Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1634/2020 12.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi: Ərizəçi «doğumun qeyd edilmə faktının müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun xx.xx.1964-cü ildə Ermənistan Respublikasında doğumunun qeyd edilməsi faktının müəyyən olunması, ata qrafasında X8, ana qrafasında X6, doğum yeri Ermənistan Respublikası Masis rayonu yazılmaqla doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, o, xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. X2, anası isə X4r. X2 xx.xx.1969-cu ildə Ermənistanda ölmüşdür. Onlar ailədə üç bacı, bir qardaş olublar. O, evin üçüncü övladı olmuşdur. hazırda ona doğum haqqında şəhadətnamə tələb olunur. Ancaq o, doğum haqqında şəhadətnaməsi itdiyindən və doğum akt qeydi Ermənistən Respublikasında aparıldığı üçün doğum haqqında şəhadətnaməni əldə edə bilmir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, doğum akt qeydinin bərpası mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Başqa qaydada doğum şəhadətnaməsini almaq mümkün deyil. Bu faktı qohumları da təsdiq edə bilər. Ona görə də, onun xx.xx.1964-cü ildə Ermənistan Respublikasında doğumunun qeyd edilməsi faktının müəyyən olunması, ata qrafasında X8, ana qrafasında X6, doğum yeri Ermənistan Respublikası Masis rayonu yazılmaqla doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. X1 ərizəçinin ifadəsinə uyğun ifadə verərək göstərdi ki ərizəçi onun bacısıdır. O, xx.xx.1964-cü ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuşdur. X2, anası X4r. Şahid Məmmədova Zöhrə İsmayıl qızı X1nın ifadəsinə uyğun ifadə verərək göstərdi ki ərizəçi onun qohumudur. O, xx.xx.1964-cü ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuşdur. X2, anası X4r. İş materiallarında olan, Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin X2 xx.xx.1969-cu ildə ölmüşdür. İşdə olan Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin anası X6 xx.xx.1937-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçinin tələbi təmin edilsin. Ərizəçi adına xx xxxx 1964-cü il tarixli doğum akt qeydi tərtib olunsun. Ərizəçi adına açılmış xx xxxx 1964-cü il tarixli doğum akt qeydində ata adı X8, ana adı X6, doğulduğu yer kimi Ermənistan Respublikası, Masis rayonu göstərilsin. Qətnamə akt qeydində müvafiq dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1634/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1634/2020
12.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver