Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1632/2021 08.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi1, onun vəkili Hüseynov Müsaqif Səfər oğlunun iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mərhum X7 xüsusi mülkiyyətində olan mənzilin və 0,0515 ha torpaq sahəsinin onlar tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə adlarına verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, sonradan tələblərini dəqiqləşdirərək mərhum X7 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda olan 0,0515 ha torpaq sahəsinin miras əmlak kimi onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnsamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi, eləcə də digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanda mərhum atası X7 xüsusi mülkiyyətində 0,0515 ha torpaq sahəsi olmuşdur. X17 29 yanvar 2018-ci ildə vəfat etmişdir. Ailədə iki nəfərdilər. Hal-hazırda anası Ərizəçi2 ilə birgə yaşayır. Atasının başqa varisi yoxdur. Torpağı öz adlarına sənədləşdirmək üçün Mingəçevir şəhər Regional Asan Xidmət mərkəzində Notariat ofisinə və Reyestr xidmətinə müraciət etmiş, onlara mirasın qəbul edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ərizənin təmin olunmasını, mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0515 ha torpaq sahəsinin onun və anası Ərizəçi2 tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi1 vəkili Hüseynov Müsaqif Səfər oğlu da məhkəmə iclasında ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional Maraqlı şəxs ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçilər ilə 21 ildən çoxdur ki, bağ qonşusudur. X11 yaxından tanıyırdı. Paşa kişi vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahəsindən arvadı Sona və qızı Səfayi istifadə edirlər. X1 məhkəmə iclasında ifadəsində göstərdi ki, ərizəçi ilə 2003-cü ildən bağ qonşusu olub, Paşanın ölümündən sonra həmin torpaq sahəsindən Səfayi və Sona sahiblik edərək istifadə edirlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li RX seriyalı Çıxarışdan görünür ki, Mingəçevir şəhəri 6-cı Bağ küçəsi, 44 №-li ünvanda yerləşən 0,0515 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X7 adına 07.12.2017-ci ildə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 29 yanvar 2018-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 ilə Ərizəçi2 arasında 18 fevral 1967-ci ildə Mingəçevir şəhər VVADQ şöbəsində 44 № ilə nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 1969cu il təvəllüdlü X8 atası X13, anası Ərizəçi2dır. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi2 13 iyul 2021-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 29 iyul 2021-ci il tarixli 05/Q- 499/15 №-li arayışdan görünür ki, X7 vərəsələri arvadı Ərizəçi2 qızı və qızı Ərizəçi1dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, ərizəçilər Ərizəçi1 və Sona X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0515 ha torpaq sahəsinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişlər. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0515 ha torpaq sahəsinə Ərizəçi1 və Ərizəçi2 sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişlər. Ona görə də ərizə təmin olunmalı, X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0515 ha torpaq sahəsinə vərəsələr Ərizəçi1 və Ərizəçi2 tərəfindən sahiblik etməklə qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0515 ha torpaq sahəsinin vərəsələr Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1632/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1632/2021
08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver