür ki, İddiaçı bağışlanan mənzilə daimi qeydiyyatda olan ailə üzvlərininin razılığını aldıqdan sonra mənzili (evi) özgəninkiləşdirə bilər. Mingəçevir şəhər Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışdan görünür ki, X9, X12, X1, Cavabdeh2, İddiaçı Yadigar oğlu, Cavabdeh5, X11, Cavabdeh7 Şamil qızı, İddiaçı, X15, X6 və Mustafayev X3 şəhəri Nizami prospekti ev 4-b , mənzil 2 ünvanında qeydiyyatdadırlar. İşə əlavə olunmuş Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 02497 №-li Qeydiyyat Vəsiqəsindən görünür ki, Mingəçevir şəhərində Nizami küçəsində ev 4 b mənzil 2 iki otaqlı yaşayış evi İddiaçı adına 05 iyul 2005-ci il tarixdə qeydə alınmışdır. İşə əlavə olunmuş X11, Cavabdeh5, X15, Cavabdeh7 Şamil qızı və Mustafayeva Yadigar oğlunun notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, Qeydiyyatda olduqları İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin X4 bağışlanmasına etiraz etmirlər. Azərbaycan Respublikası MPM-ın 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Beləliklə məhkəmə baxışında müəyyən edildi ki, Mingəçevir şəhəri Nizami küçəsi ev 4b, mənzil 2 ünvanında yerləşən əmlak xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. O öz xüsusi mülkiyyətində olan həmin mənzili bağışlamaq istəyir. Lakin həmin mənzildə qeydiyyatda olan bəzi şəxslər isə mənzilin bağışlanmasına notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi verməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Mülkiyyətçi öz mülkiyyətində olan əmlakla bağlı azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öz əmlakı üzərində müstəqil surətdə sərəncam verməsi və özünə məxsus əmlakı bağışlaması qanunvericiliklə qadağan edilmir və heç bir şəkildə məhdudlaşdırılmır. Belə olan halda məhkəmə hesab edir ki, “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimatla heç bir şəkildə mülkiyyətçiyə sağlığında öz əmlakına dair sərəncam verməsinə (bağışlanmasına, özgəninkiləşdirməsinə və s.) məhdudiyyət qoyula bilməz. Həmin qaydalar Mülki Məcəllənin tələblərinə zidd ola bilməz. Zidd olduğu halda Mülki Məcəllə qanunvericilik sistemində “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimata nisbətən üstün hüquqi qüvvəyə malik olduğu üçün hal-hazırki münasibət Mülki Məcəlləyə uyğun tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-ın 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mənzildə qeydiyyatda olan şəxslərin razılığı olmadan mənzilin bağışlanması ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 1 4 8 - c i m a d d ə s i n i n İ b ə n d i n ə ə s a s ə n Azərbaycan Respublikasının qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 324.10-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və Mingəçevir şəhəri Nizami küçəsi ev 4b, mənzil 2 ünvanında yerləşən əmlakının mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin razılığı olmadan bağışlanması barədə əqdin İddiaçı tərəfindən bağlanmasının təmin edilməsi öhdəliyi Cavabdeh1 Ofisinin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-ın 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhəri Nizami küçəsi ev 4b, mənzil 2 ünvanında yerləşən əmlakının mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin razılığı olmadan bağışlanması barədə əqdin İddiaçı tərəfindən bağlanmasının təmin edilməsi öhdəliyi Cavabdeh1 Ofisinin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar