Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1628/2020 11.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi müddətdən artıq hərbi xidmətdə qulluq etmə faktının müəyyən edilməsi barədə ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək M ÜƏ Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun xx.xx.1992ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə müddətdən artıq həqiqi hərbi xidmət keçməyi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx 1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı” adı verilməsi “Müharibə Veteranı”, “Silahlı Qüvvələr Veteranı” və “Əmək Veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə Veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Göründüyü kimi qeyd olunan təlimatın tələblərinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər əsasları sadalanmış, lakin həmin əsaslarda faktın xüsusi icraat qaydasında təsdiq edilməsi göstərilməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, hazırki ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz, belə ki, ərizədə göstərilən tələb mülki deyil, inzibati xarakterli mübahisədir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə müddətdən artıq həqiqi hərbi xidmətdə iştirak etməsi faktına hüquqi əhəmiyyətli fakt qaydasında baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində hüquqi əhəmiyyətli faktlara baxılması o zaman mümkün sayılmışdır ki, ərizəçi ona lazım olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, hətta Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanması və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək X1 xəstəxanasında müalicə və müayinə olunması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bununla yanaşı məhkəmə qeyd edir ki, ərizəçi xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə müddətdən artıq həqiqi hərbi xidmət keçməsi barədəərizə ilə aidiyyəti üzrə inzibati orqana, tələbinin təmin edilməsindən imtina edildikdə isə yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazinin inzibati məhkəməsinə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Ərizəçi müddətdən artıq hərbi xidmətdə qulluq etmə faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə müddətdən artıq həqiqi hərbi xidmət keçməsi barədə ərizə ilə aidiyyəti üzrə müvafiq inzibati orqana, tələbinin təmin edilməsindən imtina edildikdə isə yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazinin inzibati məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1628/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1628/2020
11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver