Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1629/2020 28.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi: Ərizəçi «nikah akt qeydinin bərpa olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Süleymanov Akimi Möhübbət oğlu ilə onun, yəni Ərizəçi arasında xx xxxxxxxx 1989-cu ildə Azərbaycan SSR Dağlıq Qarabağ vilayətinin Martuni rayonu Qaradağlı kənd sovetliyində qeydə alınmış nikah akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, o xx xxxxxxxx 1989-cu ildə Süleymanov Akimi Möhübbət oğlu ilə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Onların nikahı Dağlıq Qarabağ vilayətinin Martuni rayonu Qaradağlı kənd sovetliyində qeydə alınmışdır. Akimi Süleymanov ilə birgə nikahdan doğulmuş övladları yetkinlik yaşına çatmışdır. Evliliyin ilk vaxtlarında A.Süleymanov ilə münasibətləri yaxşı olmuşdur. lakin sonradan münasibətləri pisləşmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-347/2020 saylı qətnaməsinə əsasən onların nikahı pozulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra, Maraqlı şəxsnə müraciət edərək nikahın pozulması haqqında şəhadətnamə almaq istəmişdir. Lakin Qeydiyyat şöbəsindən nikah akt qeydini təsdiq edən sənədlər olmadığı və tərəflərin hər ikisi iştirak etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüquqları izah olundu. Halbuki, o, Süleymanov Akimi Möhübbət oğlu ilə xx xxxxxxxx 1989-cu ildə rəsmi qaydada evlənib və bu barədə nikahları Azərbaycan SSR Dağlıq Qarabağ vilayətinin Martuni rayonu Qaradağlı kənd sovetliyində qeydə alınmışdır. Lakin, Maraqlı şəxs nikah haqqında akt qeydini bərpa etməkdən imtina etmişdir. Ona görə də, Süleymanov Akimi Möhübbət oğlu ilə onun, yəni Ərizəçi arasında xx xxxxxxxx 1989-cu ildə Azərbaycan SSR Dağlıq Qarabağ vilayətinin Martuni rayonu Qaradağlı kənd sovetliyində qeydə alınmış nikah akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə Süleymanov Akimi Möhübbət oğlunun nikahı xx.xx.1989-cu ildə Azərbaycan SSR Dağlıq Qarabağ vilayətinin Martuni rayonu Qaradağlı kənd sovetliyində 15 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan, Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçinin tələbi təmin edilsin. Ərizəçi ilə Süleymanov Akimi Möhübbət oğlu arasında xx xxxxxxxx 1989-cu ildə Azərbaycan SSR Dağlıq Qarabağ vilayətinin Martuni rayonu Qaradağlı kənd sovetliyində qeydə alınmış 15 nömrəli nikah akt qeydi bərpa edilsin. Qətnamə akt qeydində müvafiq dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1629/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1629/2020
28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver