Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1631/2021 26.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağkişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi doğum akt qeydində doğum tarixi xx xxxx 1998-ci il, doğum yeri Azərbaycan Respublikası Mingəçevir şəhəri, “ata” kimi X5, ana kimi Ərizəçi Vasiliyevna yazılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, sonradan ərizə tələbinin həcminin artırılması barədə ərizə verərək doğum akt qeydində doğum tarixi xx xxxx 1998-ci il, doğum yeri Azərbaycan Respublikası Mingəçevir şəhəri, milliyyəti rus, “ata” kimi X5, ana kimi Ərizəçi Vasiliyevna yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi xx xxxx 1998-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Ərizəçinin şəxsiyyətini təsdiq edən AZE № ******** saylı şəxsiyyət vəsiqəsi vardır. Ərizəçinin valideynləri rus millətindən olmuşlar. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır, Mingəçevir şəhərində böyüyüb. Mingəçevir şəhər İ.Qayıbov adına 10 №-li tam orta məktəbi bitirib. Hazırda da Mingəçevir şəhəri Nar kolluğu küçəsi 2 №-li evdə qeydiyyatdadır. Anası öz adını ərizəçiyə vermişdi. Ərizəçinin anası Varansova(Yepifanseva) Tatyana Vasilyevna 01.02.2015-ci ildə, atası X2 isə 01.11.2007-ci ildə vəfat etmişlər. Ərizəçi doğulan vaxt onun valideynlərinin nikahları olmamış, sonradan atalıq da verilməmişdir. Ona görədə ərizəçi anasının qızlıq soyadı, Varansova yazılmışdır. Ərizəçinin anası tək ana olduğu üçün onun ata soyadında X5 göstərilmişdir. Sonradan ərizəçinin valideynləri nikaha daxil olmuş, anası atasının soyadını Yepifanseva soyadını qəbul etmişdir. Ərizəçi uşaqlıqdan idmanla məşğuldur, sərbəst və Yunan-Roma güləşi üzrə Azərbaycan, Avropa çempionu olmuş, bir çox güləş yarışları üzrə turnirlərin qalibidir. İdmanla məşğul olmağı ilə bərabər dövlət orqanında işləmək istəyir. Ərizəçi sənədlərini toplayan zaman ona məlum olmuşdur ki, doğum haqqında şəhadətnaməsi yoxdur. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 01.01.1995-ci ildən 01.01.2001-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamış, müraciəti ilə bağlı ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Doğumun qeyd edilmə faktını başqa yolla əldə edə bilmir. Ona görə də onun doğumun qeyd edilmə faktının müəyyən edilməsi, ərizəçinin doğum akt qeydində doğum tarixi xx xxxx 1998-ci il, doğum yeri Azərbaycan Respublikası Mingəçevir şəhəri, milliyyəti rus, “ata” kimi X5, ana kimi Ərizəçi Vasiliyevna yazılması barədə qətnamə çıxarılmasını xahiş edir. Doğumun qeyd edilməsi faktı ərizəçiyə doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. X9 Anatolyevna məhkəmə iclsında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun kiçik bacısıdır. Onların milləti rusdur. Ataları X2, anaları isə Ərizəçi Vasiliyevnadır. Təxminən onun 3-4 yaşlarında atası ilə anası ayrıldılar. Valideynləri ayrıldıqdan sonra atası X2 Rusiya Federasiyasına getdi. Atası arada onlara gəlib-gedir və ailəyə baxırdı. Anası ilə nikahların pozulmasına baxmayaraq bir yerdə yaşayırdılar. Anası Tatyana hamilə olanda atası yenə RF-na getdi və bir neçə il sonra Azərbaycana gəldi. Ataları Rusiyada olarkən xx xxxx 1998-ci il tarixdə kiçik bacıları doğuldu və ona anaları öz adını Tatyana qoydu. Valideynlərinin nikahları pozulduğu üçün və Tatyana doğulanda ataları Azərbaycanda olmadığı üçün Tatyananın soyad anasının qızlıq soyadı Varansova yazıldı. Bacısı Tatyana, həqiqətən, xx xxxx 1998-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur, ona doğum haqqında şəhadətnamə alınmışdır. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Onların milləti rusdur. Ataları X2, anaları isə Ərizəçi Vasiliyevnadır. Valideynləri ayrıldıqdan sonra atası X2 Rusiya Federasiyasına getdi. Atası arada onlara gəlib-gedir və ailəyə baxırdı. Anası ilə nikahların pozulmasına baxmayaraq bir yerdə yaşayırdılar. Anası Tatyana hamilə olanda atası yenə RF-na getdi və bir neçə il sonra Azərbaycana gəldi. Ataları Rusiyada olarkən xx xxxx 1998-ci il tarixdə kiçik bacıları doğuldu və ona anaları öz adını Tatyana qoydu. Valideynlərinin nikahları pozulduğu üçün və Tatyana doğulanda ataları Azərbaycanda olmadığı üçün Tatyananın soyad anasının qızlıq soyadı Varansova yazıldı. X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun ögey kiçik bacısıdır. Onlar ana bir ata ayrıdılar. Onun atası ilə anasının nikahı olmadığı üçün onun da soyadı anasının qız soyadı Varansova kimi yazılmışdır. Bacısı Tatyana xx xxxx 1998-ci il tarixdə doğulmuşdur. Bu səbəbdən də Tatyanaya anasının qız soyadı Varansova soyadı verilmişdir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1998ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə edilmiş Attestatın surətindən görünür ki, Ərizəçi xx xxxx 1998-ci ildə doğulmuş, Mingəçevir şəhəri İ.Qayıbov adına 10 №-li tam orta məktəbi (eksternat qaydasında) 2018-ci ildə təhsilini bitirmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-929/69 saylı 10 iyul 2021ci il tarixli arayışda göstərilir ki, Ərizəçi “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 01.01.1995-ci ildən 01.01.2001-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan nikah haqqında arayışdan görünür ki, X2 ilə Voronsova Tatyana Vasiliyevna arasında 19 dekabr 1985-ci ildə Zaqatala rayon Qeydiyyat şöbəsində 152 № ilə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadın Yepifanseva soyadını qəbul etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 01 noyabr 2007-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Yepifanseva Tatyana Vasiliyevna 01 fevral 2015-ci ildə vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə əsasən isə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, ərizəçi xx xxxx 1998-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Doğumun qeyd edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. X1 doğumunun qeyd edilməsi, doğum akt qeydində doğum tarixi xx xxxx 1998-ci il, doğum yeri Azərbaycan Respublikası Mingəçevir şəhəri, milliyyəti rus, “ata” kimi X5, ana kimi Ərizəçi Vasiliyevna qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1631/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1631/2021
26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver