Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1611/2021 31.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum əri X4 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X13 onun həyat yoldaşıdır. Abdi Allahverdiyevlə 18 iyun 1993-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 04.06.1994-ci il təvəllüdlü X14. 01.01.1998-ci il təvəllüdlü X11 və 09.08.2002-ci il təvəllüdlü X6 adlı üç övladı olmuşdur. X13 10 iyul 2018-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Onun ölümündən bir neçə il əvvəl fərdi yaşayış evinin tikintisi üçün ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsi almışlar. Torpaq sahəsi 26.12.2019-cu il tarixdə X7 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmış və bu barədə Çıxarış verilmişdir. X1 miras qalmış əmlakın adına rəsmiləşdrilməsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Mingəçevir şəhəri “Asan Xidmət ” Mərkəzində Notariat Ofisinə müraciət etdi. 31 may 2021-ci il tarixdə ona imtina məktubu verildi. Həmin imtina məktubuna əsasən mirasın qəbulu faktının təsdiq olunması üçün aidiyyatı üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Əri öləndən sonra üzürlü səbəblərdən miras əmlakın qəbulu ilə bağlı ərizə ilə notariat kontoruna müraciət edə bilməmişdir. Qeyd edir ki, onun sağlığında torpaq sahəsi hər ikisinin sahibliyində və istifadəsində olmuş, ölümündən sonra isə həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmuşdur. Belə ki, hazırda həmin torpaq sahəsini özü əkib- becərir və idarə edir. Ona görə də mərhum əri X4 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş ölüm haqqında X24 Xidmət Mərkəzinin 13 iyul 2018-ci il tarixli arayışından görünür ki, X15 10 iyul 2018-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 2 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X8 adına qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Elxan Hüseynov 31 may 2021-ci il tarixli 925 saylı məktubundan görünür ki, “Miras açıldıqdan müəyyən edilən müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mülki işə əlavə olunmuş X9 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, atası X15 10.07.2018-ci ildə vəfat etmişdir. Ondan miras əmlak qalmışdır. Həmin mirası qəbul etməmiş və etməyəcəkdir. Miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Digər varisələrə bütövlüdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnmə verilməsinə razıdır. Mülki işə əlavə olunmuş X2 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, atası X15 10.07.2018-ci ildə vəfat etmişdir. Ondan miras əmlak qalmışdır. Həmin mirası qəbul etməmiş və etməyəcəkdir. Miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Digər varisələrə bütövlüdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnmə verilməsinə razıdır. Mülki işə əlavə olunmuş X5 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, atası X15 10.07.2018-ci ildə vəfat etmişdir. Ondan miras əmlak qalmışdır. Həmin mirası qəbul etməmiş və etməyəcəkdir. Miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Digər varisələrə bütövlüdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnmə verilməsinə razıdır. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum X8 həyat yoldaşıdır. X15 vəfat etmiş və onun birinci növbə vərəsələri isə övladları X16, X10, X12 və həyat yoldaşı Ərizəçidır. Ona görədə Ərizəçi ərizə tələbi təmin olunmalı və X4 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum əri X4 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1611/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1611/2021
31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver