Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1615/2021 30.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili- Konsensus Vəkil Bürosunun vəkili X5 Cavabdeh: Cavabdeh2 Maraqlı şəxs: X1 iştirakı ilə İddiaçı cavabdehlər Mingəçevir Regional Cavabdeh1 Ofisinə və Cavabdeh2 və maraqlı şəxs X3 qarşı «Bağışlanma müqaviləsinin bağlanması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin, 19 saylı mənzilində qeydiyyatda olan Cavabdeh2 razılığı alınmadan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional Cavabdeh1 Ofisi tərəfindən, mülkiyyətində olan Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin, 19 saylı mənzilinin qızı X3 bağışlama müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X11 verdiyi izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs xx.xx.1958-ci ildə Qəbələ rayonu Beyli kəndində doğulmuşdur. Uzun müddətdir ki, Mingəçevir şəhərində yaşayır. Ali təhsillidir. 30 ildən artıq müəllim işləmişdir. Dörd uşaq anasıdır. Uşaqlarının hamısı ali təhsillidir. Hamısı da işləyir. X2 11 dekabr 1997-ci ildə vəfat etmişdir. Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin, 19 saylı mənzili tam mülkiyyət hüququ əsasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* №-li Çıxarışla 17.10.2009-cu il tarixdən adına qeydə alınmışdır. Hazırda mülkiyyətində olan mənzili qızı X3 bağışlamaq istəyir. Digər uşaqları ayrı yaşayırlar, qızı Aytəkin Hacıyeva isə onunla qalır və ona qulluq edir. Oğlu Cavabdeh2 bir övlad kimi razı deyil, onu çox incitmişdir. Baxmayaraq ki, o bir ana olaraq onun diqqətini görmür, hər bir halda o da onun övladıdır. Mülkiyyətində olan mənzilin qızı Aytəkinə bağışlanmasına razılıq vermir. Mingəçevir Regional Cavabdeh1 Ofisində qızı X6 ilə birlikdə olmuş, ona bildirmişlər ki, mənzilində qeydiyyatda olan yekinlik yaşına çatmış ailə üzvlərinin razılığı alındıqdan sonra notariat əməliyyatını aparmağa ixtiyarları vardır. xx.xx.1982-ci il təvəllüdlü oğlu Cavabdeh2 razılıq ərizəsi tələb olunur. Mingəçevir Regional Cavabdeh1 Ofisindən ona Mingəçevir şəhər Məhkəməsinə müraciət etmək tövsiyyə olundu. Ona görə də məhkəmədən Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin, 19 saylı mənzilində qeydiyyatda olan Cavabdeh2 razılığı alınmadan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional Cavabdeh1 Ofisi tərəfindən, mülkiyyətində olan Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin, 19 saylı mənzilinin qızı X3 bağışlama müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddia ərizəsinə etiraz edir. O keçmişdə Rusiya Federasiyasına işləmək məqsədilə getmişdir. Ona görə də evi tərk etmişdir. Xahiş edir ki, evdən ona da pay düşsün. Onun ailəsi var uşağı vardır. Ayətkinin isə ailəsi yoxdur. Məhkəmədən qətnamə çıxararkən izahatında göstərdiyi halları nəzərə almasını xahiş edir. Maraqlı şəxs X6 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, bacısı Hacıyeva Ülviyyə vəfat etmişdir. Onun vəfatından sonra Zəhra və Yıldırım adlı uşaqları onun himayəsində yaşayır. Məhkəmədən qətnamə çıxararkən himayəsində iki az yaşlı uşağın olmasını nəzərə almasını xahiş edir. Cavabdeh Mingəçevir Regional Cavabdeh1 Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Notariat Kontoru öz nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdeh Mingəçevir Regional Cavabdeh1 Ofisinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşə əlavə olunmuş DƏDRX-nın MH seriyalı № ******* saylı Çıxarışın sürətindən görünür ki, Mingəçevir şəhəri R.Rza küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 83.13 kv.m ümumi, 60.46 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 19 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 158 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional Cavabdeh1 Ofisinin 17 iyul 2021-ci il tarixli 1271 №-li cavab məktubundan görünür ki, İddiaçı bağışlanan mənzilə daimi qeydiyyatda olan ailə üzvlərinin razılığını aldıqdan sonra mənzili (evi) özgəninkişləşdirə bilər. Mingəçevir şəhər Məhkəməsinə müraciət etməsi tövsiyyə edilmişdir. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə İddiaçı arasında 18 avqust 1977-ci ildə nikah bağlanmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, 15.08.1978-ci il X6 ilə xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh2 adlı şəxslərin ataları X7 anaları isə İddiaçıdır. İşə əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında 426962 №-li Arayışdan görünür ki, X6, X9, X10 və Hacıyev X4 şəhəri R.Rza prospekti ev 3 , mənzil 21 ünvanında qeydiyyatdadırlar. İşə əlavə olunmuş şəxsiyyət vəsiqələrinin (şəkilsiz) sürətindən görünür ki, 21.03.2010-cu il təvəllüdlü X10 və 30.01.2015-ci il təvəllüdlü X9 adlı uşaqların anaları Hacıyeva (Səlimova) Ülviyyədir. İşə əlavə olunmuş Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 11 iyun 2019-cu il tarixli 71 №-li “X1 bacısı uşaqları X10 və X9 üzərində qəyyum təyin edilməsinə” dair Sərəncamının sürətindən görünür ki, X6 bacısı uşaqları – 21.03.2010-cu il təvəllüdlü X10 və 30.01.2015-ci il təvəllüdlü X9 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Beləliklə məhkəmə baxışında müəyyən edildi ki, Mingəçevir şəhəri R.Rza küçəsi ev 3, mənzil 21 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. O öz mülkiyyətində olan həmin mənzili bağışlamaq istəyir. Lakin həmin mənzildə qeydiyyatda olan Cavabdeh2 mənzilin bağışlanmasına notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi verməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Mülkiyyətçi öz mülkiyyətində olan əmlakla bağlı azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öz əmlakı üzərində müstəqil surətdə sərəncam verməsi və özünə məxsus əmlakı bağışlaması qanunvericiliklə qadağan edilmir və heç bir şəkildə məhdudlaşdırılmır. Belə olan halda məhkəmə hesab edir ki, “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimatla heç bir şəkildə mülkiyyətçiyə sağlığında öz əmlakına dair sərəncam verməsinə (bağışlamasına, özgəninkiləşdirməsinə və s.) məhdudiyyət qoyula bilməz. Həmin qaydalar Mülki Məcəllənin tələblərinə zidd ola bilməz. Zidd olduğu halda Mülki Məcəllə qanunvericilik sistemində “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimata nisbətən üstün hüquqi qüvvəyə malik olduğu üçün hal-hazırki münasibət Mülki Məcəlləyə uyğun tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri qeydiyyatda olan şəxsləri razılığı olmadan əmlakın bağışlanması ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 1 4 8 - c i m a d d ə s i n i n İ b ə n d i n ə ə s a s ə n Azərbaycan Respublikasının qanunvericilik Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 324.10-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı tərəfindən öz müılkiyyətində olan Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin, 19 saylı mənzili həmin mənzildə qeydiyyatda olan Cavabdeh2 razılığı alınmadan qızı X3 bağışlanması ilə əlaqədar müqavilənin bağlanması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin Notariat Ofisinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarından görünür ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Məhkəmə qeyd olunan normaları nəzərdən keçirib bu qənaətə gəlir ki, İddiaçı tərəfindən öz müılkiyyətində olan Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin, 19 saylı mənzili həmin mənzildə qeydiyyatda olan Cavabdeh2 razılığı alınmadan qızı X3 bağışlanması ilə əlaqədar müqavilənin bağlanması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin Notariat Ofisinə həvalə olunması ilə bərabər Cavabdeh2 və digər vərəsələrin miras açılanadək iki il müddətinə Mingçevir şəhəri R.Rza küçəsi 16 saylı evin, 19 saylı mənzilə məcburi payı olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən öz müılkiyyətində olan Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin, 19 saylı mənzili həmin mənzildə qeydiyyatda olan Cavabdeh2 razılığı alınmadan qızı X3 bağışlanması ilə əlaqədar müqavilənin bağlanması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin Notariat Ofisinə həvalə olunsun. Cavabdeh2 və digər vərəsələrin miras açılanadək iki il müddətinə Mingçevir şəhəri R.Rza küçəsi 16 saylı evin, 19 saylı mənzilə məcburi payı olması izah olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1615/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1615/2021
30.08.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver